Icma.az
close
up
RU
Qətər Trampa lüks təyyarə verilməsi xəbərini təkzib edib

Qətər Trampa lüks təyyarə verilməsi xəbərini təkzib edib

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qətər rəsmiləri ölkənin ABŞ Prezidenti Donald Trampa lüks "Boeing 747-8" təyyarəsini onun prezidentlik müddəti ərzində yeni "Air Force One" (prezident təyyarəsi) kimi istifadəsi üçün verməyə hazırlaşdığı barədə məlumatı təkzib ediblər.

Bizimyol.info xəbər verir ki, dünən "ABC News" telekanalı Qətər kral ailəsinin dəyəri təxminən 400 milyon dollar olan bir hədiyyə hazırladığını və bu barədə Trampın Yaxın Şərqə qarşıdakı səfəri zamanı rəsmi açıqlama veriləcəyini bildirmişdi.

Lakin Qətərin ABŞ-dakı səfirliyinin mətbuat attaşesi Əli Əl-Ənsari "Politico" nəşrinə bildirib ki, bu məlumatlar "doğru deyil" və təyyarənin verilməsi ilə bağlı yekun qərarın hələ qəbul olunmadığını vurğulayıb.

"Hazırda "Air Force One" kimi müvəqqəti istifadə üçün təyyarənin verilməsi barədə məsələ Qətər Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi tərəfindən nəzərdən keçirilir, lakin bu proses hələ hüquqi baxımdan işlənilir və yekun qərar verilməyib", – deyə Əl-Ənsari bildirib.

Amerika KİV-lərinin məlumatına görə, danışıqlar həqiqətən aparılır və bu hədiyyə məsələsi yüksək səviyyədə — ABŞ Müdafiə Nazirliyi, Pentaqon və Qətər nümayəndələrinin iştirakı ilə müzakirə olunur. Lakin hələlik rəsmi bir açıqlama verilməyib.

Eyni zamanda, bir sıra amerikalı demokrat senatorlar Trampı sərt şəkildə tənqid edərək onu ABŞ Konstitusiyasını pozmaqda ittiham ediblər. Senator Çak Şumer: "Qətər tərəfindən hədiyyə edilən "Air Force One" qədər "Amerika hər şeydən əvvəl" prinsipinə zidd heç nə yoxdur", - deyə yazıb.

Senator Adam Şiff də narahatlığını bildirib və ABŞ Konstitusiyasının 1-ci maddəsinə istinad edib. Həmin maddəyə əsasən, federal vəzifəli şəxslərin Konqresin razılığı olmadan xarici dövlətlərdən hədiyyə qəbul etməsi qadağandır. Onun fikrincə, “dəyəri 400 milyon dollar olan hava sarayı” bu qadağaya tamamilə daxil ola bilər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 May 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri