Qətər qlobal enerji böhranının daha da dərinləşməsi riski barədə xəbərdarlıq edib
Icma.az bildirir, Apa.az portalına istinadən.
ABŞ və İsrailin İrana qarşı müharibəsinin qlobal enerji bazarında yaratdığı sarsıntıların hələ pik həddə çatmayıb. Bu isə tədarükdə, beynəlxalq ticarətdə və iqtisadi artımda əlavə pozuntuların baş verə biləcəyi ilə bağlı narahatlıqları artırır.
"Al Jazeera" xəbər verir ki, bunu Dohada keçirilən Qlobal Təhlükəsizlik Forumunda çıxış edən Qətərin baz nazrinin müavini, müdafiə məsələləri üzrə dövlət naziri vəzifəsini tutan şeyx Saud bin Əbdülrəhman Al Tani səsləndirib.
“Enerji məsələsinə gəldikdə, biz hələ pik həddə çatmamışıq”, - deyə o bildirib və qarşıdakı günlərdə və aylarda əlavə nəticələrin ortaya çıxa biləcəyi barədə xəbərdarlıq edib.
Onun bu açıqlaması fevralın 28-də ABŞ və İsrailin İrana zərbələr endirməsindən, Tehranın isə region boyunca cavab zərbələri həyata keçirməsindən sonra qlobal neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşımaları üçün mühüm marşrut olan Hörmüz boğazında qeyri-sabitliyin davam etdiyi bir vaxtda səslənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 19 Oktyabr 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















