Icma.az
close
up
RU
Adi yay, qeyri adi qeyri müəyyənlik

Adi yay, qeyri adi qeyri müəyyənlik

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İyunun 11-də böyük futbol bayramı başladı.

Dünya çempionatının həcmini, formatını elə şişirdiblər ki, adam nə qədər çalışsa da, bütün əsas hadisələri canlı, anındaca izləyə bilməyəcək. Onsuz da eyni gündə bir neçə oyun keçiriləndə istər-istəməz seçim edirsən, günün ən maraqlı oyununa baxmaq istəyirsən. Hələ mən zaman fərqinin yaratdığı narahatlığı demirəm. Adam yaşa olduqca imkanları ilə reallıqlar arasında düz-mütənasiblik axtarır, zamanın onun üçün müəyyənləşdirdiyi çərçivələr daxilində davranmağa, hərəkət etməyə çalışır.
Bayram günündə əhvalınızı belə qarışıq, bir qədər də bədbinlik yağan məsələlər ilə korlamaq istəmirəm. Dünyanın futbol bayramında birbaşa, yəni komanda, hakim ilə təmsil olunmasaq da, futbola baxmağa, ondan ləzzət almağa çalışmalıyıq. Axı DÇ dördildənbir gələn qonaqdı, pişvazına çıxmaq, salamlamaq lazımdı.
Biz, yəni Azərbaycanın futbol ictimaiyyəti üçün isə bayram iyulda başlayacaq – klublar avrokubok çərçivəsində meydana çıxmağa başlayanda. İş ondadı ki, bu il avrokuboklarda təmsilçilik baxımından da qaydasında getməyən şeylər var. Yəni “Turan Tovuz” alnının təri ilə 3-cü yeri tutub, Konfrans Liqasına (KL) vəsiqə qazansa da, 7 oyunçusu 2019-cu ildə oyun alverində iştirak etdiyinə, AFFA İntizam Komitəsi səviyyəsində cəzalandığına görə avrokuboklarda görünməyəcək. Artıq günlərdi haqqında yazdığımız məsələ ilə bağlı indiki durum belədi: “Turan Tovuz” Josep Vandelyos ad-soyadlı vəkilin köməyi ilə İdman Arbitraj Məhkəməsinə üz tutub, hələ də bu işdən qalib ayrılacağına, avrokubokların iyunun 16-da keçiriləcək püşkatma mərasiminə qatılacağına ümid edir. Püşkatma günü yaxınlaşdıqca ümidlər tükənir, əriyir, yoxa çıxır. Hətta artıq mənə elə gəlir ki, “Turan Tovuz” düşərgəsi KL-də oynamayacağı ilə barışıb, üzüntü içindədi, sadəcə, bu məğlubiyyəti etiraf etmək istəmir.
Digər tərəfdən, hər nə qədər mövsüm bitəndən sonra sökülüb-tökülsə də, “Turan Tovuz”u əvəz etməyə ən real namizəd məhz “Zirə”di. Bu gün “Zirə” düşərgəsi özünü elə aparır ki, guya başverənlərin heç bu kluba aidiyyatı yoxdu, sabah KL-də “qartallar” yox, məsələn, “Karvan-Yevlax” oynayacaq. Əlbəttə, belə deyil, əlbəttə, Rəşad Sadıqov artıq avrokubok oyunlarına hazırlığın planlarını cızır. Hər kəsə uğur arzulayıb, başqa bir məqama toxunmaq istəyirəm.
“Turan Tovuz”, “Zirə” Konfrans Liqasında iştirak ətrafında elə sirli, müəmmalı dairə yaradıblar, elə mühit formalaşdırıblar ki, adam çaşıb qalır. Sərlövhədə “qeyri-adi qeyri-müəyyənlik” yazarkən elə məhz bu məqama işarə etmişəm. Hər iki klubun rəsmilərinə, əsasən də mətbuat katiblərinə elementar suallarla müraciət edəndə belə, ya cavab vermirlər, ya da elə cavab verirlər ki, verməsələr, bundan yaxşıdı. Şəxsən mən bu məsələnin mahiyyətində, kökündə, mayasında dövlət sirri xarakteri daşıyan heç bir element görmürəm. Adi bir futbol olayıdı: klublardan biri 7 oyunçusunun 7 il əvvəlki hoqqasına görə sərt, ancaq gözlənilən şəkildə cəzalanıb. Ancaq hər bir kəsin, siyasətçinin, futbol adamının bacarığı fürsəti imkana nə dərəcədə uğurla çevirə bilməsi ilə ölçülür.
Bu gün “Turan Tovuz” köhnə rəhbərliyin dövründəki fırıldaq üzündən avrokuboklardan kənarda qalıbsa, “Zirə” dərhal çiynini yükün altına verməli, bu missiyanı boynuna götürməlidi. Ki, qələbələr qazansın, özünün və ölkənin avrokubok reytinqinə xallar əlavə etsin. Amma “Zirə” bu məsələ ilə bağlı doğru-dürüst şəkildə ictimaiyyət önünə çıxmaq, “avrokuboklarda oynamağa hazıram” demək əvəzinə qəribə susqunluq nümayiş etdirir, az qala dövlət başçısı səviyyəsində tapşırıq gözləyir. Bu ifadəni yazarkən mən “Turan Tovuz”u da unutmuram.
Baxın, mayın 30-da bəd xəbər ölkə ərazisində yayılıb, iyunun 2-də UEFA cəza qərarını açıqlayıb. Üstündən 10 gün keçib. İndiyə qədər “Turan Tovuz” rəhbərliyindən kimsə ictimaiyyət önünə çıxmayıb, 2019-da əslində nə baş verdiyini, problemin kimin səhvindən qaynaqlandığını açıqlamayıb, klubun İdman Arbitraj Məhkəməsinə hansı dəlillərlə üz tutduğunu, UEFA ilə hüquqi davada qələbə qazanmağın nə dərəcədə mümkün olduğunu deməyib. Bir sözlə, təkcə “Zirə” yox, “Turan Tovuz” düşərgəsində də qeyri-adi qeyri-müəyyənlik hökm sürür.
Bu məqamda kimsə mənə irad tuta bilər ki, bəlkə bu klublar arasında centlmencə anlaşma var, avrokuboklarda iştirakla bağlı bir-birinə motivasiya verirlər, ruhlandırırlar. Təbii ki, mən bu varianta inanmıram. Axı kubok oyununda yaşanan məlum qalmaqaldan sonra bu iki klubun münasibətləri qaydasında deyil, daha doğrusu, münasibətlər dostluq yox, düşmənçilik səviyyəsindədi. Əlbəttə, həmin qalmaqalın əsas səbəbkarı “Turan Tovuz” və ya “Zirə” rəhbərliyi yox, Əliyar Ağayevdi ki, cəzasını artıqlamasıyla aldı. Amma eyni zamanda, iki klub arasındakı körpülər də yandı. Sosial şəbəkədə atmacalı rəylər yazan sıravi azarkeşləri isə bu məqamdan daha çox avrokuboklarda uğurlu nəticə maraqlandırır. Sadəcə, belə qeyri-adi qeyri-müəyyənlik fonunda yaşıl meydanda uğur qazanmaq şəxsən mənə mümkünsüz görünür.
Bunu da indidən yazıram ki, tarixdə qalsın. Ayyarım, iki ay sonra günahkar axtarışına çıxanda məni də xatırlayarsız. Yazını böyük Səməd Vurğunun misraları ilə bitirmək istəyirəm:
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır...
HUŞƏNG

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 İyun 2026 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri