Icma.az
close
up
RU
Qərəzli iddialara ABŞ nəşrində cavab...

Qərəzli iddialara ABŞ nəşrində cavab...

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın “Nəşnl İnterest” jurnalında erməni diasporunun radikal nümayəndəsi kimi tanınan Stefan Peşdimalci tərəfindən bir müddət əvvəl Azərbaycana qarşı əsassız fikirlər və iftira ilə dolu məqalə dərc edilmiş və Ermənistan-Azərbaycan sülh prosesi tənqid olunmuşdu. Buna cavab olaraq, “Nəşnl İnterest” keçmiş diplomat Anar Cahangirlinin “Ermənistan-Azərbaycan sülh prosesini tənqid deyil, dəstəkləmək lazımdır” adlı məqaləsini dərc edib.

Axar.az məqaləni təqdim edir:

“2025-ci il avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Ağ Evdə Donald Tramp ilə əl sıxdıqda, bu, sadəcə, növbəti foto fürsəti deyildi. Son onilliklər ərzində ilk dəfə Azərbaycan və Ermənistan liderləri bir nəsli yaralayan münaqişəyə son qoymaq üçün yol xəritəsi təqdim etdilər.

Liderlər “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Müqavilənin” mətninin paraflanmasına şahidlik edərək, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə yeddi maddədən ibarət bəyannamə imzaladılar. Sülh müqaviləsi hələ tam olaraq imzalanmasa da, əldə olan sənəd bir-birinin suverenliyinə hörmət etməyi və sərhədlərin zorla dəyişdirilməsindən çəkinməyi vəd edir.

Sənəd, həmçinin ABŞ-ın dəstəyi ilə Ermənistan ərazisindən keçən və Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək tranzit yolunu nəzərdə tutur. Həmin marşrut boyunca yaşayan icmalar üçün bu, sadəcə, diplomatik razılaşma deyil. Bu, yolların yenidən açılması, bazarların dirçəlməsi və məftillərlə, səngərlərlə ayrılmamış kəndlərin və şəhərlərin birləşməsi vədidir.

Hər kəs bunu belə görmür. Stefan Peşdimalci son məqaləsində bu razılaşmanı “boş simvolizm” adlandırır və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün atdığı addımlara görə “hesab verməsini” tələb edir. Anlamaq lazımdır ki, məsuliyyət birtərəfli deyil. Müəllifin bu mövqeyi, onilliklərlə Ermənistan silahlı qüvvələrinin beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərini işğal altında saxlamasını, yüz minlərlə insanı məcburi köçkün vəziyyətinə salmasını görməzdən gəlir. Eləcə də, Ermənistan ordusunun Qarabağda yüzlərlə Azərbaycan şəhər və kəndlərini tamamilə dağıtmasını, Azərbaycanın həmin əraziləri viranə vəziyyətdə geri almasını, indi isə onları bərpa edib dirçəltməyə çalışmasını nəzərə almır.

Müəllifin yazısı, həmçinin 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qoşunlarının işğal etdiyi rayonlardan çıxmasını tələb edən qətnamələrin olduğunu xatırlatmır. Ermənistan hakimiyyəti bu çağırışlara məhəl qoymadı, həmin əraziləri öz əraziləri kimi idarə etdi – oraya əsgərlər göndərdi, hərbi komandirlər təyin etdi və irəli çəkdi, kommersiya lisenziyaları verdi və kvazi-hökumət qurumlarının əməkhaqlarını ödəyirdi. Avropa İnsan Hüquqları Məhkəməsi də “Çıraqov Ermənistana qarşı” işində bunu “effektiv nəzarət” kimi tanıdı. Təxminən otuz il ərzində danışıqlar dayanmışdı və təmas xətti möhkəmlənmişdi.

Yalnız 2020-ci ildə müharibədən sonra, Azərbaycan işğal altındakı rayonlarını geri aldıqdan sonra ciddi sülh danışıqları başladı. Bakı Qarabağ bölgəsində yaşayan etnik ermənilərə vətəndaşlıq, yerli özünüidarəetmə, mülkiyyət və mədəni hüquqların qorunmasını təklif etdi, lakin təkliflər rədd edildi. 2023-cü ilin sentyabrında Azərbaycan qısamüddətli əməliyyatla separatçıların nəzarətində qalmış digər ərazilərə də nəzarəti bərpa etdi. Separatçı rəhbərlik silahı yerə qoydu və ermənilərin hüquq və təhlükəsizliyinin Azərbaycan Konstitusiyası çərçivəsində həll ediləcəyini qəbul etdi. Nəticədə, Qarabağdakı erməni əhalisi sonrakı həftələrdə bölgəni tərk etdi. Peşdimalci bu gedişi “etnik təmizləmə” kimi təqdim edir.

Aydındır ki, “qorxu və çətinlik” bir çox ailələrin çıxmasına təsir edən amillərdən idi. Ancaq bunu sübutsuz şəkildə “etnik təmizləmə” adlandırmaq mürəkkəb seçimləri sadə şüara endirir və niyyətin olmadığı yerdə onun mövcudluğunu iddia edir. Əksinə, Azərbaycan hakimiyyəti dəfələrlə erməni əhalisinin reinteqrasiyasına çağırdı, onlara vətəndaşlıq və digər hüquqlar qazanmaq üçün yollar təklif etmişdi.

Peşdimalci iddia edir ki, guya Azərbaycan həbsxanalarında erməni “siyasi məhbusları” və “hərbi əsirləri” saxlanılır. Əslində, Azərbaycanda heç bir hərbi əsir yoxdur, çünki onların hamısı 2020-ci il 9 noyabr razılaşmasından dərhal sonra Ermənistana təhvil verilmişdi. Döyüşlər dayandıqdan xeyli sonra bir neçə erməni hərbçi əsir götürülmüşdü və onlar da sonrakı razılaşmalar çərçivəsində azad olunublar.

Hazırda Azərbaycan yalnız Qarabağda qanunsuz yaradılmış separatçı qurumun bir sıra siyasi və hərbi liderlərini həbsdə saxlayır və onlara qarşı ciddi ittihamlar irəli sürülüb, məhkəmə prosesi aparılır. Məhkəmə açıqdır və saxlanılanlara Azərbaycan qanunvericiliyinə uyğun bütün hüquqlar verilib.

Mədəni irsin məhv edilməsi ittihamları da izaha ehtiyac duyur. Bəzi erməni kilsə xadimləri yüzlərlə kilsə və abidənin risk altında olduğunu bildirirlər. Azərbaycan isə cavabında qeyd edir ki, həmin obyektlərin bir çoxu qədim Qafqaz Albaniya irsinə aiddir və onların qorunacağına zəmanət verir. Ermənistan tərəfinin iddia etdiyi bəzi kilsələr isə işğal dövründə yeni tikilib, tarixi və mədəni əhəmiyyətə malik deyil.

Sülh sazişinin yekun imzalanması üçün hələ də görüləsi işlər var:

1) ATƏT-in Minsk qrupu buraxılmalıdır;

2) Azərbaycanın əsas hissəsini Naxçıvana birləşdirən yol açılmalıdır;

3) Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası kimi təfsir oluna biləcək müddəaları dəyişməlidir.

Lakin bütün bunları sadalayan Azərbaycan Prezidenti Vaşinqtondakı sammitdən sonra verdiyi müsahibədə “artıq bölgəmizə davamlı sülh gəlib” dedi.

Cənubi Qafqazda sülh yalnız bir tərəfin iztirabını unudaraq əldə olunmayacaq. Sülhün təməli regionun özündədir – azərbaycanlılar və ermənilər ortaq gələcəklərini yenidən təsəvvür edə bilərlər. Hökumətlər qalan blokadaları aradan qaldıra, yolları aça, mədəni irsi qoruya və başladılmış müqaviləni tamamlaya bilərlər.

Eyni zamanda, bölgəyə yaxın ölkələr Qafqaz xalqlarına geosiyasi oyunun fiqurları kimi deyil, qorxusuz yaşamağa layiq qonşular kimi baxmalıdırlar. Köhnə klişeləri təkrar edib, “lazımsız” bildikləri faktları görməzdən gələnlər nə ermənilərə, nə də azərbaycanlılara fayda verirlər. Nəticə etibarilə, etimad kənardan səslənən ittihamlarla deyil, keçmişdəki səhvlərinin tanınması və ortaq gələcəyə aparan konkret addımların dəstəklənməsi ilə qurulur”.

Qeyd edək ki, Anar Cahangirli Qarabağ Universitetində strateji inkişaf üzrə müşavir olaraq çalışır, həm də ADA Universitetinin Dövlət Siyasəti üzrə müəllimidir. O, 2001-2011-ci illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik xidmətdə olub. 2011-ci ildə ABŞ-ın Harvard Universitetinin Con Kennedi adına İdarəçilik fakültəsinin magistr diplomunu aldıqdan sonra özəl sektorda və beynəlxalq təşkilatlarda çalışıb, ictimaiyyətlə əlaqələr, təhsilin idarə edilməsi və strateji tərəfdaşlıqlar üzrə mütəxəssisdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 Avqust 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri