Icma.az
close
up
RU
Qətiyyətli liderlik və uzaqgörən siyasət bütöv bir regionun gələcəyini müəyyən edir ŞƏRH

Qətiyyətli liderlik və uzaqgörən siyasət bütöv bir regionun gələcəyini müəyyən edir ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfəri, ABŞ Prezidenti Donald Trampla keçirilmiş ikitərəfli görüş və ardınca imzalanmış üçtərəfli sülh bəyanatı beynəlxalq münasibətlər sistemində yeni geosiyasi reallıqlar yaradan mühüm tarixi hadisə kimi qiymətləndirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədri Şəbnəm Səfərova söyləyib.

Onun sözlərinə görə, bu səfər təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də regionda sabitliyin və sülhün təmin olunması istiqamətində atılmış strateji addım kimi xüsusi əhəmiyyət daşıyır.

“Məlumdur ki, Azərbaycanın müstəqilliyin ilk illərində üzləşdiyi çətinliklər və xarici təzyiqlər ölkəmizin inkişafına ciddi maneələr törətmişdir. Xüsusilə 1992-ci ildə ABŞ Konqresində qəbul olunmuş və Azərbaycana birbaşa iqtisadi yardımın qarşısını alan “Azadlığa Dəstək Aktına” edilmiş 907-ci düzəliş uzun illər beynəlxalq münasibətlərdə ikili standartların bariz nümunəsi kimi qalmaqda idi. Həmin dövrdə Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə yanaşı, beynəlxalq hüququn kobud şəkildə pozulmasına rəğmən ədalətsiz qərarların qurbanına çevrilmişdi. Sonrakı mərhələlərdə də bəzi dairələrin Azərbaycana qarşı qeyri-obyektiv münasibəti müxtəlif formalarda davam edib. ABŞ-ın hazırkı administrasiyası, Fransa rəhbərliyi, eləcə də Avropa İttifaqı və Avropa Şurası çərçivəsində bəzi dairələr uzun müddət ölkəmizə qarşı təzyiq və siyasi təcrid siyasəti həyata keçirib, birtərəfli güzəştlərə məcbur etməyə cəhd göstəriblər. Bu siyasətin tərkib hissəsi kimi, beynəlxalq mediada aparılan məqsədli kampaniyalar və sanksiya təhdidləri də diqqətdən kənarda qalmırdı. Lakin son dövrün reallıqları göstərdi ki, Azərbaycanın milli maraqları yalnız güclü liderlik, prinsipial siyasi mövqe və ardıcıl diplomatik strategiya ilə təmin oluna bilər. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində beynəlxalq aləmdə Azərbaycanın mövqeyi möhkəmlənib, ölkəmizin regional və qlobal məsələlərdə roluna fərqli yanaşma formalaşıb. Vaşinqton səfərinin nəticələri də bu mənada əlamətdardır. Bir zamanlar Azərbaycana qarşı tənqidi mövqedə dayanan nüfuzlu siyasi şərhçilər, beynəlxalq media nümayəndələri və bir sıra ölkələrin yüksək vəzifəli rəsmiləri bu gün imzalanan sülh bəyanatını son onilliklərin ən mühüm diplomatik uğurlarından biri kimi dəyərləndirirlər”, - deyə Ş.Səfərova əlavə edib.

O bildirib ki, bu bəyanat yalnız Azərbaycan ilə Ermənistan arasında münasibətlərin tənzimlənməsi baxımından deyil, həm də Cənubi Qafqazdan başlayaraq bütövlükdə regionda və digər münaqişə zonalarında sülh modelinin təşəkkül tapması üçün presedent rolunu oynayır. Uzaq Şərqdən Avropaya qədər uzanan nəqliyyat və kommunikasiya xətləri, o cümlədən Zəngəzur dəhlizi (TRİPP) kimi layihələr, regionun iqtisadi və geosiyasi arxitekturasının yenidən qurulmasına səbəb olacaq. Bu isə uzun illər ərzində bəzi güc mərkəzlərinin bölgədə yaratdığı haqsız status-kvonun aradan qaldırılması baxımından mühüm dönüş nöqtəsidir. Hazırkı mərhələdə Ermənistan qarşısında real seçim dayanır. Əgər bu ölkə regionda sülhün və sabitliyin təmininə səmimi şəkildə töhfə vermək niyyətindədirsə, konkret və ardıcıl addımlar atmalıdır. Sülh danışıqlarının davamlılığı və nəticəyə yönəlməsi üçün Ermənistanın daxili hüquqi sistemində, xüsusilə də Konstitusiyasında beynəlxalq hüquqla ziddiyyət təşkil edən müddəalara yenidən baxılması zəruridir. Burada əsas həqiqət ondan ibarətdir ki, bu tarixi mərhələnin memarı Azərbaycan və onun siyasi rəhbərliyidir. 44 günlük Vətən müharibəsində qazanılmış parlaq Qələbə nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin olunub, postmünaqişə dövründə isə sülh gündəliyinin irəli aparılması istiqamətində ardıcıl və qətiyyətli siyasət həyata keçirilib.

Şəbnəm Səfərova, həmçinin bu hadisənin yalnız 35 illik münaqişənin deyil, həmçinin zaman-zaman alovlandırılmış mürəkkəb tarixi ziddiyyətlərin də sonlanması olduğunu bildirərək deyib: “Azərbaycanın mövqeyi birmənalıdır: sülh nə qədər tez reallaşarsa, regionda bir o qədər çox insan həyatı xilas olunar, sabitliyin və inkişafın təmin edilməsi mümkün olar. Tarix sübut edir ki, qətiyyətli liderlik və uzaqgörən siyasət yalnız bir ölkənin deyil, bütöv bir regionun gələcəyini müəyyən edir. Prezident İlham Əliyevin Vaşinqtonda qazandığı diplomatik uğur da məhz belə bir qlobal dönüş nöqtəsinin göstəricisidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri