“Qeyri adi sərnişin”ə görə uçuş gecikdi
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
ABŞ-nin Kaliforniya ştatındakı San-Fransisko Körfəz Hava Limanında qeyri-adi hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, “Southwest Airlines” şirkətinin 1568 nömrəli uçuşu San-Dieqo Beynəlxalq Hava Limanına gedərkən bir saat gecikib.
Gecikməyə səbəb 1,2 metr hündürlüyündə robot sərnişin “Bebop” olub.
“FlightAware”in məlumatına görə, saat 14:00-da yola düşməsi planlaşdırılan uçuş robotun uçuş-enmə zolağında təxminən bir saat gözləməsinə görə gecikib. Pilot gecikmənin səbəbini “qeyri-adi sərnişin” olaraq açıqlayıb.
Hava limanında robotun hərəkəti sərnişinlərin diqqətini çəkib, bir çoxu onunla şəkil çəkdirib. Ekipaj isə robotun təyyarədə necə yerləşəcəyindən narahat olub. “Bebop” pəncərənin yanında oturub, çünki onun əl baqajı ölçüsü hava limanının qaydalarını aşıb. Bundan əlavə, litium batareyasının icazə verilən maksimum ölçünü keçdiyi üçün ekipaj robotun batareyasını çıxarmasını tələb edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 05 May 2026 08:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















