Qərbi Kaspi Universitetində tələbə borcu qalmaqalı yenidən GÜNDƏMDƏ AÇIQLAMA
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Məlum olduğu kimi, bir müddət əvvəl Qərbi Kaspi Universitetində dövlət sifarişi ilə təhsil alan tələbələrdən müəyyən məbləğdə ödəniş tələb edilirdi. Universitetdən isə bildirildi ki, səbəb tələbələrin təhsili üçün nəzərdə tutulan vəsaitin dövlət büdcəsinə geri qaytarılmasıdır.
Ancaq Elm və Təhsil Nazirliyinin açıqlamasında isə qeyd olunmuşdu ki, tələbələrdən ödəniş tələb edilməsi qanunvericiliyə ziddir.
Bu müddət ərzində məsələnin həll olunduğu deyilsə də, bəzi tələbələrin iddialarına görə adlarının qarşısındakı borc məbləği olduğu kimi qalır.
İddialar nə qədər doğrudur? Bu hal məzunlara diplomlarının verilməsinə təsir edəcək?
Qərbi Kaspi Universitetindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən mövzuyla əlaqədar anlaşılmazlıq yaranıb:
"Məsələylə bağlı tələbələrə müvafiq məlumat verilib. Yaranmış anlaşılmazlıq aradan qaldırılıb. Hazırda qeyd olunan məsələ ilə bağlı hər hansı problem mövcud deyil", -deyə universitet iddiaları təkzib edib.
Nəzrin Mirzəyeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 10 İyul 2026 08:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















