Icma.az
close
up
RU
Qeyri iş günlərində işləyən işçi əlavə bu qədər pul ALMALIDIR MƏBLƏĞ

Qeyri iş günlərində işləyən işçi əlavə bu qədər pul ALMALIDIR MƏBLƏĞ

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda iş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda yol verilir.

Milli.Az xəbər verir ki, iqtisadçı-ekspert Allahverdi Aydın Trend-ə açıqlamasında xatırladıb ki, bir sıra hallar istisna olmaqla iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.

İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar

Belə ki, iş vaxtından artıq işlərə aşağıdakı müstəsna hallarda yol verilir:

dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;
su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal xidmət sahələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün.

Yuxarıda nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət sahələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.

İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi

Bu günlərdə görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:

əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik (saatlıq) tarif maaşının iki mislindən aşağı olmamaqla;
əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Ekspert ayda 1 150 manat maaş alan şəxsə bu hallarda nə qədər əlavə ödəniş verilməsinə dair hesablama aparıb:

"Misal üçün deyək ki, Kamran adlı şəxs "ABC" MMC-də mühasib vəzifəsində çalışır və onun aylıq əmək haqqı 1 150 manat təşkil edir. Kamran beş günlük iş həftəsi üzrə işlədiyi üçün şənbə və bazar günləri onun üçün iş günü hesab edilməyən istirahət günləridir. Yanvarın 18-də - bazar günü şirkət rəhbərliyinin xahişi ilə Kamran 4 saat iş görüb.

Kamrana istirahət günü görülən işə görə aşağıdakı məbləğdə ödəniş ediləcək:

İstehsalat təqviminə əsasən, 2026-cı ilin yanvar ayında aylıq iş vaxtı norması 151 saat təşkil edir. Belə olan halda Kamranın saatlıq tarif maaşı 7,6 manat (1 150 / 151 = 7,6) edir.

Kamran yanvarın 18-də - bazar günü 4 saat iş gördüyü üçün ona aylıq əmək haqqından əlavə olaraq 60,8 manat ((4 × 7,6) × 2 = 60,8) ödəniləcək.

Başqa bir nümunədə "ABC" MMC-də işləyən digər işçi Əhməd Kamran kimi vaxtamuzd ödəmə sisteminə əsasən deyil, işəmuzd ödəmə sistemi üzrə əmək haqqı alır.

Onda istirahət günündə gördüyü işə görə Əhmədə aşağıdakı qaydada ödəniş ediləcək.

Məsələn, Əhməd də Kamran kimi beş günlük iş həftəsi üzrə işlədiyi üçün şənbə və bazar günləri onun üçün iş günü hesab edilməyən istirahət günləridir. Əhməd karton qutular hazırlayır və MMC hər qutuya görə Əhmədə 0,10 manat ödəyir. Yanvar ayının 18-də - bazar günü şirkət rəhbərliyinin xahişi ilə Əhməd 4 saat iş görüb və bu zaman ümumilikdə 100 qutu hazırlayıb.

İş günlərində Əhməd hazırladığı 100 qutuya görə 10 manat (100 × 0,10 = 10) aldığı halda, istirahət günü iş gördüyü üçün ona 20 manat ((100 × 0,10) × 2 = 20) əlavə ödəniş ediləcək".

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Fevral 2026 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri