İranın hücumları Qətərin qaz ixracına böyük zərbə vurdu
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranın raket hücumları Qətərdə mayeləşdirilmiş təbii qazın (LNG) ixrac gücünü 17% azaldıb.
Modern.az xəbər verir ki, bu barədə "QatarEnergy" dövlət şirkəti məlumat yayıb.
"İstehsal müəssisələrimizə dəyən böyük ziyanın bərpası beş ilə qədər vaxt aparacaq və nəticədə Avropa və Asiya bazarlarına tədarük mənfi təsirlənəcək",- məlumatda deyilir.
Xatırladaq ki, İran çərşənbə günü İsrailin "Cənubi Pars" qaz yatağına hücumuna cavab olaraq "QatarEnergy"nin dünyanın ən böyük LNG müəssisəsi olan "Ras Laffan"ı vurub.
Qətərin enerji İşləri üzrə dövlət naziri və "QatarEnergy"nin prezidenti və baş direktoru Əl-Kaabi Çin, Cənubi Koreya, İtaliya və Belçikaya ixracın təsirlənəcəyini bildirib. O, bəzi uzunmüddətli LNG müqavilələri üzrə beş ilə qədər fors-major vəziyyət elan etmək məcburiyyətində qalacaqlarını da əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 20 Mart 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















