Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Xərçəng xəstələrinin sayı 67% artacaq

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

Qətiyyətli lider, uzaqgörən siyasət

Qətiyyətli lider, uzaqgörən siyasət

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri ölkəmizin son illərdə apardığı qətiyyətli siyasətin, diplomatik mövqeyinin və hərbi gücünün bariz göstəricisidir. Bu tədbirlər təsadüfi deyil, illərlə davam edən erməni təxribatlarının, üçtərəfli bəyanatın pozulmasının və sülh çağırışlarına məhəl qoyulmamasının nəticəsi idi. Son aylarda Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması, ərazilərimizin sistemli şəkildə minalanması, yeni səngər və istehkamların qurulması bölgədə gərginliyin süni şəkildə artırıldığını göstərirdi. Ermənistanın bu addımları açıq şəkildə üçtərəfli bəyanatın ruhuna və mətninə zidd idi. Bu, həm də İrəvanın sülh prosesini pozmaq niyyətini ifşa edirdi.Sentyabrın 19-da baş verən mina partlayışları Azərbaycan vətəndaşlarının və hərbçilərinin həyatına son qoydu. Bu fakt göstərdi ki, Ermənistan yalnız hərbi deyil, həm də terrorçu metodlardan istifadə edir. Dövlətimizin adekvat addımları isə həm hərbi, həm də siyasi zərurət idi. 2020-ci il 10 noyabr bəyanatına görə erməni silahlı birləşmələri Qarabağı tərk etməli idi. Lakin onların bölgədə qalması regional təhlükəsizliyə real təhdid yaradırdı. Azərbaycan bu reallığı dünyaya çatdıraraq göstərdi ki, bölgədə uzunmüddətli sülh yalnız qanunsuz hərbi qüvvələrin çıxarılması ilə mümkündür. Antiterror əməliyyatlarının məqsədi sadəcə hərbi obyektlərin zərərsizləşdirilməsi deyildi. Burada əsas məram işğaldan azad olunmuş torpaqlarda yaşayan əhalinin təhlükəsizliyini təmin etmək, bərpa-quruculuq işlərinə zəmanət vermək və dövlətin konstitusion quruluşunu bərpa etmək idi. Azərbaycanın addımı beynəlxalq hüquq normalarına tam uyğun idi. Əməliyyat zamanı Azərbaycan Ordusu yüksək dəqiqlikli silahlardan istifadə edərək yalnız legitim hərbi hədəfləri məhv etdi. Mülki infrastruktur və yaşayış məntəqələri toxunulmaz qaldı. Bu, Ordumuzun həm peşəkarlığını, həm də humanist yanaşmasını bir daha sübut etdi. Azərbaycan həm də mülki əhalini SMS bildirişləri, səsgücləndiricilər və vərəqələrlə xəbərdar etdi, humanitar dəhlizlər yaratdı. Əməliyyat barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırıldı. Bu fakt Azərbaycanın şəffaf siyasətini və regional tərəfdaşlığa sadiqliyini göstərdi. Antiterror tədbirləri zamanı ölkədə fəaliyyət göstərən 23 siyasi partiyanın birgə bəyanatla cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi milli həmrəyliyin parlaq nümunəsi oldu. Bu, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan güclü mesaj idi – Azərbaycan vahid xalq və dövlət kimi hərəkət edir. Milli maraqlara qarşı çıxan bəzi partiyaların imtina mövqeyi onların siyasi mahiyyətini bir daha göstərdi. Əksinə, Qərbi Azərbaycan İcması fəal çıxış edərək Ermənistanın təxribatlarını pislədi və beynəlxalq ictimaiyyəti ədalətə çağırdı. Bu da Azərbaycanın haqlı mövqeyinə əlavə dəstək oldu. Azərbaycan dəfələrlə Qarabağda yaşayan erməni sakinlərini reinteqrasiya məsələlərini müzakirə etməyə dəvət edib. Lakin bu çağırışlar cavabsız qalıb. Dövlətimizin mövqeyi dəyişməzdir: silahların təhvil verilməsi, qanunsuz rejimin buraxılması və Azərbaycanın konstitusion quruluşuna hörmət. Əks halda, antiterror tədbirləri sona qədər davam etdiriləcək.Qarabağda həyata keçirilmiş lokal antiterror tədbirləri Azərbaycanın hərbi gücünü, siyasi iradəsini və diplomatik qətiyyətini bir daha nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan güclü dövlət kimi yalnız öz maraqlarını deyil, həm də bölgədə sülhün təmin olunmasını hədəfləyir.” Bu əməliyyat təkcə hərbi qələbə deyil, həm də regionda sülh və sabitliyin bərqərar olunması istiqamətində atılmış tarixi addım oldu.

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see651

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see458

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see300

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see266

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see257

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see256

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see246

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see239

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see229

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see219

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see216

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see212

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see211

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see209

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see195

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see193

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see191

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see186

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see184

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

09 Sentyabr 2026 02:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri