Icma.az
close
up
RU
Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qahirə, 7 dekabr, AZƏRTAC

Qətər şirkətlərin davamlılıqla bağlı son qərarlardan narahatlığını Avropa İttifaqının diqqətinə çatdırır.

AZƏRTAC xəbər verir ki, bunu Qətərin energetika naziri Səad əl-Kəabi bildirib.

Qeyd olunur ki, Avropa İttifaqının “Şirkətlərin davamlılığı üzrə məsuliyyətlilik təlimatı” (CSDDD) adlanan qanunvericilik aktı iri enerji müəssisələrinin fəaliyyətinə mənfi təsir göstərəcək və ətraf mühitə təsirləri barədə davamlılıq hesabatlarının hazırlanması, onların açıqlanması kimi tələblərə əməl etməyənlər cərimələnəcək. Şirkətlərin dünya üzrə gəlirlərinin 5 faizi həcmində cərimə oluna biləcəkləri gözlənilir.

Dünyada təbii qaza olan tələbin artmaqda olduğunu diqqətə çatdıran qətərli nazir süni intellektin inkişafını buna səbəb kimi göstərib. Qeyd edib ki, süni intellektin enerji sərfiyyatı durmadan artır və bunun üçün 2035-ci ilə qədər ildə 600-700 milyon ton maye qaza ehtiyac yaranacaq.

Nazir əlavə edib ki, ölkəsi gələcəkdə qaza olan tələbin artmasından qətiyyən narahat deyil. Ölkəsinin geniş imkanlarından danışan Qətər rəsmisi bildirib ki, Şimal Qaz yatağının genişləndirilməsi layihəsi çərçivəsində 2027-ci ilədək ildə 126 milyon ton maye qazın istehsalı proqnozlaşdırılıb. Bu, Qətərin ildə 77 milyon tona çatan hazırkı enerji istehsalı həcminin 85 faiz artımı deməkdir.

Eyni zamanda, vurğulanıb ki, Qətərin Texasda “Exxon Mobil” şirkəti ilə birgə layihəsi olan “Golden Pass” sahəsində maye qaz istehsalı qurğusu 2026-cı ilin birinci rübündə işə düşəcək.

“Attaqa.net” saytının məlumatına görə, ötən oktyabr ayında Qətər və ABŞ Avropa İttifaqı dövlətlərini CSDDD qanun aktına yenidən baxmağa çağırıb. Qətər adıçəkilən sənədin qüvvəyə minəcəyi təqdirdə, Avropa İttifaqına qaz təchizatını dayandıracağı ilə bağlı bu ilin iyul ayında Belçika Hökumətinə xəbərdarlıq edib.

Saytın bildirdiyinə görə, bu körfəz ərəb dövləti 2022-ci ildə Ukrayna müharibəsi başlayandan bəri Avropanın maye qaza olan tələbatının 12-14 faizini ödəyir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri