Icma.az
close
up
RU
Qərəzli, siyasiləşdirilmiş və mandatından kənara çıxan “Beşinci Rəy”

Qərəzli, siyasiləşdirilmiş və mandatından kənara çıxan “Beşinci Rəy”

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qərbi Azərbaycan İcması AŞ-nın Nazirlər Komitəsindən ölkəmizə qarşı siyasi oyunlara son qoymağı tələb edib

Hazırda beynəlxalq münasibətlər sistemində dərin böhran mövcuddur. Bu gün dünyada beynəlxalq nizam pozulub, beynəlxalq hüquq normaları işləmir. Belə olan halda bir sıra hegemon dövlətlər digər xalqlara münasibətdə  öz maraqları baxımından yanaşırlar. Qərbin və onun təsir dairəsində olan beynəlxalq təşkilatların qeyri-standart və geosiyasi ambisiyalara söykənən maraqları da dünyada ciddi təhdidlər yaradır. Həmin dairələrin yanaşmasında özünü göstərən başlıca tendensiyalardan biri də ikili standartlara əsaslanan mövqedir.

Avropa Şurası niyə ermənipərəst mövqe tutur?

Məlumdur ki, ərazi bütövlüyünü və suverenliyini öz gücünə bərpa edən Azərbaycan dövləti Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Bu amil həm də dövlətimizin beynəlxalq münasibətlər sistemində nüfuzunu və mövqelərini gücləndirir. Təəssüf doğruran hal odur ki, Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Qərbin təsir dairəsində olan beynəlxalq təşkilatlar ölkəmizə qarşı aqressiv münasibət sərgiləyirlər ki, bu da ikili standartların və riyakarlığın pik həddidir. Bu baxımdan, Avropa Şurası və onun müxtəlif strukturları dəfələrlə ölkəmizə qarşı əsassız və qeyri-obyektiv qətnamələr qəbul edib.

Əslində, Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq önəmli yer tutur. Bu fakt beynəlxalq müstəvidə müsbət dəyərləndirilir. Bu baxımdan, Avropa Şurası da istisna olmayıb. Azərbaycanın nümayəndə heyəti hər zaman AŞPA-nın işində həmişə fəal iştirak edib, müzakirələrə çıxarılan məsələlərə öz münasibətini bildirib, deputatlarımız qurumun komitə sədrləri, məruzəçiləri qismində çalışıblar. Ən əsas məsələ bu beynəlxalq tribunadan Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması olub. Lakin burada hər zaman Avropa parlamentarilərinin ikili standartları ilə üzləşmişik.  30 il ərzində Avropa Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. 2001-ci ildə Azərbaycan bu təşkilata üzv olarkən onun Ermənistanın işğalçı siyasətinə qarşı ciddi addımlar atacağına ümid edirdi. Lakin ötən dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər.

30 il susan Avropa Şurası...

Avropa Şurası nəinki Ermənistanı işğalçı siyasətini tanımadı, əksinə erməni lobbisinin maraqlarına uyğun olaraq ölkəmizə qarşı müxtəlif vaxtlarda qərəzli qətnamələr qəbul etdi. Hansı ki, Avropa Şurasının əsas meyarı insan hüquqlarının qorunmasıdır. Lakin Ermənistanın işğalçı siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma yurdlarından qaçqın və məcburi köçkün düşməsini bu təşkilat görməzdən gəldi. Bütün bunların fonunda AŞPA cari  ilin yanvar ayında Azərbaycanın guya Qarabağda erməniləri etnik təmizləməyə məruz qoyduğunu iddia edərək qətnamə qəbul edib, eləcə də Azərbaycan nümayəndə heyəti əsassız olaraq səsvermə hüququndan məhrum olunub.  Bu da Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir. AŞPA-nın sözügedən qərəzli addımına cavab olaraq Azərbaycan nümayəndə heyəti qurumdakı fəaliyyətini dondurub.

Qeyd edək ki, Avropa Şurasının ölkəmizə qarşı qərəzli mövqeyi COP29 ərəfəsində və bu tədbirin keçirildiyi günlərdə də davam etməkdədir. Bir neçə gün öncə Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının Azərbaycan tərəfindən icrasına dair Məşvərət Komitəsinin qərəzli, siyasiləşdirilmiş və mandatından kənara çıxan Beşinci Rəyi də bunun göstəricisidir. Azərbaycanın Xarici İşlər Nazirliyi bu “sənədi” tənqid edib. Eyni zamanda, Qərbi Azərbaycan İcması da bəyanat verərək Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının Məşvərət Komitəsinin Azərbaycanla bağlı  Beşinci Rəyini qınayıb.

Qərbi Azərbaycan İcması etiraz edir

Bəyanatda qeyd olunub ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə, mədəni irsin dağıdılması və qayıdış hüququnun pozulmasına səssiz qalmış Avropa Şurasının sözügedən qurumu öz rəyi ilə Azərbaycana qarşı şər və böhtandan ibarət mövqe sərgiləyir və azərbaycanlıları deportasiyaya məruz qoyaraq monoetnik ölkəyə çevrilmiş Ermənistana münasibətdə dəstəkləyici davranış nümayiş etdirir. Xüsusilə, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüququnu görməzdən gələn Avropa Şurasının bu qurumunun, indi Qarabağdan köçmüş ermənilərin qayıdış hüququndan danışması etnik və dini ayrı-seçkiliyin ən bariz göstəricisidir.

Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının Ermənistanın insan hüquqları sahəsində Avropa Şurası çərçivəsində, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası və Milli Azlıqların Qorunması üzrə Çərçivə Konvensiyasından irəli gələn öhdəliklərinin yerinə yetirilməsini monitorinq predmetinə çevirmək barədə Şuraya dəfələrlə etdiyi müraciətlər cavabsız qalıb. Bundan başqa, rəyin məhz indi açıqlanması onu göstərir ki, Məşvərət Komitəsi “Freedom House” kimi qondarma qurumlar, Frank Pallone kimi korrupsioner siyasətçilər kimi COP29 zamanı daha da qızışan anti-Azərbaycan kampaniyasına qoşulub.

Bütün bunlar isə ona dəlalət edir ki, başda Parlament Assambleyası olmaqla, Avropa Şurasının bir sıra qurumları bəzi dairələrin əlində Azərbaycana qarşı siyasi oyunlar üçün alətə çevrilib. Qərbi Azərbaycan İcması Avropa Şurasının Nazirlər Komitəsindən, sözügedən məşvərətçi qurumun Azərbaycana qarşı qəbuledilməz siyasi oyunlarına, etnik və dini ayrı-seçkiliyinə son qoymağı tələb edib.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Noyabr 2024 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri