Icma.az
close
up
RU
Qərbin hərbi alyansı üçün 70 trilyon!

Qərbin hərbi alyansı üçün 70 trilyon!

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

NATO-nin XXXVI sammitində iştirak etmək üçün Ankaraya gələn ABŞ Prezidenti Donald Trampı hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb. Fəxri qaravulun önündən keçən Amerika lideri onları türkcə salamlayıb: "Mərhaba, əsgər!". Səs yazısı Türkiyə liderinin rəsmi “X” səhifəsində yerləşdirilib.

Xatırladaq ki, iyulun 7-8-də Ankarada düzənlənən NATO-nun sammitində alyansa üzv 32 ölkənin nümayəndəsi, o cümlədən milli liderlər, xarici işlər nazirləri və müdafiə nazirləri iştirak edirlər. Türkiyə mediasının yazdığına görə, sammit çərçivəsində Trampla Ərdoğan arasında keçirilən ikitərəfli görüşdə Türkiyənin "F-35" proqramına qayıdışı və milli döyüş təyyarəsi KAAN-da istifadə olunacaq "F-110" mühərrik texnologiyaları kimi önəmli müdafiə layihələrinin qarşısındakı maneələrin aradan qaldırılması məsələləri də müzakirə ediləcək. Ağ Evin məlumatına görə isə, Tramp Ankarada, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşəcək. Trampın Ankarada mətbuat konfransı keçirməsi də nəzərdə tutulub.

* * *

Toplantıya sədrlik edək Baş katib Mark Rüttenin NATO sammiti çərçivəsində keçirilən “Müdafiə Sənayesi Forumu”nda çıxışı maraqla qarşılanıb və dünya mediasında fərqli şərhlərlə müşayiət olunur. O, çıxışında alyansa üzv ölkələrin birgə fəaliyyətini futbol yığmasının DÇ-dəki oyunu ilə müqayisə edib və uğurun yalnız komanda işi sayəsində əldə edilə biəcəyini vurğulayıb: “Heç bir komanda bir istedadlı oyunçu sayəsində qələbə qazanmır. Qapıçı lazımdır, müdafiəçilər, yarımmüdafiəçilər və hücumçular lazımdır”. NATO-nun Baş katibinin sözlərinə görə, adətən əsas diqqət qələbə qolunun müəllifinə yönəlsə də, hər bir uğurun arxasında bütün komandanın əməyi dayanır: “Meydana çıxan hər bir uğurlu oyunçunun və komandanın arxasında başqaları - ehtiyat oyunçular, məşqçilər, analitiklər və fasiləsiz işi təmin edən insanlar dayanır. Heç kim təkbaşına qələbə qazanmır”.

Rüttenin qənaətinə görə, NATO da eyni prinsiplə fəaliyyət göstərir: “NATO da bir çox cəhətdən eyni cür qurulub. Effektiv çəkindirmə və müdafiə üçün bütöv bir komanda lazımdır. Komanda işi və uğur qazanmağı bilən bir komanda məhz belə görünür”.

Onu da qeyd edək ki, Ankara sammitində NATO-ya üzv dövlət başçıları tərəfindən 70 trilyon dollar dəyərində müdafiə müqavilələri imzalayacağı gözlənilir.

* * *

Hazırda NATO 77 illik tarixinin ən çətin sınaqlarından biri ilə üzləşir. Donald Trampın ABŞ-ı alyansdan çıxarmaqla bağlı təhdidləri, ABŞ qoşunlarının Almaniyadan çıxarılması, Qrenlandiya ilə bağlı tələblər, Avropa NATO üzvlərinin İranda ABŞ hərbi kampaniyasını dəstəkləməkdən imtina etməsi, Rusiyanın yaratdığı təhlükə ilə bağlı fərqli qiymətləndirmələr, Ukraynaya dəstək məsələsində fikir ayrılıqları və müəyyən ölkələrin hərbi xərclər öhdəliklərini yerinə yetirməməsi blok daxilində etimadı sarsıdır. NATO-nun Ankara sammitinin əsas məqsədi üzv dövlətlərin bir il əvvəl Haaqada əldə edilən razılaşmalara əsaslanaraq artan müdafiə büdcələrini maddi hərbi imkanlara çevirmək qabiliyyətini nümayiş etdirməkdir. Sammitin əsas özəlliyi isə onun inkişaf etmiş müdafiə sənayesinə malik bir ölkədə - Türkiyədə keçirilməsi və ABŞ prezidentinin iştirakıdır.

Ankara sammitində NATO-nun qarşısında duran əsas vəzifənin yeni qərarların qəbulundan daha çox, qəbul edilmiş öhdəliklərin tam və vaxtında icrasını təmin etmək olduğu deyildi. Çünki alyansın gələcək sammitlərin uğuru məhz son illər əsası qoyulan yeni strategiyanın nə dərəcədə həyata keçiriləcəyindən birbaşa asılıdır.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see309

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see300

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see274

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see267

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see265

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see248

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see227

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see225

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see222

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see218

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see213

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see210

ABŞ ordusu Larak adasında SEPAH ın iki raket qurğusunu vurub

31 Avqust 2026 03:12see205

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see201

Serxio Ramos “Bernabeu”da “Real Madrid”in qələbəsini izlədi VİDEO

31 Avqust 2026 02:41see199

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see197

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see189

Gəncədə yanğın olub FHN məlumat yaydı

31 Avqust 2026 02:21see165

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see165

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri