Icma.az
close
up
RU
Menu

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

2025 ci ildə ən çox buna pul xərcləmişik

Qazaxıstanın Türküstan bölgəsinin Azərbaycan icması tərəfindən görülmüş işlər barədə məlumat verilib FOTOLAR

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

Anasını qızıl tabutda dəfn etdi Video

Sürücülərin günü gündən artan aqressiyası EKSPERTDƏN XƏBƏRDARLIQ

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

Qətiyyətli liderlik və strateji baxış Qarabağın dayanıqlı inkişafını təmin edir RƏY

Qətiyyətli liderlik və strateji baxış Qarabağın dayanıqlı inkişafını təmin edir RƏY

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 31 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Qarabağ bölgəsinə ardıcıl səfərləri Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni reallığın bariz təzahürüdür. Bu səfərlər yalnız rəmzi deyil, həm də siyasi idarəetmə, iqtisadi planlaşdırma və sosial inteqrasiya baxımından strateji əhəmiyyət daşıyır. Qarabağ artıq, sadəcə, bərpa olunan ərazi deyil, dövlətin dayanıqlı inkişaf modelinin praktik müstəviyə keçdiyi regiondur. Prezidentin səfərləri göstərir ki, aparılan yenidənqurma işləri təkcə infrastruktur layihələri ilə məhdudlaşmır, həm də sosial rifahın, ekoloji bərpanın və icma əsaslı inkişaf siyasətinin reallığa çevrilməsini təmin edir. Prezident İlham Əliyevin yerində verdiyi tapşırıqlar və strateji yanaşması bir daha sübuta yetirir ki, dövlətimizin başçısı yenidənqurma və bərpa prosesinə şəxsən nəzarət edir, görülən işlərin gedişini yaxından izləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədri Şəbnəm Səfərova söyləyib.

O qeyd edib ki, bu səfərlər Azərbaycanın regionda sülhün və inkişafın əsas təşəbbüskarı olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin Qarabağa səfərləri, faktiki olaraq Cənubi Qafqazda formalaşan yeni təhlükəsizlik arxitekturasının əsas dayaqlarından biridir. Səfərlərin müntəzəm və sistemli xarakter daşıması dövlət rəhbərliyinin Qarabağın bərpasını “layihə” deyil, idarəetmə prioriteti kimi qəbul etdiyini göstərir. Prezidentin bölgəyə səfərləri dövlət institutları arasında koordinasiyanın gücləndirilməsinə, qərarların yerindəcə izlənməsinə və şəffaf icra mexanizmlərinin tətbiqinə xidmət edir. Qarabağda görülən işlər artıq ilkin bərpa mərhələsini geridə qoyur. Prezidentin son səfərləri zamanı istifadəyə verilən yollar, sənaye zonaları, kənd təsərrüfatı sahələri və yaşayış kompleksləri regionun iqtisadi xəritəsində yeni mərhələnin başlanğıcını qoydu. Füzuli, Şuşa, Ağdam və Zəngilan kimi ərazilərdə “ağıllı şəhər” və “yaşıl enerji” prinsipləri əsasında həyata keçirilən layihələr göstərir ki, Qarabağ təkcə fiziki infrastruktur baxımından deyil, həm də ekoloji və innovativ iqtisadi model çərçivəsində yenidən qurulur.

Şəbnəm Səfərova diqqətə çatdırıb ki, bərpa prosesi artıq tikinti mərhələsindən çıxaraq məzmun mərhələsinə daxil olub. Bu mərhələdə məqsəd, sadəcə, yollar və binalar inşa etmək deyil, regionu öz daxili iqtisadi potensialı ilə dayanıqlı sistemə çevirməkdir. Prezidentin səfərləri zamanı regionda özəl sektorun, kənd təsərrüfatı istehsalçılarının və kiçik sahibkarlığın inkişafına dair verdiyi tapşırıqlar və çağırışlar Qarabağın yaxın illərdə həm daxili, həm də regional bazarlar üçün istehsal və ixrac mərkəzinə çevriləcəyini göstərir. Səfərlərin ən dərin mənəvi və ictimai tərəfi isə insanların doğma yurdlarına qayıdışı ilə bağlıdır. Yeni inşa edilən yaşayış massivlərinin, məktəblərin, xəstəxanaların, mədəniyyət ocaqlarının açılışı Qarabağın həyatına insan nəfəsi gətirir. Bu səfərlər həm də cəmiyyətə “qayıdışın reallığı” mesajını ötürür, artıq Qarabağda həyat bərpa olunur, ailələr doğma evlərinə dönür, uşaqlar məktəbə gedir, yeni icmalar formalaşır. Sosial baxımdan bu, milli birliyin və vətəndaş həmrəyliyinin daha da möhkəmlənməsi deməkdir. Qarabağ bu gün yalnız coğrafi məkan deyil, həm də Azərbaycanın milli identikliyinin, dövlətçilik düşüncəsinin və yenilənmiş vətəndaş ruhunun mərkəzinə çevrilir. Prezidentin səfərləri həm də dövlətlə cəmiyyət arasında qarşılıqlı məsuliyyət hissini gücləndirir: bərpa və inkişaf prosesində hər bir vətəndaşın rolu var.

Prezident İlham Əliyevin Qarabağ bölgəsinə son səfərləri göstərir ki, Azərbaycanın postmünaqişə mərhələsində həyata keçirdiyi siyasət artıq “bərpa planı” deyil, dayanıqlı inkişaf strategiyasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see314

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see205

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see197

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see195

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see158

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see154

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see145

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see132

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see130

Qazaxıstanın Türküstan bölgəsinin Azərbaycan icması tərəfindən görülmüş işlər barədə məlumat verilib FOTOLAR

14 Dekabr 2025 15:17see130

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see129

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see127

Sürücülərin günü gündən artan aqressiyası EKSPERTDƏN XƏBƏRDARLIQ

14 Dekabr 2025 15:21see127

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri