Icma.az
close
up
RU
Qərbi azərbaycanlıların hüquqları Britaniya parlamentində müzakirə oluna bilər

Qərbi azərbaycanlıların hüquqları Britaniya parlamentində müzakirə oluna bilər

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlum olduğu kimi, Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin olunması” mövzusunda II beynəlxalq konfrans yekunlaşıb.
51 ölkədən 100-dən çox nümayəndə qərbi azərbaycanlıların hüquqları ilə bağlı müzakirə aparmaq üçün bir araya toplaşmışdı. Onların arasında dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da var.
Britaniya Azərbaycanlıları İcmasının rəhbəri, Qərbi Azərbaycan İcmasının Böyük Britaniyadakı təmsilçisi Fəridə Pənahova da Bakıya qonaq gələnlərdəndir və səfər çərçivəsində Musavat.com-a açıqlama verib.

Müsahibimizin anası İrəvan azərbaycanlısı olub.
Fəridə Pənahova qərbi azərbaycanlıların hüquqları ilə bağlı beynəlxalq konfransda iştirak etməkdən məmnunluğunu ifadə edib:
“Təşkilatçılara məni bura dəvət etdikəri üçün ürəkdən təşəkkür edirəm. Belə yüksək səviyyəli konfransın təşkil edilməsi münasibətilə bütün təşkilatçıları təbrik edirəm. Bu konfransda mövzu ilə əlaqədar müxtəlif ölkələrdən ekspertlər, elm adamları dəvət olunub. Bu o deməkdir ki, biz həm də onların təcrübəsini öyrənirik. Eyni ssenarini yaşamış ölkələrin təcrübəsini eşitmək həqiqətən önəmli idi. Xüsusilə, yaxın dövrdə yaşananlara istinad edən Serbiya və Xorvatiyadan gələn nümayəndələrin çıxışları diqqətimi çəkdi. Yuqoslaviyadakı müharibə sülh ilə başa çatdı. Hər iki ölkədən olan insanlar öz torpaqlarına qayıdıb və sülh şəraitində yaşayırlar. Düşünürəm ki, erməni və Azərbaycan xalqı da sülh şəraitində yaşaya bilər. Lakin bunun üçün Azərbaycanın şərtləri yerinə yetirilməli, azərbaycanlıların ləyaqətli qayıdış hüququ təmin olunmalıdır.
Maltalı nümayəndə Qarabağdan didərgin düşmüş azərbaycanlılardan, “Böyük Qayıdış” proqramından danışdı, eyni zamanda qeyd etdi ki, minalanmış ərazilərə yüz minlərlə insanın qayıdışı o qədər də təhlükəsiz deyil. Maltalı qonaqdan bu həqiqətləri eşitmək həqiqətən təsirli idi.
İordaniyalı nümayəndə də azərbaycanlıların dədə-baba yurdlarına sülh şəraitində təhlükəsiz, ləyaqətli qayıdışını təmin etmək, eyni zamanda qayıdışın daimi olması, bir daha müharibə, xalqlar arasında münaqişə olmaması, irsimizin mühafizə olunması üçün təkliflər irəli sürdü”.
F.Pənahova bildirib ki, qərbi azərbaycanlıların hüquqları ilə bağlı Böyük Britaniyada müzakirələr keçirilə bilər:
“Konfransda iştirak edən Böyük Britaniyadan olan nümayəndələr qərbi azərbaycanlıların hüquqları ilə bağlı məsələnin Britaniya parlamentinin nümayəndələrinə, Britaniya hökumətinə, eyni zamanda bu işlərlə məşğul olan təşkilatlara çatdırılmasını təklif ediblər. Bu təklifə dəstək olmaq üçün buradakı məruzələri ümumiləşdirib dövlətə, parlamentə, Lordlar Palatasına, müvafiq təşkilatlara çatdırmağı düşünürəm. Qarabağlı azərbaycanlılar öz yurdlarına dönməyə başlayıblar, bu da qərbi azərbaycanlılara yaxın zamanda doğma yurda qayıtmaq üçün ümid verir. Cənab Prezidentin xalqımızın birliyinə, əhval-ruhiyyəsinə, daha da önəmlisi, tarixi ədalətin bərpasına yönəlmiş çağırışını dəstəkləyirik. Bu prosesin hər addımında dəstəyə hazırıq”. (Musavat.com)


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Dekabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see330

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see254

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see208

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see202

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see188

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see171

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see142

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see140

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see127

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri