Icma.az
close
up
RU
“Qərbin Rusiya Ukrayna müharibəsində iştirak etmək niyyəti yoxdur” ŞƏRH

“Qərbin Rusiya Ukrayna müharibəsində iştirak etmək niyyəti yoxdur” ŞƏRH

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Ötən dövrdə ABŞ-ın Rusiya ilə bağlı praktik mənada sərt tədbirlər həyata keçirdiyinin şahidi olmamışıq. Məlumdur ki, danışıqlar prosesi nəticəsiz qaldıqdan sonra ABŞ-dan Rusiya qarşı sərt sanksiyalar gözlənilirdi. Lakin bu baş vermədi və yalnız Rusiya prezidentinin addımlarından məyusluq ifadə olundu”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

“Bu məyusluq əvvəlki məyusluqların davamı kimi qəbul edilə bilər. Hazırkı şəraitdə ABŞ-ın Ukraynada baş verən proseslərə ciddi müdaxilə etmək niyyətində olmadığı təəssüratı yaranır. Bu, həm ABŞ-dan səslənən açıqlamalardan, xüsusilə də Ukrayna prezidenti ilə bağlı ifadələrdən, həm də Qərb ölkələrindən verilən bəzi şərhlərdən görünür. Yəni, indiki şəraitdə Qərb blokunun Rusiya-Ukrayna müharibəsində ciddi şəkildə iştirak etmək niyyəti yoxdur.

Hazırda Avropa əsasən öz maraqlarına fokuslanıb və sərhədlərinin qorunmasını prioritet hesab edir. Xüsusilə Almaniyanın sabiq kansleri Angela Merkelin açıqlamaları bu tendensiyanı əks etdirir. O, Ukraynadakı müharibədə əsasən Polşa və Pribaltika ölkələrini ön plana çıxarıb.

Nəticə etibarilə, bu, təkcə Merkelin şəxsi mövqeyi deyil, eyni zamanda Avropa İttifaqındakı siyasi dairələrin və bütövlükdə Qərb blokunun rəyini əks etdirən yanaşmadır”.

Elçin Mirzəbəyli vurğulayıb ki, son dövrlərdə Avropa İttifaqının əsas diqqəti öz sərhədlərinin müdafiəsi və hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsi üzərindədir.

“Hətta Avropa İttifaqının son toplantılarında, o cümlədən Avropa Siyasi Birliyinin iclaslarında da bu tendensiyanın daha da ön plana çıxdığı müşahidə olunub. Yəni, hal-hazırda Avropanın təhlükəsizliyi Ukraynanın ərazi bütövlüyündən daha ön planda tutulur. Bu baxımdan, yaxın zaman kəsiyində Ukraynaya ciddi dəstək göstərilməsi gözlənilmir”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Oktyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri