Icma.az
close
up
RU
Kartlardan əlavə məbləğ çıxılır? RƏSMİ AÇIQLAMA

Kartlardan əlavə məbləğ çıxılır? RƏSMİ AÇIQLAMA

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son zamanlar nəqliyyat vasitələrində NFC ödəniş sistemləri ilə bağlı narazılıqlar yaranıb. Sərnişinlər gün ərzində nəqliyyat vasitələrindən istifadə etməsələr də, kartlarından əlavə və ya təkrar məbləğ çıxılmasından şikayətçidirlər.

Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.

Məsələ ilə bağlı açıqlama verən "Kapitalbank"dan bildirilib ki, metro və avtobuslarda edilən təmassız ödənişlərin məlumatı bank sisteminə bəzən gecikmə ilə ötürülür:

"Bu səbəbdən məbləğ kartınızdan sonradan silinə bilər. Narahat olmayın, hesabınızdan təkrar və ya artıq vəsait tutulmur. Bank olaraq bizə ötürülən əməliyyat məlumatları əsasında yalnız müəyyən edilmiş məbləğin hesabınızdan silinməsi icra olunur. Bu səbəbdən, yaranmış vəziyyətin araşdırılması və dəqiqləşdirilməsi üçün BakıKart müştəri xidmətlərinə müraciət etməyiniz tövsiyə olunur".

"Unikal"ın sorğusuna cavab olaraq “BakıKart”ın mətbuat üzrə mütəxəssisi Aynur Kərimli bildirib ki, ictimai nəqliyyatda NFC texnologiyası ilə həyata keçirilən ödənişlər gecikdirilmiş avtorizasiya prinsipi əsasında işləyir. Bu səbəbdən sərnişinlər tərəfindən edilən gedişlər üzrə vəsaitlər dərhal deyil, müəyyən zaman intervalı ilə bank kartlarından çıxılır.

"Bəzi hallarda istifadəçilərdə ödənişlərin “ardıcıl və ya təkrarlanan çıxılma” kimi görünməsi müşahidə oluna bilər. Lakin bu, sistemdə hər gedişin ayrıca və düzgün şəkildə emal olunması və ödənişlərin gecikmə ilə əks olunması ilə bağlıdır.

Qeyd edirik ki, sistem yalnız faktiki istifadə olunan gedişlər üzrə vəsait tutur və heç bir halda əlavə və ya artıq məbləğin silinməsi baş vermir. Mövcud proses NFC ödəniş sisteminin standart işləmə mexanizminə uyğundur", - deyə qurum rəsmisi qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 Aprel 2026 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see397

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see389

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see300

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see292

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see287

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see281

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see266

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see263

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see262

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see259

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see255

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see248

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see246

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see234

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see234

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see229

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see219

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see213

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see208

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri