Icma.az
close
up
RU
Qərbi Balkanlar Avropaya qovuşma yolunda

Qərbi Balkanlar Avropaya qovuşma yolunda

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yeni düzən Azərbaycan üçün əlavə əməkdaşlıq imkanları yarada bilər

Qərbi Balkanların Avropa İttifaqına (Aİ) inteqrasiya prosesi son onilliklər ərzində həm region daxilində, həm də Brüssel dəhlizlərində “vaxt itkisi” kimi qəbul olunurdu. Amma Serbiyanın Avropaya inteqrasiya üzrə naziri Nemanya Staroviç 2026-cı ilin ölkəsinin Birliyə inteqrasiyası baxımından uğurlu il olacağına əminliyini ifadə edərək bildirib ki, üçüncü klasterin açılmaması səbəbilə yaranmış siyasi dalan aradan qaldırılacaq. Onun fikrincə, ən optimal həll yolu bütün Qərbi Balkanlar regionunun Aİ-yə üzvlüyünün birgə şəkildə nəzərdən keçirilməsi ola bilər. Nazirin nitqində nikbinlik müşahidə olunsa da, bu kontekstdə əsas sual ondan ibarət idi ki, 2026-cı il doğrudanmı sözügedən region üçün institusional irəliləyiş ili ola bilər? Yoxsa bu, Aİ-nin davam edən strateji qeyri-müəyyənliyi fonunda daha bir “gecikmiş ümid” mərhələsidir?

Xatırlatmaqda fayda var ki, Aİ uzun müddətdir genişləndirmə siyasətində açıq-aşkar institusional “yorğunluq” yaşayır. Ukrayna müharibəsi, daxili siyasi parçalanmalar, iqtisadi durğunluq kimi amillər Brüsselin diqqətini Balkanlardan yayındırıb. Bununla yanaşı, Aİ-nin geosiyasi ritorikasında Qərbi Balkanların strateji əhəmiyyətli region kimi təqdim edilməsi ilə real institusional addımlar arasında ciddi disbalans mövcuddur. Serbiya, Monteneqro, Şimali Makedoniya, Albaniya, Bosniya və Herseqovina və Kosovo üçün Aİ-yə üzvlük perspektivi formal olaraq saxlanılsa da, faktiki olaraq bu yol uzadılmış şərtlər, texniki maneələr və siyasi qeyri-müəyyənliklərlə doludur. Serbiya Balkanlar daxilində Aİ inteqrasiyasının ən mürəkkəb aktorlarından biri olaraq qalır. Belqradın bir tərəfdən Brüsselə inteqrasiya istəyi, digər tərəfdən Rusiya və Çinlə saxladığı strateji əlaqələr ittifaq üçün davamlı etimadsızlıq mənbəyinə çevrilir. Məhz bu balans siyasəti Serbiyanın Aİ yolunda həm üstünlük, həm də əngəl kimi çıxış edir. 2026-cı illə bağlı müsbət gözləntilərə gəldikdə isə bu, Serbiyanın institusional islahatları sürətləndirəcəyi ehtimalına əsaslanır. Lakin reallıq ondan ibarətdir ki, Aİ üçün əsas problem texnikidən daha çox normativ və siyasi uyğunluq məsələsidir. Çünki media azadlığı, hüququn aliliyi və xarici siyasətdə koordinasiya sahəsindəki boşluqlar Brüsselin əsas narahatlıq mənbəyi olaraq qalır.

Qərbi Balkanlar üçün “ümumi Aİ yolu” anlayışı tez-tez səsləndirilsə də, region ölkələrinin daxili siyasi gündəmləri və ikitərəfli münaqişələri kollektivçiliyi zəiflədir. Serbiya–Kosovo münasibətləri, Bosniya və Herseqovinada institusional böhranlar, Şimali Makedoniyanın milli kimlik mübahisələri prosesin struktur zəifliklərini açıq şəkildə üzə çıxarır. Bu baxımdan 2026-nın uğurlu il olması Brüsselin siyasi iradəsi ilə yanaşı, həm də region ölkələrinin öz aralarında institusional koordinasiya və qarşılıqlı etimad yaratmaq bacarığından asılı olacaq.

* * *

Aİ-nin Qərbi Balkanlarda gecikən inteqrasiya siyasəti regionda geosiyasi boşluqlar yaradıb. Bu boşluqlar Rusiya və Çinlə yanaşı, eyni zamanda, Türkiyə və Körfəz ölkələri tərəfindən aktiv şəkildə doldurulur. Bu mənzərə Balkanları çoxvektorlu xarici siyasətə yönəlməsini sürətləndirir və Aİ üçün əlavə strateji təzyiq yaradır. Məhz bu nöqtədə 2026-cı il həm də öz geosiyasi nüfuzuna görə test ili ola bilər. Ya Brüssel real inteqrasiya addımları atacaq, ya da region alternativ tərəfdaşlıqlara daha açıq şəkildə yönələcək.

Proseslərin fonunda Azərbaycan üçün Balkan regionu yeni strateji imkanlar məkanı kimi formalaşır. Bakı uzun müddətdir Qərbi Balkan ölkələri ilə münasibətlərini praqmatik əsasda qurur. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq Azərbaycanın bu regionda əsas alətləri kimi çıxış edir. Ölkəmiz sözügedən regionla münasibətlərində Aİ üzvlüyü məsələsini şərt kimi qoymur. Əksinə, Azərbaycan region dövlətləri ilə ikitərəfli əməkdaşlığı gücləndirməklə onların Avropa bazarlarına inteqrasiya prosesini dəstəkləyən aktora çevrilir. Azərbaycanın Avropa enerji təhlükəsizliyində artan rolu Balkan ölkələri üçün də strateji əhəmiyyət kəsb edir. Xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində Balkan bazarlarının Azərbaycan qazı üçün perspektivli istiqamətə çevrilməsi qarşılıqlı maraqları gücləndirir. Bu əməkdaşlıq, eyni zamanda, infrastrukturların modernləşdirilməsi və regional sabitliyin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. 2026-cı il perspektivi bu kontekstdə Balkan ölkələrinin Avropa enerji arxitekturasına daha sıx inteqrasiya olunması baxımından kritik mərhələ ola və Azərbaycan prosesdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirə bilər.

Yeri gəlmişkən, Azərbaycanın Balkanlarla münasibətlərində mühüm üstünlüklərindən biri siyasi neytrallıq və daxili proseslərə müdaxilə etməməsidir. Bu yanaşma Bakıya region ölkələri ilə etimad əsaslı dialoq qurmaq imkanı verir. Aİ ilə münasibətlərində tez-tez normativ təzyiqlərlə üzləşən Balkan ölkələri üçün Azərbaycan alternativ və rahat əməkdaşlıq modeli təqdim edir.

Sonda bir daha vurğulayaq ki, prosesin reallaşdırılması üçün həm Aİ-nin siyasi iradəsi, həm də region ölkələrinin daxili transformasiya potensialı həlledici rol oynayacaq. Azərbaycan üçün proses aktiv praqmatik iştirak imkanı yaradır. Balkanların Aİ yolunda atacağı hər bir real addım ölkəmizin bu regionla iqtisadi, enerji və nəqliyyat əməkdaşlığını daha da dərinləşdirəcək. Əgər 2026-cı il həqiqətən “yaxşı il” olarsa, Brüssel və Belqradla yanaşı, Bakı üçün də strateji imkanlar ili kimi tarixə düşə bilər. Əks halda, Azərbaycan artıq formalaşdırdığı çoxşaxəli tərəfdaşlıqlar sayəsində Balkanlarla əlaqələrini Aİ təqviminə bağlamadan inkişaf etdirməyə davam edəcək.

Yeganə HACIYEVA,
politoloq

Serbiyanın Avropa İttifaqına inteqrasiyasına cavabdeh rəsmi şəxsin 2026-cı illə bağlı açıqlaması həm Belqradın Aİ-yə üzvlük prosesində islahatları sürətləndirmək niyyətindən, həm də Brüsselin Qərbi Balkanlara münasibətdə daha praqmatik yanaşma formalaşdırmaq cəhdindən xəbər verir. Son illər beynəlxalq mühitdə baş verən münaqişələr və güc balansındakı dəyişikliklər Avropa İttifaqını öz ətraf regionlarında riskləri minimuma endirməyə sövq edir. Qərbi Balkan tarixən həssas və rəqabətə açıq bir məkan olduğu üçün Aİ burada siyasi sabitliyin və təhlükəsizliyin möhkəmlənməsini xüsusi strateji məqsəd kimi görür. Məhz bu səbəbdən, region ölkələrinin ayrı-ayrılıqda deyil, vahid yanaşma və “ümumi yol” çərçivəsində Avropa strukturlarına inteqrasiyası həm islahatların sürətlənməsi, həm də regiondaxili qarşıdurmaların azalması baxımından böyük əhəmiyyət daşıyır.

Serbiya prosesdə açar ölkələrdən biri olmaqla yanaşı, Azərbaycanın da mühüm siyasi və iqtisadi tərəfdaşıdır. Rəsmi Belqradın Avropa strukturlarına yaxınlaşması Azərbaycan–Serbiya münasibətlərinə də müsbət təsir göstərə bilər. Eyni zamanda, Serbiyanın balanslaşdırılmış xarici siyasət xətti Bakının regional təşəbbüslərinə anlayışla yanaşılmasını təmin edir. Daha geniş kontekstdə, Qərbi Balkan ölkələrinin Avropa İttifaqına yaxınlaşması Azərbaycanın bu regionla münasibətlərini institusional səviyyədə dərinləşdirmək üçün əlverişli zəmin yaradır. Bu isə həm siyasi dialoqun intensivləşməsinə, həm də qarşılıqlı iqtisadi asılılığın artmasına gətirib çıxara bilər.

Nəticə etibarilə, Serbiyanın Aİ-yə inteqrasiya perspektivləri Azərbaycanın Avropa ilə əlaqələrinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu proseslər düzgün qiymətləndirildiyi təqdirdə, Azərbaycan–Serbiya münasibətləri və ümumilikdə Azərbaycanın Balkan dövlətləri ilə əməkdaşlığı yeni, daha keyfiyyətli mərhələyə yüksələcək

Nəzrin ELDARQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Yanvar 2026 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see126

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see126

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see126

ABŞ ın 2027 ci il üçün hərbi büdcəsi 1,5 trilyon dollar olacaq

08 Yanvar 2026 02:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri