Icma.az
close
up
RU
Qərbin Ukrayna ÇIXILMAZI: 26 trilyon dollarlıq SAVAŞ

Qərbin Ukrayna ÇIXILMAZI: 26 trilyon dollarlıq SAVAŞ

Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ukraynanın hazırkı durumu həm hərbi, həm iqtisadi, həm də geosiyasi baxımdan böyük bir çıxılmazlığı əks etdirir”.

Bunu Yenicag.az-la söhbətində təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

Analitik Ukrayna müharibəsinin yekunlarına, habelə Aİ-nin və ABŞ-nin sözügedən məsələdəki dair fikirlərini səsləndirib.

Onun sözlərinə görə, yüz minlərlə insanını itirməsinə baxmayaraq, ölkə seçim qarşısında qalıb:

“Bunlardan birincisi, ABŞ dəstəyi olmadan müharibədə üstünlüyü tamamilə itirmək, daha çox ərazi, insan və enerji mənbələri itirmək və hətta ölkənin tamamilə işğal olunması riskini yaşamaq; İkincisi isə ABŞ dəstəyini almaq və bunun qarşılığında ölkənin strateji müəssisələri, təbii resursları və iqtisadi potensialı üzərində nəzarəti Vaşinqtona verməkdir.

ABŞ prezidenti Donald Tramp Ukraynanın 500 milyard dollardan çox dəyərində mədən, təbii qaz ehtiyatları və strateji sənaye obyektlərinin ABŞ qanunları çərçivəsində istismarını tələb edir. Halbuki indiyə qədər ABŞ Konqresi tərəfindən qəbul edilən beş yardım paketi cəmi 175 milyard dollar təşkil edib. Bunun da 70 milyard dolları yalnız ABŞ-də silah istehsalına yönləndirilib. Bu rəqəmlər göstərir ki, Trampın iddia etdiyi 300 milyard dollarlıq əlavə gəlir belə həddindən artıq yüksək görünür”.

A. Ağara görə, digər tərəfdən, ABŞ Ukrayna müharibəsi sayəsində Avropa İttifaqına rekord həcmdə silah və enerji satıb, Rusiyaya və Avrasiya regionuna qarşı ciddi geosiyasi üstünlük əldə edib:

“NATO üzvlərinin hərbi xərcləri əvvəl ikiqat, daha sonra isə üçqat artırılaraq, ABŞ-nin qlobal hegemoniyası üçün lazım olan resursların təmininə yönəldilib. Bundan əlavə, Vaşinqton Rusiyaya qarşı “mənəvi üstünlük” qazanmaq üçün Ukrayna münaqişəsindən effektiv istifadə edir. Sızdırılan sənədlər və beynəlxalq araşdırmalar göstərir ki, Trampın Ukraynadan istədiyi 500 milyard dollar sadəcə başlanğıcdır. Bəzi xarici mənbələrə görə, Ukraynanın mədən və enerji ehtiyatlarının ümumi dəyəri 26 trilyon dollar həcmində qiymətləndirilir. Bu isə Kiyevin nə qədər böyük iqtisadi potensiala malik olduğunu və bu potensialın necə bölüşdürüləcəyini müəyyən edən güclər arasında sərt mübarizə getdiyini göstərir”.

Siyasi təhlilçi xatırladıb ki, Ukrayna bir vaxtlar dünyanın ən böyük nüvə güclərindən biri idi, hətta üçüncü yerdə qərarlaşırdı:

“Lakin 1994-cü ildə imzalanan Budapeşt Memorandumu çərçivəsində ABŞ, Böyük Britaniya və Rusiyanın təhlükəsizlik zəmanətlərini qəbul edərək nüvə silahlarından imtina etdi. Bu addım Kiyevin müdafiə qabiliyyətini ciddi şəkildə zəiflətdi və ölkəni həm daxili, həm də xarici manipulyasiyalara açıq hala gətirdi. Bugünkü vəziyyət göstərir ki, bu qərar strateji baxımdan Ukrayna üçün fəlakətli nəticələrə gətirib çıxardı. Ölkənin düşdüyü vəziyyət digər dövlətlər üçün də ciddi bir dərsdir: geosiyasi zəmanətlər həmişə praktikada işləməyə bilər və özünümüdafiə imkanlarını itirmək gələcəkdə ağır bədəl tələb edə bilər”.

Rafi Müslümov

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 19 Fevral 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri