Icma.az
close
up
RU
Qərbin hədəfi müstəqil dövlətlərin daxili siyasətinə müdaxilə etmək və öz maraqlarına xidmət almaqdır

Qərbin hədəfi müstəqil dövlətlərin daxili siyasətinə müdaxilə etmək və öz maraqlarına xidmət almaqdır

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa İttifaqı və Şimali Atlantika Alyansı, avtoritar kimi tanıdıqları dövlətlərin “təhlükələr”i ilə mübarizə aparmaq üçün işçi qrupu yaratmaq niyyətindədir. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte arasında keçirilən görüşdən sonra birgə kommünikedə məlumat verilib. “Təhdidlərə və çağırışlara qarşı çıxmaq üçün biz yeni yüksək səviyyəli işçi qrupunun yaradılması barədə razılığa gəldik”, - məlumatda deyilir.Bu əməkdaşlıq nə dərəcədə siyasi etik çərçivədə işləyəcək və nə dərəcədə doğru iş hədəfi seçilib?Bu fəaliyyət başqa ölkələrin daxili siyasətinə müdaxilə etmək deyilmi?

Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa İttifaqı və Şimali Atlantika Alyansı rəhbərlərinin görüşündə onlar avtoritar kimi tanıdıqları dövlətlərin digər dövlətlərə təhlükələri ilə bağlı mübarizə aparmaq üçün işçi qrupunun yaradılması ilə bağlı müzakirə aparıblar.

Vüqar İskəndərov

“Avropa Komissiyasının sədri Ursula fon der Leyn və NATO-nun yeni baş katibi görüşüblər və bu görüşdə nəticəyə gəliblər ki, onlar birləşərək, hansı dövlətləri avtoritar sayırlarsa, onlara qarşı mübarizə aparsınlar və hansısa tədbirlər görsünlər”-deyən deputat qeyd edib ki, dünyada yeni bir siyasi mənzərənin formalaşdığı zamanda, əsasən də təkqütblü sistemdən çoxqütblü sistemə keçid astanası sayılan bir dönəm təhdidlərə və çağırışlara qarşı çıxmaq üçün yeni yüksək səviyyəli işçi qrupunun yaradılması sözü, yalnız yeni bir jandarm və arbitr obrazının formalaşdırılması anlamına gəlir.

Əvvala, bu təsisatların rəhbərlərindən soruşmaq lazımdır ki, hansı kriteriyalar əsasında ölkələri avtoritar və qeyri-avtoritar tərəflərə bölürsünüz? Bu seleksiyanın mənbəyi haradır və bu kriteriyanı kim müəyyənləşdirir? Və bu haqqı sizə kim verib ki, siz özünüzü yeni bir obraza salırsınız və jandarm olmaq istəyirsiniz?

Bu sualların sayını kifayət qədər artırmaq olar. Amma bunlar ritorik suallardır. Onlar özləri yaxşı başa düşürlər ki, bu günə qədər Avropa İttifaqında, Avropa Komissiyasında, Avropa Parlamentində, NATO-da yalnız öz maraqlarına uyğun yeridilən siyasətin şahidi olmuşuq və olmaqdayıq”-deyə Vüqar İskəndərov qeyd edib.

Deputat bildirib ki, öz milli maraqlarına uyğun siyasət həyata keçirən və böyük dövlətlərin qanadı altında olmaq istəməyən beynəlxalq transmilli şirkətlərin hansısa oyununa getməyən və ona məhəl qoymayan və öz xalqının iradəsinə arxalanmaqla, öz milli və dövlət maraqlarından irəli gələn məsələlər üzrə siyasət həyata keçirən ölkələrə yeni bir təzyiq formatı icad olunur.

Deputat hesab edir ki, bəhs edilən formatda işçi qrupunun yaradılması, ölü doğulan uşaq təsiri bağışlayacaq: “Artıq fəaliyyətə başlamamışdan öncə, öz kriteriyaları, öz məramı ilə heç bir beynəlxalq hüquqa və BMT nizamnaməsinə uyğun olmayan hakim və ya komissar roluna girərək dövlətləri təftiş etmək və onları ayrıca xətlərlə ayırıb, öz kriteriyaları ilə onlara münasibət göstərilməsi, təbii olaraq yolverilməzdir, yanlış siyasətdir və belə bir təsisatın yaradılmasından sonra faydalı fəaliyyət göstərməsi inandırıcı deyil”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Noyabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri