Qətərdə görüşəcəklər
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Suriyada vəziyyətin nizamlanmasına dair Astana formatının iştirakçı ölkələrinin (Rusiya, İran, Türkiyə) xarici işlər nazirləri Qətərdə danışıqlar aparacaqlar.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova açıqlayıb.
Görüş dekabrın 7-də 22-ci Doha forumu çərçivəsində baş tutacaq.
Qeyd edək ki, Astana platforması Suriyada döyüşən tərəflər arasında hərbi əməliyyatların dayandırılması haqqında danışıqların aparılması üçün yaradılmışdı. Platforma çərçivəsində görüşlər Astanada 2017-ci ildən başlayıb. Ötən ilin yayında Astana prosesinin rəsmən başa çatdığı açıqlanıb. Belə ki, 2017-ci ilin yanvarından 2023-cü ilin iyununa qədər Astanada Suriyada vəziyyətin nizamlanmasına dair 20 beynəlxalq görüş keçirilib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu ayın əvvəlində açıqlamasında Astana formatının yaxın zamanlarda yenidən təşkil ediləcəyini bildirmişdi.
Baxış sayı:168
Bu xəbər 06 Dekabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















