Icma.az
close
up
RU
Qətərin baş naziri: İsrail müstəqil Fələstin yaradılmasına hazır deyil

Qətərin baş naziri: İsrail müstəqil Fələstin yaradılmasına hazır deyil

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qətərin hökumət başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib ki, İsraildə Fələstin-İsrail münaqişəsinin müstəqil Fələstin dövlətinin yaradılması yolu ilə həllinə razılıq verə biləcək lider yoxdur.

Bizimyol.info xəbər verir ki, bu barədə o, cümə günü amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibəsində bildirib.

“İsraildə yalnız bir neçə lider var idi ki, cəsarətlə çıxıb deyirdilər ki, bu, müstəqil Fələstinin yaradılması yeganə həll yoludur. Amma son bir neçə ildə biz bir belə lider görmədik. Biz onların yeni bir şey sınamaq ehtiyacı haqqında danışdıqlarını eşidirik. Bəli, biz bununla razıyıq. Bu iki dövlətli həll yoludur. Biz bunu heç sınamışıq və alınmayıb? İsrailin yanında yaranan ölkə ona təhlükə yarada bilərmi?”, - deyə Qətərin Baş naziri qeyd edib.

O hesab edir ki, 1991-ci il Madrid konfransından sonra münaqişənin həlli baxımından vəziyyət daha da pisləşib. “Biz İsrailə təhlükəsizlik zəmanəti verməyə hazır olduğumuzu, tam müstəqil olmasa belə, hamımızın bir bölgə, o cümlədən silahsızlaşdırılmış Fələstin dövləti kimi inteqrasiya olunacağımızı söylədik”, - deyə hökumət başçısı qeyd edib və əlavə edib ki, İsrail tərəfi bütün bu təklifləri rədd edib.

Fələstinin HƏMAS hərəkatının silahlı tərəfdarlarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə daxil olması, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və insanların girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və qaçırılanların hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb.

2025-ci il yanvarın ortalarında İsrail və HƏMAS Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə Qəzzada yanvarın 19-da qüvvəyə minən atəşkəs elan etmək barədə razılığa gəliblər. Müqavilənin icrasının martın 1-də başa çatan birinci mərhələsi çərçivəsində Qəzza zolağından 33 girov İsrailə qaytarılıb. Bunun müqabilində yəhudi dövləti 1500-dən çox fələstinlini həbsdən azad edib, onlardan bəziləri Fələstin ərazilərindən qovulub.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Mart 2025 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri