Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Nəcibənin toyudur Fotolar

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

525ci qəzet Nə buralar mənim üçün qürbətdir, nə də mən qəribəm

525ci qəzet Nə buralar mənim üçün qürbətdir, nə də mən qəribəm

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Gəlib çatdıq ilin axırına... Ömrün bir ilini də yola salmaq ərəfəsindəyik. Hər ötən il mütləq ki nələrləsə yaddaşlarda da qalır, tarixdə də. Gözləntisinə çatan da oldu, gözləmədiklərilə qarşılaşan da. Uğur qazanan sevindi, uduzan məyus oldu. Bütün bunları yaşaya-yaşaya ili başa vurduq. Yeni təqvim ilinin astanasından geriyə boylanaraq, ayların bir göz qırpımında gəlib keçdiyinin isə hamımız fərqindəyik. Lakin bir millət, bir xalq olaraq Azərbaycan və azərbaycançılığımız ən qürrələndiyimiz, öyündüyümüz hisslər kimi bizimlə qoşa addımladı. Dünyanın hansı nöqtəsində olursa olsun, azərbaycanlı bu ada sahib çıxmağı bacardı, onu yaşatdı, qorudu, xələl gəlməsinə imkan vermədi.

"Yersiz qərib olmaz, qəribsiz yer olmaz". Məntiqlə yanaşsaq, həqiqətə söykənən kəlamdır.  Həmişə düşünmüşəm ki, Vətəndən kənarda yaşamaq məcburiyyətində olanların təbii ki, əsaslı və tutarlı səbəbləri var. Onlarla dəfələrlə söhbətləşmək, fikirlərilə maraqlanmaq kimi bir fürsətim olub. Və hər dəfə də "Vətən", "Azərbaycan" kəlmələrini necə bir yanğı ilə çəkdiklərini görmüşəm.

Bir təsadüf ilin son şənbə müsahibini qarşıma çıxardı. Müəlliminə olan dərin ehtiramı onu okeanın o tayından bircə həftəlik də olsa, Vətənə gətirmişdi. Bu fürsəti qaçırmaq istəmədiyimdən onunla söhbətləşmək imkanı əldə edə bildim. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində müsahibimiz uzaq Nyu-Yorkda yaşayan pianoçu, beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist, professor Nərgiz Əliyarovadır.

- "Göz yaşında çimən dünya, Üzün-gözün təmizdimi?" Ramiz Rövşənin misralarıdır...

- Deməzdim ki, üzü-gözü təmizdir dünyanın, çünki hamımız nələrin baş verdiyinin şahidləriyik. Amma bütün bu hadisələrin fonunda Azərbaycanın keçdiyi yola baxanda ürəyim qürur hissilə dolur. Problemlər olsa da, bu qarışıq dünyada Azərbaycanda sabitlik var, stabillik var, ən başlıcası öz torpaqlarını azad edə bildi. Bununla belə, qaynar qazana bənzəyən dünyaya görə narahatçılıqım olsa da, pianoçuyam deyə, ifa etdiyim musiqinin gözəlliyi, harmoniyası ilə neqativliyi özümdən uzaqlaşdıra bilirəm.

- Deyirlər ki, insan düşdüyü mühitə alışır. Yeddi ildir Vətəndən uzaqda yaşayırsınız. Nə azdır, nə də çox...

- Təbiət etibarilə hər şeyə tez alışan adamam. İlk vaxtlar düşdüyüm şəhərin nədənsə pis tərəflərini görürdüm və bu, xoşuma gəlmirdi. Bir dəfə özümə belə bir sual verdim: "Nərgiz, sevdiyin, yoxsa sevmədiyin bir şəhərdə yaşamaq istəyirsən?" Təbii ki, cavabım sevdiyim şəhər oldu. Yalnız bundan sonra Nyu-Yorkun yaxşı tərəflərini izləməyə başladım, diqqətimi o istiqamətə yönəltdim, müsbətlərə qiymət verməyə çalışdım. Nəticədə gördüm ki, çox maraqlı bir şəhərdə yaşayıram və Nyu-Yorku artıq sevirəm.

- Bu maraqlı şəhərdə bir azərbaycanlı öz ölkəsini tanıtmağı da bacarmalı idi...

- Vətəndən kənarda yaşayan hər bir azərbaycanlı orada tutduğu mövqeyindən, hansı istiqamətdə, sahədə çalışmağına baxmayaraq, ətrafında, əhatəsində olanlara birmənalı şəkildə Azərbaycanı tanıdır. Bir musiqiçi, daima ictimaiyyət arasında olduğumdan Azərbaycanı təbliğ etmək mənə daha asandır. Biz daha çox Azərbaycan haqqında konsertlər keçiririk. Amma musiqi Azərbaycanın bir hissəsidir. Hər konsertdən əvvəl Azərbaycan haqqında üç-dörd dəqiqəlik film nümayiş etdiririk. Bundan əlavə, əgər konsertdə hansı bəstəkarımızın əsərləri ifa olunacaqsa, onun yaradıcılığı haqqında, Azərbaycanın dünyada mədəni imzası sayılan muğam haqqında məlumatlar verilir. Konsertə gələn əcnəbi də, amerikalı da Azərbaycanı həm təsvirlərdə görür, həm sənət əsərlərini dinləyir, həm də informasiya almış olur. Dediyim həmin qısa videoçarxlarda çalışırıq ki, tamaşaçı Azərbaycanın mədəniyyətini, arxitekturasını, milliyini, yaradıcı mühitini seyr edə bilsin. Nəsiminin 650 illiyinə həsr edilmiş bir konsert proqramı hazırlamışdıq. Musiqinin sədaları altında Nəsiminin Azərbaycan dilində şeirləri səsləndi həmin konsertdə. Tamaşaçı dili anlamasa da, musiqilə poeziyanın vəhdətindən yaranan zərif harmoniya onu duyğulandıra bildi. Yenə də deyirəm, kimliyindən asılı olmayaraq, azərbaycanlı Azərbaycanı mütləq tanıdır və təbliğ edir.

- Siz Vətəni tərk edəndə bizim hələ həllini tapmayan Qarabağ problemimiz vardı və Amerika kimi hegemon bir dövlət bundan xəbərdar idi...

- Ümumiyyətlə, amerikalılar qapalı həyat tərzi sürməyə üstünlük verirlər. Onlara öz ölkələrinin problemləri, qayğıları daha maraqlıdır, nəinki dünyada baş verənlər. Digər tərəfdən Amerikada qonşularımızın diasporu çox güclüdür. Əgər bizim diasporun fəaliyyəti hardasa otuz ilə söykənirsə, onlar bir əsrdən artıq buralara yerləşməyə başlayıblar. Bu baxımdan təbii ki, qonşu dediklərimizin diaspor fəaliyyəti daha güclü və səsi daha çox eşidiləndir. Ona görə də Amerikada onların mövqeyi daha çox dəstəklənir.

- Dünya azərbaycanlıları və 44 gün...           

- Mən 30 illik bir ağrının-acısının 27 ilini Vətənimdə çəkmişəm, çox hadisələrin şahidi olmuşam. Amerika həyatımın üçüncü ilində Ali Baş Komandanın əks-hücum əmri xəbəri yayılanda ani olaraq "Olum, ya ölüm" sözlərini xatırladım. Anladım ki, bıçaq artıq sümüyə dayanıb və bu savaşda məğlubiyyət ola bilməz. Mən bunu tək Amerikada deyil, bütün dünyada yaşayan azərbaycanlılar haqqında əminliklə deyirəm ki, bizlərin qarşısında bir məqsəd vardı - bu çətin imtahanda bütün varlığımızla Vətəndəyik kimi düşünməli və hərəkət etməliyik. Biz yox kəlməsini dilimizdən çıxardıq. Düşüncəmizdə yalnız bu olmalıdır və bunu etməliyik fikirləri vardı. Biz yuxunu belə, unutduq ki, uzaqda Vətənin bir parçasıyıq, hər an bizə ehtiyac ola bilər. Sosial şəbəkələrə, mətbuata, informasiya agentliklərinə, senatorlara, konqreslərə bütün həqiqəti dayanmadan çatdırırdıq. BMT-nin baş qərargahının qarşısında dəfələrlə mitinqlər təşkil elədik. Bilirsiniz, yad bir yerdə, yad insanlara öz həqiqətini çatdırmaq çox çətindir. Amma biz  düşünmədən hər bir mümkün imkandan istifadə etməkdən dayanmırdıq. Qarşı tərəfin güclü və yalançı təbliğatından sonra bizim həqiqətlərə çox inamsız, bəzən qınayıcı baxırdılar. Bir neçə dəfə böyük təşkilatlarda Azərbaycan həqiqətləri haqqında prezentasiyalar keçirdim. Dünyada bir əsrdir  fəaliyyət göstərən "Zonta" Beynəlxalq Qadınlar Təşkilatı var və onun 42 min klubu var. Mən bu təşkilatın Nyu-York klubunun iki il prezidenti olmuşam və müharibə zamanı bütün mümkün imkanlardan istifadə edərək təbliğatımı, Azərbaycanın öz haqqı uğrunda müharibə apardığını, üstəlik, bu müharibənin öz torpaqlarında getdiyini bəyan etməkdən dayanmadım. Hətta BMT-nin dörd qərarını sübut kimi ortaya qoyanda belə, bizə olan şübhələrin davam etdiyini görürdük. Bu da yenə  deyirəm, düşmənimizin güclü lobbisinin və diasporunun  fəaliyyətinin nəticəsidir.

- İstər-istəməz yəqin ki, qonşularımızla rastlaşmalı olursunuz...

- Hərdən rastlaşmışam, lakin ciddi bir ünsiyyətimiz olmayıb. Nyu-Yorkda onların sayı o qədər də çox deyil, lakin buna rəğmən, şəhərin tam mərkəzində çox böyük bir erməni kilsəsi var. Bir neçə addım sonra ondan kiçik daha bir kilsə yerləşir. Səbəbini bilməsən də, bu iki kilsə arasında ziddiyyətlər var. Yəni burada sayları az olsa belə, Nyu-Yorkun mərkəzində öz kilsələrini yerləşdirə biliblər. Bu da ona bir sübutdur ki, illərlə onlar yerlərini möhkəmlətməyi bacarıblar.

- Amma Qarabağ problemində haqlı tərəf olsaq da, dünyanı hələ də qarşımızda görürük...

- Düzü, o qədər də asan sual olmadı. Amma mən bunun səbəbini həm din ayrılığında, həm qonşularımızın dünyanın çox hissəsində böyük güc sahibi və çoxluq təşkil etməsində görürəm. Burada senator öz seçicilərinə qulluq edir. Onun seçilməyi səs çoxluğundan asılıdır və düşmənlərimizin də sayı burada hər şeyə qalib gəlmək dərəcəsindədir. Belə olan halda senator təbii ki, səsçoxluğunun tərəfindən çıxış edəcək, onların mövqeyini müdafiə edəcək və bizim qarşımızda olacaq. Bilirsiniz, bizim 30 il gözləməyimiz sanki dünyada artıq bir rahatçılıq yaratmışdı, heç kəs belə bir revanş gözləmirdi. Bu illər fırtınadan əvvəlki sakitliyə bənzəməklə yanaşı, həm də bizim problemi sülh yolu ilə həll etmək istəyimizdən irəli gəlirdi. Lakin görünən o oldu ki, düşmən öz ab-havasında qalmaqda israrlı oldu və nəticədə bir göz qırpımında nöqtə qoyuldu. Bəli, 30 ilin yanında 44 gün bir göz qırpımıdır. Dünya isə bunu həzm edə bilmədiyindən qarşımızdadır, çünki biz tarixə yeni bir səhifə yazmağı bacardıq.

- 30 il qısa bir müddət də deyil...

- Bir insan ömrü üçün çox olsa da, tarix üçün azdır. Çünki vaxtın, zamanın da yetişməyi lazım idi. Dildə müharibə demək asandır, lakin ölkə başçısı çox gözəl bir fikir söylədi: "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm". Müharibədə təkcə silahın gücü kifayət deyil, siyasi gedişatın da böyük əhəmiyyəti var. Bu, mənim bir vətəndaş kimi fikrimdir.

- Bir az da Nərgiz Əliyarovanın okeanın o tayında gördüyü işlərdən danışaq...

- Nərgiz Əliyarova harada olursa olsun onun həyat kredosu musiqi və Azərbaycandır. Bunların hər ikisini məndən almaq mümkün deyil. Amma okeanın o tayında bu, daha çox lazımdır. Deyərdim ki, Nyu-York dünyanın mərkəzidir. Burada keçirilən müsabiqə, konsert daha populyardır. Niyə? Ona görə ki, gənc bəstəkar bilir ki, o dünyanın ən möhtəşəm zallarından biri olan Linkoln Mərkəzində çıxış edəcək, əsəri orada səslənəcək. Daha sonra biz on ən yaxşı əsəri Nyu-Yorkda nəşr etdiyimiz jurnala daxil edirik və bu jurnal Konqreslər kitabxanasının qeydiyyatından keçiririk. Bütün bu işləri mən yalnız Azərbaycan adının naminə görürəm və istəyirəm ki, hər işin təşkili yüksək səviyyədə olsun, çünki Vətənim buna layiqdir.

- Amerikalı azərbaycanlı olmaq yəqin ki, çox da asan deyil...

- Deməzdim ki, çətindir. Əgər amerikalısansa, yeganə tələb odur ki, qanunlara riayət edəsən və onlardan kənara çıxmayasan. Milliyətindən, irqindən asılı olmayaraq, Amerika vətəndaşdan bunu istəyir. Nyu-York çoxmillətli şəhərdir və burada yaşayıb gördüklərimə əsasən bu fikri bildirirəm. Yəni qanuna riayət sənin həyatının qarantıdır.

- "Qürbət" və "qərib" sözlərinə alışmağı bacarmaq lazımdır...

- Alışmamışam, çünki nə bura mənim üçün qürbətdir, nə də mən qəribəm. Fikrimə bir qədər aydınlıq gətirim. Mən artıq Nyu-Yorkda yaşayıram və buranı sevirəm. Mənim düşüncəmdə insan yaşadığı yeri sevməlidir, başqa cürə mümkün deyil. Qərib də ona görə deyiləm ki, yaşadığım yerin əhalisindən biriyəm. Bundan əlavə, istədiyim zaman Bakıya gəlirəm, Vətənimlə bağlı bütün istəklərimə çata bilirəm. Ona görə də özümü qürbətdə yaşayan qərib kimi hiss etmirəm...       

- Uzaqdan görünən Vətən...  

- Vətən uzaqdan daha əziz, daha doğma, daha şirin görünür. İstər-istəməz müqayisələr edirsən. Bu bizdə daha yaxşıdır, bu meyvə və ya tərəvəz daha dadlıdır, bişirdiyimiz milli bir yeməyin tamı daha fərqlidir. Bəzən mənə sual verirlər ki, Azərbaycansız yaşaya bilirsən? Bu suala heç vaxt cavab tapa bilmirəm, ona görə ki, Azərbaycan mənim içimdədir. Mən bir an da olsa onsuz yaşamıram axı, deyə bilim ki, çətindir, ya yox... Yuxudan ayılan kimi ilk olaraq Azərbaycan xəbərlərinə baxıram. Dediyiniz kimi okeanın o tayında da olsam, Azərbaycan musiqisi və onun təbliğilə məşğulam. Bu baxımdan mən özümü Vətəndən uzaqda deyil, Nyu-Yorkda Azərbaycanın bir hissəsi kimi hiss edirəm. Bunu gəlişi gözəl söz xatirinə demirəm.

- Məşhur bayatımızdan bir misra: "Ölməyə Vətən yaxşı..."

- Cavabını bilmədiyim suallardan biridir. Çünki hələ özümə bu sualı verməmişəm. Mən hələ Azərbaycan naminə yaşamaq istəyirəm. Onun adının, mədəniyyətinin, musiqisinin təbliği istiqamətində dayanmadan çalışmaq istəyirəm. Bir sözlə yaşamaq, yaratmaq və Azərbaycana olan sonsuz məhəbbətimi uzaq yerdə yaymaq əzmi məndə daha güclüdür.

- Azərbaycan mətbuatında imzası ilə tanınan və sevilən Əməkdar  jurnalist Svetlana Nəcəfovanın qızısınız və bu mühitə kifayət qədər bələdsiniz. Azərbaycanın bugünkü mediası...

- Düzü, mətbuat haqqında ümumi bir fikir bildirməyə çətinlik çəkərəm. Lakin zənnimcə, cəmiyyətin inkişafı üçün media və televiziya insanların səviyyəsinə xidmət etməməlidir. Əksinə, hər ikisi yönəldici qüvvə olaraq insanları öz səviyyələrinə çatdırmalıdır. Öz sahəm üzrə deyə bilərəm ki, efirlərdə səslənən, xitə çevrilən bayağı musiqini qəbul edə bilmirəm. Azərbaycan efirində klassik musiqi demək olar ki, yer almır. Klassik musiqi zövqdür, dünyagörüşüdür, mədəni tərbiyədir. Yaşadığım yerdən bir nümunə çəkim. Nyu-Yorka dünyanın ən məşhur musiqiçiləri gəlir. Onların arasında ən yüksək liqada yer alanlar sırasında gürcü də var, erməni də. Azərbaycanlı isə yoxdur. Yüksək səviyyədə bir neçə vokalçımız var, lakin pianoçu, ya bir instrumentalistimiz yoxdur. Ona görə də klassik musiqi çərçivəsindən baxsaq, Azərbaycan daha çox inteqrasiya olunmalıdır. Buna çox təəssüf edirəm.

- Ürəyinizdən keçəni eşidək...

- İllər öncə bir arzum vardı - Şuşada bir musiqi nömrəsi ifa etmək. Bu arzum bir xəyal kimi gəlirdi mənə. 2022-ci ildə Dünya Azərbaycanlılarının V qurultayının nümayəndəsi idim. Şuşada hələ quruculuq işləri davam edirdi. Orada bir royal vardı. Onu görəndə arzuma çatdığımı hiss etdim. Royalın arxasına keçdim və Azərbaycan mahnılarını ifa etməyə başladım. Unudulmaz bir xatirə kimi tez-tez yada salıram həmin günü. İndi daha bir arzum da var. Hamı bilir ki, ana tərəfim irəvanlıdır. Əsla müharibə tərəfdarı deyiləm. Amma o gün olsun ki, anamın yurdunu, onun ata-babasının ocağını görə bilim və Azərbaycan musiqisini bir gün orada ifa etməyi Tanrı mənə nəsib etsin.

SÖZARDI: Hər zülmət gecənin bir nurlu səhəri var. Dörd il əvvələ qədər zəfər adlı nurlu bir səhərin açılacağını çoxumuz xəyal belə etmirdik. İndi isə məqsədimiz də, istəyimiz də illərdir sakinlərini gözləyən Qərbi Azərbaycandır. Və bilirik ki, nəyi necə, nə vaxt etmək lazım olduğunu bilən sərkərdə o qapıları yurd-yuva həsrətində olanların üzünə mütləq açacaq.

Tamilla M-ZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Dekabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see509

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see329

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see287

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see213

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see196

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see156

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see148

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see147

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see145

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see140

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see139

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see137

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see136

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see132

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see129

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see129

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see128

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see128

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see127

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri