Icma.az
close
up
RU
Qərbin Donetsk israrı: Hərbi zərurət, yoxsa siyasi oyun?

Qərbin Donetsk israrı: Hərbi zərurət, yoxsa siyasi oyun?

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kiyev münaqişənin həlli çərçivəsində Donetskdən qoşunların çıxarılması təkliflərini qəbul etməyəcək.

Bu barədə Ukrayna Ali Radasının deputatı İqor Markov deyib.

Markovun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski silahlı qüvvələrin verdiyi itkilərə baxmayaraq, qoşunların çıxarılmasını qəbuledilməz hesab edir və buna görə də həmin təklifi rədd edəcək.

“Zelenskinin artıq adamları tükənir: bəziləri qaçır, bəziləri artıq təqaüdə çıxıb, bəziləri isə istintaq altındadır. Amma şübhə edirəm ki, onlar qoşunların çıxarılmasına hazır olacaqlar. Bu, onlar üçün qəbuledilməzdir, intihar addımıdır. Avropalılar bu qərarda onları dəstəkləyirlər”, – keçmiş deputat bildirib.

Maraqlıdır, məsələn, Qərb ölkələrinin bu qərarı dəstəkləməsinin motivi nədir? Hərbi-strateji, yoxsa siyasi?

Qərb ölkələrinin Donetskdən qoşunların çıxarılması təklifinin rədd edilməsini dəstəkləməsi təkcə hərbi-strateji yox, həm də ciddi siyasi motivlərə dayanır. Məsələni üç səviyyədə şərh etmək olar.

Birincisi, əlbəttə, hərbi-strateji motivlərdir.

Əgər Ukrayna qoşunları Donetskdən geri çəkilsə, bu, Rusiya üçün operativ üstünlük deməkdir. Qərb anlayır ki, belə geri çəkilmə müdafiə xəttində boşluqlar yaradar, şəhərlərin və logistikanın riskə düşməsinə səbəb olar, Ukraynanın digər istiqamətlərdə müqavimətini çökdürə bilər.

Bu isə Qərbin uzunmüddətli strategiyasına ziddir: Ukrayna müqavimətini qoruyub Rusiyanın genişlənməsinin qarşısını almaq.

İkincisi, siyasi motivlərdir.

Çünki Qərb Zelenskini “Qərbə inteqrasiya etmiş lider” modeli kimi təqdim edir.
Əgər o, çarəsiz şəkildə geri çəkilsə daxildə onun siyasi dayaqları zəifləyər, Qərbin Ukrayna strategiyası çökmüş görünər.

Bu isə həm Avropa siyasətinə, həm ABŞ-də Ukrayna dəstəyinə ciddi zərbə vurardı.

Nəhayət, üçüncüsü isə geosiyasi motivlərdir.

Yəni Qərb bilir ki, hər hansı gələcək danışıqlarda Ukraynanın sahədə itirdiyi hər bir qəpik, masa arxasında bir manatlıq itkiyə çevriləcək. Ona görə də Ukrayna ərazidə zəifləsə, Qərbin geosiyasi mövqeyi də zəifləyəcək.

Digər tərəfdən, Ukraynanın tam zəifləməsi Rusiya üçün Avropanın enerji və təhlükəsizlik sistemində daha böyük təsir imkanları yaradardı. Qərb bunu strateji risk kimi görür.

Afət

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Dekabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri