Icma.az
close
up
RU
Qeyri adi Tufan: “Ximki”ni məhv etdi, indi də adı Türkiyə klubu ilə hallanır

Qeyri adi Tufan: “Ximki”ni məhv etdi, indi də adı Türkiyə klubu ilə hallanır

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Futbolla, xüsusən də Rusiya futbolu ilə yaxından maraqlananlar Tufan Sadıqov ad-soyadını dəfələrlə eşidib. Gürcüstanda dünyaya gələn və Rusiyada bizneslə məşğul olan soydaşımız son illərdə daim qalmaqalların mərkəzindədi. O, Moskva vilayətini təmsil edən və Rusiya premyer-liqasında mübarizə aparan “Ximki”nin əsas səhmdarı idi.
Ötən ilin dekabrında yüksək məbləğdə fırıldaqçılıqda suçlanan Sadıqov haqda ev dustaqlığı qərarı verilmişdi. Sonradan bu cəza yumşaldıldı, daha dəqiqi, soydaşımız girov qoymaqla ev dustaqlığından qurtuldu. Hətta martda Rusiya mediasına müsahibə verən Tufan bəy klubun gələcəyi ilə bağlı danışarkən “bütün sponsor şirkətlərlə 5 illik müqaviləmiz var, mən burdayamsa, deməli, hər şey yaxşıdı” demişdi. Bəs sonda nə oldu? Heç nə. Fiasko. Komanda elitada yerini qorusa da, rəhbərlik maliyyə probleminin öhdəsindən gələ və növbəti mövsüm elitada çıxış etmək üçün lisensiya ala bilmədi. Nəinki elitada, hətta aşağı divizionlarda da “Ximki”ni görmək mümkün olmayacaq. Ona görə ki, klub iyunun 18-də rəsmi saytı vasitəsi ilə fəaliyyətini dayandırdığını elan edib və müflislik proseduruna başlayıb.
Bütün bu xəbərlərin fonunda Sadıqovun 2025/26 mövsümündə ilk dəfə Türkiyə 1-ci liqasında mübarizə aparacaq “Serik Bələdiyəspor”un səhmlərinin 50 faizini alması haqda yayılan xəbərlər ən azı gülüş doğurur. Rusiya mətbuatında yayılan xəbərlərə inansaq, guya azərbaycanlı biznesmen adı çəkilən klubun səhmlərinin yarısını alıb, baş məşqçi postuna da yaxından tanıdığı, vaxtilə ölkəmizdə də çalışmış Sergey Yuranı gətirəcək. Düzdü, azərbaycanlı iş adamı "Sport-Ekspress"ə verdiyi açıqlamada bu xəbəri təkzib edib:

"Yuran haqqında heç nə deyə bilmərəm. 50 faiz məsələsinə gəlincə, bu, doğru deyil. Mənim bu klubla heç bir əlaqəm yoxdur. Hamısı nağıldı".


Öz aramızdı, nağıl olsa da, gerçəyə çox bənzəyir. Axı Türkiyə çempionatının aşağı dəstələri Tufan Sadıqov kimi biznesmenlər-işbazlar üçün çox münbit məkandı. Qonşu ölkənin klublarından illərdi FİFA-ya axın-axın şikayət gedir, onlara dəfələrlə transfer qadağası qoyublar, hüquqazidd əməllərə görə cərimələnənlər də çoxdu.
Bir sözlə, Sadıqov Türkiyədə “lövbər salsa”, şəxsən mən təəccüblənmərəm. Amma Azərbaycanın adını bu şəkildə tanıtmaq nəyə lazımdı – bax, bu haqda danışmaq ağırdı.
ORXAN
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 İyun 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri