Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Qərbi Kaspi Universitetində III Beynəlxalq Konfrans keçirilib Fotolar

Qərbi Kaspi Universitetində III Beynəlxalq Konfrans keçirilib Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

5–6 noyabr 2026-cı il tarixlərində Qərbi Kaspi Universitetində “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” adlı III Beynəlxalq Konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə və dağlıq ərazilərin ekoloji, sosial-iqtisadi və mədəni aspektlərinin multidissiplinar araşdırılmasına həsr olunan konfrans müxtəlif ölkələrdən alim və tədqiqatçıları bir araya gətirib.

Konfransın əsas məqsədi dağlıq ərazilərin qlobal əhəmiyyət daşıyan təbii, ekoloji, sosial-iqtisadi, mədəni və landşaft sistemləri kimi kompleks şəkildə öyrənilməsini təşviq etmək, elmi bilik və tədqiqat nəticələrinin mübadiləsini genişləndirmək, beynəlxalq akademik əməkdaşlığı gücləndirməkdir. Tədbir çərçivəsində biomüxtəlifliyin qorunması, iqlim dəyişmələrinin dağ ekosistemlərinə təsiri, ətraf mühitin dayanıqlılığı, təbii və mədəni irsin mühafizəsi, dağ icmalarının davamlı inkişafı və dayanıqlı turizm kimi aktual məsələlər müzakirə olunub.

Konfrans beynəlxalq elmi ictimaiyyətin marağına səbəb olub. İştirak üçün ümumilikdə 300-dən çox yerli və xarici alim və tədqiqatçı qeydiyyatdan keçib. Onların 100-dən çoxu xarici ölkələri təmsil edir. İştirakçıların geniş coğrafiyası və elmi təmsilçiliyi konfransın dağlıq ərazilərin öyrənilməsi sahəsində beynəlxalq elmi dialoqun inkişafı, tədqiqat təcrübəsinin paylaşılması və yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından əhəmiyyətini göstərir.

Konfransın akademik səviyyəsini və elmi təmsilçiliyini gücləndirən mühüm amillərdən biri də iştirakçılar arasında beynəlxalq səviyyədə tanınmış alimlərin yer almasıdır. Tədbirdə Stanford Universiteti və Elsevier tərəfindən hazırlanan “Dünyanın ən nüfuzlu 2% alimi” (World’s Top 2% Scientists) siyahısında yer alan Qərbi Kaspi Universitetinin professorları Bassem Khan, Cem Işık, Muhammet Deceçi və Raşid İqbal da iştirak edəcəklər. Onların iştirakı universitetin beynəlxalq elmi potensialının və qlobal akademik əməkdaşlığa verdiyi önəmin göstəricisidir.

Konfransın mühüm istiqamətlərindən biri elmi nəticələrin beynəlxalq akademik mühitdə yayılması və tədqiqatların elmi görünürlüğünün artırılmasıdır. Əvvəlki konfransların elmi ənənələrini davam etdirən tədbir beynəlxalq elmi-metrik platformalarda qeydiyyata alınıb və elanları müvafiq platformalarda yayımlanıb. Konfrans çərçivəsində təqdim olunan materiallar elmi qiymətləndirmə və seçim prosesindən keçirilmiş, Scopus beynəlxalq elmi məlumat bazasında indeksləşdirilmişdir. Bu, tədqiqat nəticələrinin beynəlxalq elmi dövriyyəyə daxil edilməsi, müəlliflərin elmi töhfələrinin daha geniş auditoriyaya çatdırılması və dağlıq ərazilərlə bağlı aktual problemlərin beynəlxalq tədqiqat gündəliyində daha geniş təmsil olunması baxımından əhəmiyyət daşıyır.

Konfrans Qərbi Kaspi Universitetinin beynəlxalq və regional tərəfdaşlarla əməkdaşlığı çərçivəsində təşkil olunur. Əsas tərəfdaşlar sırasında BMT-nin Dağ Tərəfdaşlığı (UN Mountain Partnership), Dağlıq Regionların Davamlı İnkişafı üzrə Qafqaz Şəbəkəsi (Sustainable Caucasus), Beynəlxalq Dağçılıq Federasiyası (UIAA) və digər qurumlar yer alır. 

Qərbi Kaspi Universitetində keçiriləcək III Beynəlxalq Konfrans dağlıq ərazilərin davamlı inkişafı istiqamətində elmi biliklərin və beynəlxalq təcrübənin paylaşılması, yeni akademik tərəfdaşlıqların qurulması və qlobal ekoloji çağırışların həllinə elmi töhfələrin təşviqi baxımından əhəmiyyətli beynəlxalq platforma olub.













Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Noyabr 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri