Icma.az
close
up
RU
Qəribəm, heç nəyə gəlmir gümanım

Qəribəm, heç nəyə gəlmir gümanım

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsmayıl MƏRCANLI-İMANZADƏ

10 dekabr tanınmış şair və publisist, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadənin doğum günüdür. 80 yaşı tamam olan İ.İmanzadə təkcə öz nəsildaşları arasında və yaşayıb-yaratdığı bölgədə yox, bütövlükdə çağdaş Azərbaycan ədəbi mühitində özünəməxsus yer tutur. 80 illik yubileyi münasibətilə İsmayıl İmanzadəyə səmimi təbriklərimizi və xoş arzularımızı ünvanlayır, yaradıcılığından nümunələri oxucularımıza təqdim edirik.

Ülvi duyğularım dəhnədir, dəhnə,

Ürəyim şeirlə dolu bir təhnə.

Nə bir az təzəyəm, nə də ki köhnə,

Sənin "ol" dediyin gündənəm, Allah!

Qəribəm, heç nəyə gəlmir gümanım,

Sevgindir əbədi dinim-imanım.

Saflıq-halallıqdır andım-amanım,

Yoğurub-yapdığın kündənəm, Allah!

Sənsən tacidarı göyün, yerin də,

Heç vaxt açılmayan sirrin dərində.

Əgər ismim yoxsa "can dəftəri"ində,

Deyim: - İsmayıl adlı bəndənəm, Allah!

lll

Avazıdır ötüb keçən hər anın,

Heç vaxt gizli saxlamayıb ünvanın.

Qobustanda daş köynəkli dastanın,

Mürgüləyən yaddaşında sirdi, söz.

Sədasıymış torpağın da, daşın da,

Şəhiddi, qazidi yurd savaşında...

Saxlamışam ürəyimin başında,

Dəyərlidir sərraf olan yerdə söz.

Hər şah beyti çiçək kimi təzə-tər,

"Bəsləsən" sal daşın üstə də bitər...

Öz qınına tez çəkilər qəm-kədər,

Məlhəm kimi yaxılanda dərdə söz.

Halallığı açıq alnım, ağ üzüm,

Hər misrası göz oxşayan bir düzüm...

Nə yaxşı ki yaddaşında var izim,

Həmdəmimdi qələm-kağız, bir də söz...

lll

Ömrüm boyu yan keçsəm də axından,

Hər yetəni tanımadım yaxından.

Əcəl gəlib yapışanda yaxamdan:

"Tez ol, ölüm şərbətini iç" demə.

Dost bildiyim ürəyimi sındırıb,

Həyat məni "döyə-döyə" qandırıb.

Öz əlinlə körpüləri yandırıb

Mənə: "Namərd körpüsündən keç" demə.

Bu gedişin əyrisi nə, düzü nə,

Tamarzıyam məhəbbətin közünə.

Saf eşqimin kül üfürüb gözünə:

"Özün gedib öz tayını seç" demə.

Gözlərimdə şimşək kimi çaxmısan,

Necə deyim durulanda axmısan?

Bir vədələr axırıma çıxmısan,

Baxışların qatil imiş heç demə.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Dekabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri