Icma.az
close
up
RU
İqtisadiyyatını Qərbin sanksiyalarından qorumağa çalışan Rusiya, Ukrayna müharibəsində qələbə arzulayır

İqtisadiyyatını Qərbin sanksiyalarından qorumağa çalışan Rusiya, Ukrayna müharibəsində qələbə arzulayır

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Dekabrın 14-də “Vahid Rusiya” partiyasının qurultayında çıxış edən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev, qonşu ölkələrə dair təxribatçı açıqlamalar verib. Medvedyev Rusiyanın tərkibində qonşu ölkələrin əraziləri hesabına yeni regionların yaranmasının mümkünlüyünü istisna etmədiyini bildirib. Onun bu açıqlamaları postsovet məkanında, xüsusilə Moldova və Qazaxıstan kimi ölkələrdə ciddi narahatlıq doğurub.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin hərdən belə təxribatçı bəyanatları olur: “Bu dəfə o qurultayda çıxışı da təxribat xarakterli olsa da, Rusiya siyasi rəhbərliyinin arzusunu ifadə edib. SSRİ-nin dağılması Rusiya, Ukrayna, Belarus rəhbərlərinin “Белове́жские соглаше́ния” - SSRİ-nin dağılması haqqında müqaviləni böyük əkəriyyət düzgün saymırlar. Çünki bundan öncə referendum keçirilmişdi. Referendumda səs çoxluğu ilə SSRİ-nin qalması istənilmişdi”.

Elşad Həsənov

Politoloq qeyd edib ki, Vladimir Putin hakimiyyətə gələndən sonra öz çıxışlarından birində SSRİ-nin dağılmasının ən böyük səhv olduğunu bildirdi: “Onun Ukraynada apardığı müharibə də bu istiqamətdədir. Rusiya təklənib. Rusiya o zaman güclü olur ki, ətrafdakı ölkələr də onunla birlikdə olur. O zaman onlar NATO ölkəsi, Amerikaya qarşı hər hansı bir mübarizə apara bilər.

2022-ci il yanvarında Qazaxıstanda törədilən təxribatlarda KTMT-nin üzü olaraq Rusiya qoşunlarını ora yeritdi və iğtişaşın qarşısı alındı, ixtişaşın qarşısı alındı. Dünya güclərinin və Qazaxıstan xalqının təzyiqi ilə Rusiya o gündən sonra öz qoşunlarını oradan çıxarmağa məcbur oldu. Burada təbii ki, həm də Çinin böyük təsiri oldu. Fevralın 24-də Rusiya Ukraynaya ərazilərini işğal etmək üçün hücuma keçdi. Yəni Rusiya əvvəlki MDB ölkələrinin hamısını işğal etmək istəyir və bu da onların arzusudur. Qarşılarında duran planlardır”.

Elşad Həsənov qeyd edib ki, bu planlar Qazaxıstan və Moldova rəhbərlərində böyük narahatlıq yaradır: “Bu sahədə həmin ölkələrin irəliləməsi var. Hətta Moldova artıq Avropaya inteqrasiya etmək haqqında referendum keçirdi və xalq onu səs çoxluğu ilə Avropaya inteqrasiyanı qəbul etdilər”.

Elşad Həsənovun fikrincə, Rusiya nə qədər ciddi iş aparsa da buna nail ola bilmədi: “Qazaxıstan böyük və varlı bir ölkədir. Qazaxıstana Çin çox böyük sərmayə qoyub. Eyni zamanda Qazaxıstan həm də Türk Dövlətləri Birliyinin üzvüdür. Qazaxıstan istəmir ki, bir daha Rusiyanın təsiri altına, tapdağı altına düşsün”.

Politoloq bildirib ki, Rusiya regionda güclü ölkədir və onun böyük ərazisi, resursları var. Elşad Həsənov qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi 3 ilə yaxın müddət davam edir və bu da Rusiyanı iqtisadi cəhətdən çox zəiflədib.

“Bu gün Rusiya Avropa İttifaqının sanksiyaları altındadır. Rusiya öz iqtisadiyyatının inkişaf etdiyini təbliğ edir. Ancaq "Telegram" kanallarında rus iqtisadçılarının yazılarını oxuyuruq ki, Rusiyada vəziyyət getdikcə çətinləşir. İddialar var ki, gələn il pensionerlərin pensiyalarını verməyə gücləri çatmayacaq. Çoxsaylı ixtisarlar olacaq. Rusiya bataqlığa düşüb. Rusiya Ukrayna torpaqlarında çabalayır. Çabaladıqca da boğulmağa doğru gedir. Əgər Rusiya Ukrayna müharibəsindən qalib çıxsa, Rusiya istədiyinə nail olsa, qısa müddətdə bir qədər gücləndikdən sonra digər respublikaları da işğal edəcək. Kimisini zor gücünə, kimisini xoşluqla öz təsiri altına alacaq. Xaricdən dəstək almayan, Rusiyanın qarşısında durmaq iqtidarında olmayan ölkələr məcburən Rusiyanın boyunduruğu altına düşəcəklər. Bu da təbii ki, çox pis haldır. Rusiya-Ukrayna müharibəsinin nəticəsi çox prosesi həll edəcək.Bu gün Rusiyanın digər respublikalara, ölkələrə hücum etməyə gücü yoxdur. Suriyada Rusiyanın məğlubiyyəti göz qabağındadır. Uzun illər Bəşər Əsəd rejimini dəstəkləyən bir ölkə məğlub statusla oradan hərbi gücünü çıxarmağa məcbur oldu. İndi cəmi iki şəhərdə Rusiya qüvvələri qalıb və onlarla bağlı danışıqlar gedir. Rusiya bu gedişatla digər ölkələrə qarşı işğal siyasəti apara bilməyəcək. Rusiyanın öz daxilində parçalanmalar baş verəcək. Artıq Kazan, Başqırdıstan, Çeçenistan, Şimali Qafqaz və digər regionlar Rusiyadan ayrılmaq istəyir”-deyə Elşad Həsənov əlavə edib.

Politoloqun fikrincə, son illər Azərbaycan və Türkiyənin layihəsi "Türk Dövlətləri Təşkilatı" güclənir.

“Biz vahid hərbi birləşməyə nail olsaq, Rusiya Türk Dövlətlər Təşkilatına qarşı çıxmağa cürət eləməz. Ancaq Moldovanı və Gürcüstanı (Gürcüstanda Rusiya yönümlü siyasətçilər hakimiyyətdədir) əldə edə bilər. Qarşıdakı günlərdə Rusiyanın hansı mövqedə olduğu bəlli olacaq”-deyə Elşad Həsənov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Dekabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri