Icma.az
close
up
RU
Reysə çıxan hər bir sürücü tibbi rəy əsasında xəttə buraxılır

Reysə çıxan hər bir sürücü tibbi rəy əsasında xəttə buraxılır

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"BakuBus" MMC-də sürücülərin sağlamlıq vəziyyətinə nəzarət və tibbi yoxlanış prosesi qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun şəkildə həyata keçirilir.

Sürücülər işə qəbul edilməzdən əvvəl Səhiyyə Nazirliyinin Kollegiyasının 13 dekabr 2012-ci il tarixli, 46 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin icbari tibbi müayinədən keçirilməsi tələb olunan işlərin siyahısı"na əsasən tibbi müayinədən keçirilirlər.

Bundan əlavə, "BakuBus" MMC-nin sürücüləri daxili qaydalara əsasən ildə bir dəfə tam kompleks tibbi müayinədən keçirilir. Bu proses zamanı onların ümumi sağlamlıq göstəriciləri ilə yanaşı, narkoloji testlərdən keçməsi də təmin edilir. Sürücülərin reysqabağı tibbi müayinəsi Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli, 71 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq aparılır.

Qaydaların tələblərinə əsasən, reysqabağı tibbi müayinə zamanı sürücülərin anamnezi toplanmalı, bədən temperaturu ölçülməli, nəbzi sayılmalı və nəfəsvermə havasında alkoqolun olmaması müəyyən edilməlidir. Sağlamlıq vəziyyəti tibbi tələblərə cavab verməyən sürücülərin nəqliyyat vasitəsini idarə etməsinə icazə verilmir.

Avtobus depolarında fəaliyyət göstərən tibb məntəqələri ilkin tibbi yardım vasitələri və müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunub. Sürücülər hər gün səhər reysə çıxmazdan əvvəl həkim tərəfindən tibbi müayinədən keçirilir və yalnız müvafiq tibbi rəy əsasında xəttə buraxılır. İkinci növbədə fəaliyyət göstərən sürücülər paytaxtın müxtəlif ərazilərində yerləşən 39 tibb məntəqəsində eyni qaydada tibbi müayinədən keçirlər.

Əgər reysqabağı tibbi müayinə zamanı hər hansı şübhəli hal aşkarlanarsa, həmin sürücü xəttə buraxılmır və bu barədə aidiyyəti tibbi və inzibati qurumlara müvafiq qaydada məlumat verilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri