Icma.az
close
up
RU
Qərbin sürüşkən situasiyası: Rusiyanın NATO ilə bağlı natahatlığı əbəs yerə deyil

Qərbin sürüşkən situasiyası: Rusiyanın NATO ilə bağlı natahatlığı əbəs yerə deyil

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

NATO ilk növbədə Sovet İttifaqının mövcudluğunu dayandırdıqdan sonra ləğv edilməli idi, necə ki Varşava Müqaviləsi fəaliyyətini dayandırdı. 

Bu açıqlama ilə Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib. 

Onun sözlərinə görə, NATO təhlükəsizliyi gücləndirmək iqtidarında deyildi: 

“Daha ​​doğrusu, alyans təhlükəsizliyin təmin edilməsinin faydalarını bölüşmək istəməyənlər tərəfindən manipulyasiya edildiyi üçün bunu edə bilmədi”.



Politoloq Tofiq Abbasov “Sherg.az”a söyləyib ki, Rusiyanın NATO ilə bağlı natahatlığı əbəs yerə deyil:


“Çünki birqütblü dünya yaradıldıqdan sonra Amerika Birləşmiş Ştatları və onun işlək aləti NATO-nun dünyada necə prosesləri gündəmə gətirdiyinin şahidi olduq. Amerika Birləşmiş Ştatları NATO-nun adından sui-istifadə edərək qanunsuz işlərə rəvac verirdi. Eyni zamanda özbaşına bir çox məsələləri həll etdikdən sonra guya Təhlükəsizlik Şurasının qətnamələrini gündəmə gətirirdi. Bunlar göstərir ki, Amerika faktiki olaraq Donald Trampa qədər NATO ilə vidalaşmaq niyyətində olmayıb. SSRİ-nin keçmiş Prezidenti Mixail Qorbaçovun dövründə Amerika danışıqlarda Varşava müqaviləsinin aradan götürülməsini və Sovet qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb kimi ortaya qoydu. Buna qarşılıq isə NATO-nun yerindən tərbənməyəcəyini söylədilər. Lakin qısa müddət sonra Sovet İttifaqı qoşunları Şərqi Avropadan çıxarıldı, NATO yavaş-yavaş hərəkətə keçdi və Rusiyanın sərhədlərində yerləşdirildi. Ukrayna faciəsi belə göstərir ki, Amerika və onun Qərb dünyasından olan həmkarları həqiqətən də Rusiyanın narahatlığının səbəbsiz olmadığını nümayiş elətdirir. 2014-cü ildə Krım Rusiya tərəfindən işğal olundu. Həmin zaman NATO və Amerikanın məsələyə münasibəti nisbətən dözümlü oldu. Çünki NATO-nun Sevastopolda hərbi bazaları ələ keçirmək niyyətlərindən Rusiya Xarici Kəşfiyyat Xidmətinin xəbəri var idi. Sovet İttifaqı dövründən həmin hərbi bazaların yaradılmasına külli miqdarda vəsaitlər xərclənmişdi, buna görə də həmin yerləri Rusiya heç kəslə bölüşmək istəmirdi”.


Ekspert qeyd edib ki, Böyük Britaniya birmənalı mövqe tutaraq Rusiyanın maliyyəsindən qırtaraq Ukraynaya dəstək göstərəcəyini söyləyir:

“Yəni Qərb dünyası, xüsusilə də Böyük Britaniya, Almaniya, Niderland və Fransa müharibənin dayanmasını istəmirlər və Rusiyanın maksimum dərəcədə zəifləməsində maraqlıdırlar. Sözügedən proseslərdə ona görə də onların fikirləri haçalanır. Həmin ölkələr demokratiyanın qulluğunda olduqlarını, rəsmi Kreml isə onların Rusiyanın sonunu gətirməyə çalışdıqlarını vurğulayırlar. Belə olan halda getdikcə Rusiya zəifləyir və Ukrayna dərin borclar quyusuna düşür. Ukraynanın dünyaya gəlməyən yeni nəsilləri belə həmin borcların içində batacaqlar. Çünki Qərbin yaratdığı situasiya son dərəcə sürüşkəndir və Ukrayna xalqına heç bir imtiyaz vəd etmir. Amerika siyasəti ilə və Rusiya arasında antoqonizm mövcuddur. Sadəcə olaraü Tramp prezidentliyi dövründə savaşla bağlı nəsə edə bilər ki, ondan sonra hakimiyyətə kim gəlsə, vəziyyət eyni şəkildə davam edəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Aprel 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see288

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see193

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see169

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri