Qərbi Balkanlar geosiyasi gerçəklik müstəvisində
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “Friends of Western Balkans” İnstitutu ilə əməkdaşlıq çərçivəsində aprelin 27-28-də Sloveniyanın Lyublyana şəhərində 36-cı Ali Səviyyəli Toplantısını təşkil edib.
“Qərbi Balkanlar yeni təhlükəsizlik geosiyasətinin burulğanında” mövzusuna həsr edilən tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri, xüsusi elçilər, siyasətçilər və nüfuzlu ekspertlər iştirak ediblər.
Toplantıda Sloveniyanın Prezidenti Nataşa Pirts Musar da iştirak edərək Qərbi Balkanlarda mövcud vəziyyət və regionun gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Tədbirin açılış mərasimində Sloveniyanın sabiq Prezidenti, “Friends of Western Balkans” İnstitutunun təsisçisi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Borut Pahor, eləcə də mərkəzin digər üzvləri – Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç və Serbiyanın sabiq Prezidenti Boris Tadiç çıxış edərək Qərbi Balkanlar üçün siyasi sabitlik, təhlükəsizlik və Avropa perspektivinin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə, həmçinin Avstriya, Fransa, İtaliya, Böyük Britaniya və Almaniyanın Qərbi Balkanlar üzrə nümayəndələri iştirak ediblər. Bununla yanaşı, Albaniya parlamentinin spikeri də toplantıya qatılıb.
Toplantı çərçivəsində keçirilən sessiyalarda yeni təhlükəsizlik geosiyasətinin Avropa İttifaqının gələcəyinə və genişlənmə prosesinə təsiri, region ölkələrinin siyasi, iqtisadi və təhlükəsizlik vəziyyəti geniş şəkildə müzakirə olunub. Bununla yanaşı, NATO və Avropa İttifaqının genişlənməsinin regionun sabitliyi üçün rolu, eləcə də ABŞ, Rusiya, Çin və Türkiyə kimi xarici aktorların Qərbi Balkanlardakı təsiri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, tədbir çərçivəsində ilk dəfə olaraq Qərbi Balkan ölkələrinin hər biri üzrə ayrıca müzakirələr təşkil olunaraq onların Avropa İttifaqına üzvlük prosesində əldə etdikləri irəliləyişlər və mövcud çətinliklər daha dərindən təhlil edilib.
Tədbir çərçivəsində mərkəzin baş katibi Sloveniya Respublikasının Prezidenti, Albaniya parlamentinin spikeri, Slovakiya Prezidentinin xarici məsələlər üzrə müşaviri və Borut Pahor ilə ikitərəfli görüşlər keçirib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 29 Aprel 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















