Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Qərbi Azərbaycanlıların hüquqları bərpa edilməlidir

Qərbi Azərbaycanlıların hüquqları bərpa edilməlidir

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

“Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində vasib mesajlar səsləndirib. Ölkə başçısı Azərbaycanın ümumi inkişaf dinamikasına uyğun olaraq ötən il əldə edilən müsbət göstəricilərdən qarşıya qoyulan bütün vəzifələrin icrasından söz açıb. Ötən ilin iqtisadi inkişaf baxımından uğurlu il olduğunu, dünyada baş verən qlobal proseslər fonunda müsbət dinamikanın əldə edildi vurğulanıb. Ölkəmizin iqtisadi göstəricilərində qeyri-neft və sənaye sektorunda artımların olduğu bəyan edilib.” Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, cənab Prezident müsahibəsində bildirdiyi kimi Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi müdafiə və təhlükəsizliklə bağlı xərclərə yönəlib: “Sözsüz ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa quruculuq prosesləri də dövlətimiz üçün prioritet olan məsələlər sırasındadır. Eyni zamanda ölkəmizin ümumi inkişaf tendensiyasına uyğun olaraq qarşıya qoyulan bütün proqramlar uğurla icra edilir. Bütün bunlar dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzüllə müqayisədə Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini göstərir. Sözsüz ki, bunun təməlində həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət və düşünülmüş strategiya dayanır. Ölkəmizdə sosial sahə də hər zaman prioritet istiqamətlərdən olub. Ölkə başçısının da bəyan etdiyi kimi bu ilin yanvarından minimum əməkhaqqı 55 manat artaraq 400 manata çatıb. Eyni zamanda minimum pensiya 40 manat artıb və 320 manat olub. Orta hesabla bu artım 14-15 faiz təşkil edir. Bütün bu amillər Azərbaycanın social dövlət strategiyasının tərkib hissəsidir. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır. Qarşıya qoyulan əsas vəzifələrdən biri də məhz ölkə vətəndaşlarının daha yaxşı yaşayışına və onların sosial qayğılarının tam təminatına yönəlib”.
Deputat bildirib ki, müasir Azərbaycan tarixində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 ölkəmizdə keçirilməsinin əhəmiyəti dövlətimizin başçısı tərəfindən bir daha qeyd edildi: “Sözsüz ki, COP29 dünyada 2024-cü ildə baş tutan ən mötəbər tədbirlərdən biri kimi tarixə düşdü. Bu tədbirin Bakıda keçirilməsi Prezident İlham Əliyevə və dövlətimizə olan inam və etimadın bariz nümunəsi idi. “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilən COP29 Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən irimiqyaslı tədbirlərdən biri oldu. 197 ölkədən 76 min iştirakçı qeydiyyatdan keçdiyi COP29 Azərbaycanın həyatında mühüm bir mərhələdir. Ölkəmizin belə qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməsinə qarşı çıxanlar da var idi. Həm tədbir öncəsi və ondan sonrakı dövrdə Fransa başda olmaqla erməni lobbisinin maraqlarına xidmət edən qüvvələr COP29-un Azərbaycanda keçirilməsinə qarşı qarayaxma kampaniyası həyata keçirməyə çalışsalar da proses uğurlu nəticələrlə yekunlaşdı. Prezident İlham Əliyevin qətiyyəti sayəsində hər zaman olduğu kimi bu dəfə də ölkəmizə qarşı aparılan əsassız kampaniyalara layiqli cavab verildi. COP29-u kimi mötəbər bir tədbirə qarşı siyasi motivlər səbəbindən boykot çağırışı edənlərin planları puç oldu. COP tarixində bəlkə də Azərbaycan qədər tənqid və təzyiqlərə məruz qalan ölkə olmayıb. Amma bütün bunlara baxmayaraq Azərbaycan cəmi 11 aya COP29-un ən yüksək səviyyədə keçirilməsinə və təşkilinə nail olundu. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv qəbul edilməsi növbəti tarixi uğur kimi cənab Prezident tərəfindən bir daha qeyd edildi. Bu Azərbaycanın həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasətin növbəti təzahürü hesab edilir.
Təftiş Komissiyasının sədri vurğulayıb ki, Prezident İlham Əliyev müsahibəsində həmçinin Azərbaycanın sülh gündəliyinə də toxunub: “Dövlət başçısı Cənubi Qafqazda yeni bir reallığın yarandığını, bu reallığın güclü və qalib Azərbaycan tərəfindən təmin edildiyini vurğulayıb. Dövlətimiz bu gün bölgədə sülhün və təhlükəsizliyin əsas qarantıdır. Məhz II Qarabağ müharibəsindən sonra da Ermənistana sülh təklifini edən Azərbaycan olub. Amma sülhlə bağlı ölkəmizin başlıca şərtləri təmin edilməlidir. İlk növbədə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən əsassız müddəalar aradan qaldırılmalıdır. Eyni zamanda yarandığı gündən heç bir müsbət fəaliyyəti ilə yadda qalmayan ATƏT-in Minsk Qrupundan imtina edilməlidir. Bununla paralel olaraq Avropa İttifaqının Azərbaycanla şərti sərhəddə məhz Ermənistan tərəfindən yerləşdirilmiş “missiyası” bölgədən çıxarılmalıdır. Sözsüz ki, ötən il Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında bəlli irəliləyiş əldə olundu. Qazaxın rayonunun 90-cı illərin əvvəllərində işğal edilmiş 4 kəndi bir güllə atılmadan Azərbaycana təhvil verildi. Eyni zamanda sərhəddin 12 km-lik hissəsində delimitasiya və demarkasiya prosesi həyata keçirildi. Sözsüz ki, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlikləri yerinə yetirməlidir. Cənab Prezident də müsahibəsində qeyd etdi ki, “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır”. Ölkə başçısının da vurğuladığı kimi bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Regional kommunikasiyalar açılmalı, Azərbaycan özünün ayrılmaz hissəsi olan Naxçıvanla birbaşa əlaqələr yaradılmalıdır”.
Sevinc Hüseynova ölkəmizin başçısının toxunduğu məsələlərdən bir də Fransa dövlətinin və prezident Emmanuel Makronun Azərbaycana qarşı riyakar mövqeyi ilə bağlı olduğunu söyləyib: “Fransa tərəfindən erməni lobbisinin diktəsi ilə Azərbaycana qarşı əsassız iddiaların səsləndirilməsi məntiqdən və reallıqdan tamamilə uzaqdır. Rəsmi Paris tarixən indiki Ermənistan ərazisindən zorla deportasiya edilmiş Azərbaycanlıların məsələsi haqqında bir dəfə də olsun bəyanat səsləndirə biləydi. Çünki etnik təmizləməyə və diskriminasiyaya məruz qalmış Qərbi Azərbaycanlıların öz ata-baba ocaqlarına qayıtmaq haqqı var. Ermənistan hakimiyyəti də Qərbi Azərbaycanlıların sülh və təhlükəsiz şəkildə geri dönüşünü təmin etməlidir. Rəsmi İrəvan bununla bağlı qısa zamanda Qərbi Azərbaycan İcması ilə danışıqlar aparmalıdır. Çünki Qərbi Azərbaycanlıların hüquqları bərpa edilməlidir. Bəzqi qərb təşkilatları və Fransa kimi ölkələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından narahat olmaq əvəzinə Qərbi Azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına diqqət ayırmalıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Yanvar 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see394

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see351

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see326

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see282

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see279

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see265

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see250

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see230

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see230

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see225

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see221

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see221

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see220

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see219

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see213

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see207

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see205

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see194

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see190

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri