Qətərin Baş naziri: İranın hücumları ərəb ölkələrinin Tehrana etibarını sarsıdıb
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani bildirib ki, İranın düşmənçilik hərəkətləri Körfəz Ərəb dövlətlərinin ona olan etibarını sarsıdıb və indi onun yenidən qurulmasına ehtiyac var.
Teleqraf xəbər verir ki, bunu Qətər hökumətinin başçısı Dohada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransında bildirib.
"Biz İranın regional ölkələrə qarşı düşmənçilik hərəkətləri nəticəsində məhv edilmiş etimadın qurulmasına çalışırıq. Biz vurğulayırıq ki, regional təhlükəsizlik kollektiv məsuliyyətdir və bütün ölkələr bunu öz üzərinə götürməlidir. İranın regional ölkələrə hücumlarını dərhal dayandırmaq və vəziyyətin daha da təhlükəli bir spirala çevrilməməsi üçün ümumilikdə gərginliyi azaltmaq vacibdir", - deyə baş nazir əlavə edib.
Baxış sayı:168
Bu xəbər 19 Mart 2026 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















