Icma.az
close
up
RU
Qətllər, zorakılıqlar, dinc əhaliyə raket hücumları araşdırılıb

Qətllər, zorakılıqlar, dinc əhaliyə raket hücumları araşdırılıb

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə, müharibə cinayətləri və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 2-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında zərərçəkmiş İlham Məmmədov ifadə verib. O, 2002-ci il mayın 10-da hərbi xidmətdə olarkən əsir götürülüb, Ermənistan silahlı qüvvələrinin hərbçiləri onu döyüb, işgəncələrə məruz qoyub. Onu döyən zabitlərdən biri xüsusi qəddarlıq nümayiş etdirib. Zərərçəkmiş həmin zabitin adının Levon olduğunu deyib. Sonra onu məcburi olaraq minalı ərazilərdə gəzdiriblər. Sonra isə Ermənistana göndərilib. 6 ay 15 gün saxlanıldıqdan sonra Azərbaycana təhvil verilib. Təqsirləndirilən L.Mnatsakanyan 2002-ci ildə belə bir hadisənin baş verdiyini, yəni azərbaycanlı hərbçinin əsir götürüldüyünü təsdiq edib. 

Məhkəmə prosesində cinayət işləri üzrə aşağıdakı sənədlər elan edilib:      

– Ermənistan silahlı qüvvələrinin atəşləri nəticəsində azərbaycanlıların öldürülməsi, yaralanması, o cümlədən mina təxribatları nəticəsində baş vermiş hadisələr;

–  2023-cü il sentyabrın 19-20-də  Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilmiş cinayət faktları; 

– İşğaldan azad edilmiş ərazilərdə mülki şəxslərin mina və digər növ partlayıcı qurğuların partlaması nəticəsində həlak olması və ya xəsarətlər almasına dair hadisələr; 

– Telejurnalist Mustafayev Çingiz Fuad oğlunun öldürülməsi faktı; 

– 1992-ci il yanvarın 26-da Şuşa rayonunun Daşaltı kəndində aparılmış hərbi əməliyyat, 1992-ci il aprelin 23-də Qazax-Barxudarlı dəmir yolu xəttində TEM-2-7065 nömrəli teplovoza hücum edilməsi, 1991-ci il sentyabrın 9-da Barxudarlı dəmir yolu stansiyasının atəşə tutulması və digər faktlar;

– Vətən müharibəsi zamanı Tərtər rayonunun atəşə tutulması, “TərtərPambıq” ASC-yə xüsusilə külli miqdarda zərər vurulması, Vətən müharibəsi zamanı Füzuli, Beyləqan, Goranboy, Bərdə, Ağdam, Ağcabədi, Cəbrayıl rayonlarının (Cocuq Mərcanlı kəndinin – red.), Naftalan şəhərinin atəşə tutulması faktları;

 – Vətən müharibəsi zamanı Yevlax rayonu və Goranboy rayonunun Goran kəndi istiqamətdə raket atılması, Mingəçevir şəhərinin atəşə tutulması, 2020-ci il ­oktyabrın 22-də Siyəzən, Kürdəmir və Qəbələ rayonları istiqamətlərində raketlər atılması faktları ilə bağlı sənədlər;

 – Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdə törədilmiş dağıntılar, fərdi yaşayış evlərinə, qeyri-yaşayış obyektlərinə, mədəni irsə ziyan vurulması faktları;

– Laçın rayonunun meşə fonduna külli miqdarda ziyan vurulması, Laçın rayonu və digər ərazilərdə evlərin məhv edilməsi faktları ilə bağlı sənədlər;

– Əhalinin qanunsuz məskunlaşdırılması, Qarabağ ərazisinə silah qaçaqmalçılığının həyata keçirilməsi, fosfor mərmilərindən istifadə edilməsi faktları ilə bağlı sənədlər.

Sənədlərin tədqiqi cinayət işlərinə aid fotolarla müşayiət olunub.

Məhkəmə prosesi oktyabrın 3-də davam etdiriləcək.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri