Qətər İranın hücumuna beynəlxalq hüquqa uyğun şəkildə birbaşa cavab vermək haqqını özündə saxlayır
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qahirə, 24 iyun, AZƏRTAC
Qətər Dövləti İran İnqilab Keşikçiləri tərəfindən əl-Udeyd hava bazasına edilən hücumu şiddətlə pisləyir və bunu Qətər Dövlətinin suverenliyinin və hava hüdudlarının, eləcə də beynəlxalq hüququn və BMT nizamnaməsinin kobudcasına pozulması hesab edir.
AZƏRTAC xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü, Baş nazirin müşaviri Macid bin Məhəmməd əl-Ənsari bildirib.
Qeyd olunur ki, Qətər Dövləti bu açıq təcavüzün formasına və həcminə, eləcə də beynəlxalq hüquqa uyğun şəkildə birbaşa cavab vermək haqqını özündə saxlayır.
Vurğulanır ki, Qətər HHM qoşunları İran raketlərini uğurla zərərsizləşdiriblər. Qeyd olunur ki, get-gedə şiddətlənən belə hərbi əməllər regional təhlükəsizlik və sabitliyi poza bilər.
Bəyanatda bütün hərbi əməliyyatların dərhal dayandırılmasına, problemlərin danışıqlar və dialoq yolu ilə həllinə çağırış edilir.
Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, bölgədəki gərgin vəziyyət fonunda təhlükəsizlik və qabaqlayıcı tədbirlər çərçivəsində hava bazası öncədən təxliyə edilmişdi. O, həmçinin qeyd edib ki, Qətər Silahlı Qüvvələrinin və dost ölkələrin hərbçiləri də daxil olmaqla bazada çalışanların təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülüb və hücum nəticəsində heç bir insan itkisi və ya xəsarət qeydə alınmayıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 24 İyun 2025 01:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















