Icma.az
close
up
RU
Qətər Baş naziri: Trampa verilən təyyarə rüşvət kimi qiymətləndirilməməlidir

Qətər Baş naziri: Trampa verilən təyyarə rüşvət kimi qiymətləndirilməməlidir

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qətərin ABŞ Prezidenti Donald Trampa "Boeing 747-8" təyyarəsini təqdim etməsi məsələsi iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir və bu, Vaşinqton administrasiyasını satın alma cəhdi kimi qiymətləndirilməməlidir.

Bizimyol.info xəbər verir ki, bunu Qətər hökumətinin başçısı və xarici işlər naziri Şeyx Mühəmməd bin Əbdürrəhman Əl Tani bəyan edib.

“Bu təyyarə məsələsi Qətər Müdafiə Nazirliyi ilə Pentaqon arasında tam şəffaflıq və qanunların ciddi şəkildə qorunması şəraitində aparılan mübadilədir. Bu, onilliklərdir davam edən əməkdaşlığımızın bir hissəsidir”, – deyə o, Dohada keçirilən Qətər İqtisadi Forumunda çıxışında bildirib. “Əslində biz heç nəyi gizli etməmişik, masanın altından heç bir gizli əməliyyat aparılmayıb”, – deyə baş nazir əlavə edib. Onun sözlərinə görə, hazırda tərəflər təyyarənin təhvil verilməsi ilə bağlı hüquqi araşdırma aparır.

O qeyd edib ki, Qətər ABŞ-ın müvəqqəti prezident təyyarəsinə ehtiyacını nəzərə alaraq bu addımı atıb və bunu “müttəfiqlər arasında adi bir hal” hesab edir. Qətər hökumət başçısı əlavə edib ki, insanların bunu rüşvət kimi düşünməsini və ya Qətərin bu yolla ABŞ administrasiyasında nüfuz qazanmaq istədiyini hesab etməsini anlaya bilmir. “Düzünü desəm, bunun üçün əsaslı bir səbəb görmürəm”, – deyə o bildirib.

Mühəmməd bin Əbdürrəhman Əl Tani Qətərin – qazla zəngin kiçik ərəb ölkəsinin – yalnız pul vasitəsilə nəyəsə nail ola biləcəyi stereotipini aşmağa çağırıb. “Bu, yalnız bizim deyil, digər ölkələrin və onların institutlarının da nüfuzuna zərər verən yanlış təsəvvürdür”, – deyə baş nazir vurğulayıb.

11 may tarixində "ABC News" telekanalı mənbələrə istinadla bildirib ki, Qətər Trampa təqribən 400 milyon dollar dəyərində olan "Boeing 747-8" təyyarəsini hədiyyə etməyi planlaşdırır. Bu, ABŞ-ın xarici ölkələrdən aldığı ən bahalı hədiyyələrdən biri ola bilər. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff telekanala bildirib ki, Qətərin Trampa təyyarə verməsi tamamilə qanunidir və bu müqavilə Ağ Evin hüquqşünası və ABŞ Ədliyyə Nazirliyi tərəfindən yoxlanılıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 May 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri