Icma.az
close
up
RU
Qeyri adi qoxulara maraq psixoloji problemlərin əlaməti ola bilər

Qeyri adi qoxulara maraq psixoloji problemlərin əlaməti ola bilər

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Benzin, dırnaq lakı və ya digər kəskin kimyəvi maddələrin qoxusuna qarşı həddindən artıq maraq bəzən zərərsiz görünsə də, bu, psixoloji pozuntuların əlaməti ola bilər.

"Unikal" xəbər verir ki, bu barədə  rusiyalı nevroloq Yekaterina Demyanovskaya yerli mətbuata açıqlamasında deyib. 

Ekspertin sözlərinə görə, insanın qoxuları qəbul etməsi yalnız xoş xatirələri yada salmaq və ya iştahı oyatmaqla bitmir – bu hiss həm də təhlükə barədə xəbərdarlıq funksiyasını yerinə yetirir. Qoxuların qəbulunda isə olduqca mürəkkəb bir sistem - olfaktor sistem iştirak edir.

Qoxular beynimizdə necə işlənir?

Demyanovskayanın açıqlamasına görə, əvvəlcə qoxunun molekulları burundakı xüsusi neyronlar vasitəsilə qəbul edilir, daha sonra bu siqnallar beyində yerləşən xüsusi qoxu mərkəzinə ötürülür. Bu mərkəz alın payının alt hissəsində, burun körpüsünün bir qədər yuxarısında yerləşir və beynin digər sahələri ilə sıx əlaqəlidir.

“İnsan bir qoxunu hiss etdikdə, beyində böyük və kompleks bir proses baş verir – bir sahə qoxunu tanıyır, digəri onu xatirələrlə əlaqələndirir, üçüncüsü isə onun xoş, yoxsa xoşagəlməz olduğunu müəyyənləşdirir. Məsələn, təzə bişmiş çörəyin qoxusu iştahı oyadırsa, bəzi kəskin kimyəvi qoxular isə əksinə, başı çevirmək, burnu tutmaq və həmin yerdən uzaqlaşmaq istəyinə səbəb olur. Hətta bəzən bu cür qoxular qusma refleksini belə işə sala bilər”, - deyə nevroloq bildirib.

Nəticə olaraq, ekspert bildirir ki, qeyri-adi qoxulara qarşı güclü maraq daim müşahidə olunursa və bu vərdiş gündəlik həyata təsir edirsə, bu, sinir sistemində və ya psixi sağlamlıqda müəyyən problemlərin siqnalı ola bilər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Avqust 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri