Icma.az
close
up
RU
Qərəzli və birtərəfli xarakter daşıyan hesabata cavab…

Qərəzli və birtərəfli xarakter daşıyan hesabata cavab…

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa Azərbaycan Mərkəzi ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının qərəzli hesabatı ilə bağlı bəyanat yayıb

Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının (USCIRF) 2025-ci il 25 mart tarixli hesabatında ölkəmizlə bağlı irəli sürülən qərəzli və əsassız iddialarla bağlı bəyanat yayıb.

SİA xəbər verir ki, bəyanatda hesabatın qərəzli və birtərəfli xarakter daşıdığı xüsusi vurğulanıb, Azərbaycanda dini tolerantlıq mühitinin tarixən təşəkkür tapdığı və bu gün də bütün dini icmalara bərabər şərait yaradıldığını qeyd olunub. Bildirilib ki, ölkədə 900-dən çox dini icma fəaliyyət göstərir, onların təxminən 30 faizi qeyri-müsəlman icmalardır. Bakıdakı pravoslav kilsəsi, katolik kilsəsi, sinaqoqlar və digər dini məbədlər ölkədə dini müxtəlifliyin və azadlığın göstəricisidir.

Bəyanatda bildirilib ki, hesabatda guya Azərbaycanın dini azadlıqları məhdudlaşdırdığı, qeyri-müsəlman icmalara qeydiyyat verilmədiyi və Qarabağda erməni dini irsinə təhdid olduğu barədə əsassız iddialar reallıqla üst-üstə düşmür. 2023-cü ildə BMT missiyasının Xankəndidə dini və mədəni obyektlərə heç bir zərər dəymədiyini rəsmən bəyan etdiyi xüsusilə diqqətə çatdırılıb.

Qeyd olunub ki, USCIRF 30 il ərzində Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində məscidləri dağıtmasını və dini abidələri təhqir etməsini tamamilə nəzərə almır. Azərbaycanda dini radikalizmlə mübarizə qanun çərçivəsində aparılır və dövlətin təhlükəsizliyinə yönəlmiş fəaliyyətlər hüquqi qaydada cavablandırılır.

Həmçinin vurğulanıb ki, Azərbaycan dövləti həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə dinlərarası dialoqu və dini tolerantlığı təşviq edir. “Bakı Prosesi” çərçivəsində keçirilən beynəlxalq forumlar, dinlərarası zirvə toplantıları və mədəniyyətlərarası dialoqun dəstəklənməsi bu siyasətin konkret təzahürüdür.

Qərəzli və birtərəfli təqdim edilən bu cür hesabatlar regionda sülh, sabitlik və qarşılıqlı anlaşmaya deyil, gərginliyə və nifrət ritorikasına xidmət edir. Biz bu cür yanaşmanı qətiyyətlə rədd edirik və dünya ictimaiyyətini Azərbaycanın reallıqlarını obyektiv şəkildə qiymətləndirməyə çağırırıq”, - deyə Avropa Azərbaycan Mərkəzinin bəyanatında xüsusi vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Mart 2025 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri