İsrael Kats: İsrail Fələstin dövlətinin yaradılmasına imkan verməyəcək
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
İsrail ayrıca Fələstin dövlətinin mümkün yaranma ehtimalını öz təhlükəsizliyinə təhdid hesab edir və onun yaradılmasına imkan verməyəcək.
"Report” xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats Fransa prezidenti Emmanuel Makronun Fələstini dövlət kimi tanımaq qərarını şərh edərkən deyib.
Katsın sözlərinə görə, Makronun Fələstin dövlətini tanımaq niyyətini açıqlaması biabırçılıq və terrora təslim olmaqdır, eyni zamanda (7 oktyabr 2023-cü ildə - Red) yəhudi xalqının Holokostdan sonra ən dəhşətli qətliamını törədən "HƏMAS”dan olan qatillərə və təcavüzkarlara mükafat və dəstəkdir:
"Fransa prezidenti bu çətin zamanda İsraili dəstəkləmək əvəzinə onu zəiflətməyə çalışır. Təhlükəsizliyimizə xələl gətirəcək, varlığımızı təhdid edəcək və İsrail torpağına olan tarixi haqqımızı pozacaq Fələstin qurumunun yaradılmasına icazə verməyəcəyik. Biz hamımız bu ciddi təhlükənin qarşısını almaq üçün birləşmişik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 25 İyul 2025 03:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















