Icma.az
close
up
RU
Aİ nin müşahidə missiyası Qərbin maraqlarına xidmət edir RƏY

Aİ nin müşahidə missiyası Qərbin maraqlarına xidmət edir RƏY

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 29 noyabr, AZƏRTAC

Son zamanlar Cənubi Qafqazda baş verən proseslər fonunda Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyətinin daha iki il uzadılması bölgədə maraq, eyni zamanda, narahatlıq doğurub. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bu missiyanın fəaliyyəti regionun təhlükəsizliyinə təhdid yaradır və Azərbaycanın maraqlarına uyğun deyil. Bununla yanaşı, son dövrlərdə missiyanın tərkibi və fəaliyyəti ilə bağlı yeni detallar, fəaliyyətinin genişlənməsi müşahidə edilir ki, bu da məsələnin əsas mahiyyətini daha da aktuallaşdırır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib.

O qeyd edib ki, Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətinin uzadılması Azərbaycanın haqlı narahatlığına səbəb olur. Azərbaycan tərəfi dəfələrlə həm Avropa İttifaqına, həm də Ermənistana bu missiyanın regionun təhlükəsizliyinə təhdid yaratdığını çatdırıb. Ancaq buna baxmayaraq, missiyanın nümayəndələri Ermənistanla Azərbaycan arasında müvəqqəti şərti sərhəddə təxribat xarakterli səfərlər edərək, regionda hərbi-siyasi sabitliyi təhdid altında saxlamağa çalışır.

“Qeyd etmək lazımdır ki, Avropa İttifaqının bu missiyası Ermənistan üçün münasib bir alətə çevrilib. Təəssüf, missiyanın fəaliyyətinin uzadılması ilə bağlı müxtəlif mənbələrdən daxil olan məlumatlar göstərir ki, bu fəaliyyətin tərkibində hərbi-texniki sursatların təchizatı məsələsi də var. Bu da missiyanın funksional baxımdan transformasiyaya uğradığını göstərir. Belə bir vəziyyət bir sıra suallar və müəmmalar yaradır. Missiya artıq hərbiləşmiş struktura çevrilir və daimi əsaslarla Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərir ki, bu da regionda sülhə olan ümidləri sarsıdır”, - deyə İ.Vəlizadə vurğulayıb.

Politoloq qeyd edib ki, son dövrlərdə xüsusilə Fransanın sözügedən missiyada fəal iştirakı nəinki Azərbaycanda, regionun digər ölkələrində də Qərbin siyasi maraqlarına xidmət etdiyi düşüncəsini formalaşdırır.

“Missiyanın tərkibində kifayət qədər çox Fransa nümayəndəsinin olması və bu ölkə rəsmilərinin missiyanın fəaliyyətinə yaxından maraq göstərməsi, hətta regiona səfərlər edərək missiya üzvləri ilə görüşlər keçirmələri bunu sübuta yetirir. Məhz bu kimi məqamlar missiyanın bitərəfliyini şübhə altına alır və onun konkret siyasi maraqlara xidmət etdiyini göstərir. Belə bir vəziyyət regionda sabitliyə deyil, əksinə, əlavə gərginliyə səbəb ola bilər”, - deyə o diqqətə çatdırıb.

İ. Vəlizadə xatırladıb ki, Avropa İttifaqının nümayəndələri tez-tez guya Azərbaycanın Ermənistanı təhdid etdiyini və yalnız bu missiyanın fəaliyyətinin İrəvanı bu təhdidlərdən sığortaladğını bildirirlər. Qeyd edirlər ki, guya bu missiya regionda sülhün bərqərar olmasında vacib rol oynayır və sabitliyin yaradılmasına kömək edir. Ancaq göründüyü kimi, belə yanaşma həqiqəti qətiyyən əks etdirmir və region üçün əlavə təhdid törədir.

“Azərbaycan tərəfi tələb edir ki, bu missiya regiondan çıxarılsın və Ermənistanla Azərbaycan arasında aparılan delimitasiya-demarkasiya işlərinə mane olmasın. Hətta hər iki tərəf bu məsələdə vasitəçilərə ehtiyac olmadığını qəbul edib. Missiyanın bu həssas məqamda regionda fəaliyyəti onun prosesə müdaxilə edə biləcəyini göstərir ki, bu da növbəti təhlükələrə yol açır. Bu, isə regiona heç bir halda lazım deyil”, – deyə politoloq vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:248
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri