Icma.az
close
up
RU
Qeyri iş günlərinin iqtisadiyyata təsirləri

Qeyri iş günlərinin iqtisadiyyata təsirləri

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Həftənin 6 günü gücləndirilmiş iş rejimində çalışan işçilər üçün qeyri-iş günlərinin çox olması göydəndüşmədir. Onların istirahəti, yaxşı dincəlməsi üçün bir fürsətdir. Ancaq qeyri-iş günlərinin sayının həddindən artıq çox olması sahibkarlıq fəaliyyəti üçün bir sıra çətinliklər yaradır. Çünki iş günlərində işçilərin sayəsində müəyyən dövriyyə yaranır və o dövriyyədən yaranan qazanc əsasında şirkət öz mənfəətini əldə edir. Bu həm də şirkətin işçi heyətinin və digər xərclərin qarşılanması üçün zəruridir.

Bu, böyük maliyyə itkisi deməkdir  

İqtisadçı ekspert Razi Abasbəyli deyir ki, qeyri-iş günlərinin sayının artırılması avtomatik olaraq ticarət zincirinin qırılmasına səbəb olur. Qeyri-rəsmi iş günlərində bankların, ədliyyə, notarial xidmətlərin fəaliyyətini dayandırması, maliyyə xidmətlərinin həyata keçirilməməsi, eyni zamanda digər rəsmi satışlar, vergi, gömrük kimi rəsmi xidmət sektorlarının işləməməsi nəticə etibarilə, birbaşa olaraq özəl sektorda ticarət dövriyyəsinin zəifləməsinə gətirib çıxarır. Vergi bəyannamələrinin verilməməsi, gömrük idxal-ixrac əməliyyatlarının həyata keçirilməməsi, banklar üzərindən maliyyə əməliyyatlarının icrasının dayanması özəl sektorda sahibkarlıq fəaliyyəti göstərən iş adamlarının işinə mənfi təsir göstərir. Bu xidmətlərin elektronlaşdırılması təşkil olunsa da, bəzi xidmət sahələrində birbaşa fiziki təmaslar tələb olunur. Bunun üçün isə rəsmi iş günlərinin olması mütləqdir. Adətən bayramlarda birləşdirilmiş iş günləri ilə istirahət günlərinin yerlərinin dəyişdirilməsi qeyri-iş günlərinin sayının artmasına və nəticə etibarilə ticarət münasibətlərində ciddi kəsintilərə gətirib çıxarır. Bu da çox böyük maliyyə itkisi deməkdir: "Müəssisələr iş fəaliyyətini dayandırmalı olduqda gündəlik gəlirdən məhrum olurlar. Xüsusilə kiçik və orta sahibkarlar üçün bu, ciddi maliyyə itkiləri ilə nəticələnə bilər.  Uzunmüddətli qeyri-iş dövrləri istehsal və xidmət planlarının icrasında gecikmələrə səbəb olur. Bu da sifarişlərin vaxtında yerinə yetirilməməsi, müştəri etibarının itirilməsi və tərəfdaşlarla münasibətlərin zəifləməsi ilə nəticələnir. Qeyri-iş günlərində işçilərin tətilə çıxmasına görə birbaşa işçi əmək resursları ilə bağlı layihələrin də icrası dayandırılır. Ona görə də qeyri-iş günləri bu xidmət sahəsi üçün mənfi təsir göstərir. Bu baxımdan təbii ki, iş günlərinin sayının çox olması şirkət üçün əlavə maliyyə itkisi deməkdir. Beynəlxalq ticarətlə məşğul olan sahibkarlar üçün isə qeyri-iş günləri digər ölkələrlə zaman fərqliliyi yaratdığı üçün əlavə çətinliklər doğurur".

Bəzi sahələr üçün qeyri-iş günləri gəlir mənbəyinə çevrilə bilər

Ekspertin sözlərinə görə, qeyri-iş günlərinin çoxluğu ilk növbədə iqtisadi fəaliyyətin yavaşlamasına, xüsusilə sənaye, istehsal və xidmət sahələrində fasilələr məhsuldarlığın azalmasına gətirib çıxarır. Sahibkarlar və müəssisələr bu günlərdə işin dayanması səbəbilə gəlirdən məhrum olur, bəzi hallarda isə əlavə xərclərlə üzləşirlər. Ancaq qeyri-iş günlərinin düzgün planlaşdırılması həm sahibkarlar, həm də işçilər üçün faydalı ola bilər: "Bəzi sahələr üçün qeyri-iş günləri gəlir mənbəyinə çevrilə bilər. Məsələn, turizm, ictimai iaşə, əyləncə və nəqliyyat sektorları bayram və istirahət günlərində daha çox aktiv olur. Bu sahələr üçün qeyri-iş günləri iqtisadi canlanma dövrünə çevrilə bilər".

Qeyri-iş günlərinin çox olması çalışanlar üçün fürsətdir

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov hesab edir ki,  qeyri-iş günlərinin çox olması işçilərin istirahət ehtiyacının təmin olunması baxımından yaxşıdır: "Bütün günü çalışan insanlar üçün qeyri-iş günlərinin çox olması göydəndüşmə bir fürsətdir. Normal istirahət edən işçi tətildən sonra daha məhsuldar işləyir. Bu isə dolayı yolla sahibkarların fəaliyyətinə müsbət təsir edir. Uzunmüddətli istirahət dövrləri işçilərə ailə və şəxsi həyatlarına vaxt ayırır, gündəlik iş yükündən, stresdən uzaqlaşıb enerji toplamaq imkanı qazanırlar. Bu da nəticə etibarilə onların işə daha motivasiyalı və məhsuldar şəkildə qayıtmalarına səbəb olur".

Sahibkarlar qanunsuz olaraq işçiləri işə cəlb edirlər

Sahib Məmmədov bildirib ki, bayram günləri bütün dünya ölkələrində var. Bu, işçilərin iş əmsalının aşağı düşməsi demək deyil: "Məsələ burasındadır ki, dövlət sektorunun işçiləri qeyri-iş günlərində tam istirahət edir. Amma özəl sektorların əksəriyyətində iş psosesi davam edir. Sahibkarlar qanunsuz olaraq işçiləri işə cəlb edirlər. Bu, bir çox yerlərdə belədir. Əgər bayram günlərində  sahibkarlar işçiləri işə cəlb edirlərsə, onlara ikiqat maaş ödənilməlidir. Bəzi özəl strukturlar bunu edir. Amma onlar arasında bunu etməyənlər də var. Bu da işçi hüquqlarının pozulmasıdır".

Onlar 7/24 rejimində işləməlidirlər

Sahib Məmmədov əlavə edib ki, elə strukturlar var ki, onların qeyri-iş günlərində işçiləri işlətməyin obyektiv səbəbləri də var. İstənilən istirahət vaxtında, bayram günlərində elə strukturlar var ki, onlar 7/24 rejimində işləməlidirlər. Bunların işləməməsi həyatın, iqtisadiyyatın dayanması deməkdir. Məsələn, nəqliyyat, kommunal təsərrüfat, ərzaqla bağlı sahələr, asayişi təmin edən orqanlar və s. bunlar üçün istirahət yoxdur. Qeyri-iş günlərinin də onlara aidiyyəti yoxdur. Məlum olduğu kimi, ölkə iqtisadiyyatının əsas xəttini enerji sektoru, xüsusən də neft-qaz sahəsi təşkil edir. Həmin sahələrdə istirahət günləri anlayışı yoxdur. Orada növbəli iş rejimi tətbiq edilir. İnsanlar dənizdə qoyulan müddətə işləyib, sonra bir neçə gün istirahət edirlər".

Əksəriyyət bu istirahət günlərindən tam istifadə edir

İqtisadçı ekspert Natiq Cəfərlinin dediyinə görə, bu gün ölkədə dövlət sektorunda çalışanların sayı kifayət qədər çoxdur. Təxminən 900 min nəfərə yaxın insan büdcə hesabına maliyyələşir. Onların əksəriyyəti bu istirahət günlərindən tam istifadə edir. Lakin müəllim, həkim, polis və digər sahələr əlavə dəyər yaratmayan, əsasən xidmət yönümlü peşələrdir. Bu səbəbdən onların iş günlərinin olmaması iqtisadi göstəricilərə birbaşa təsir göstərmir.

İqtisadçı vurğulayıb ki, qeyri-iş günlərinin çox olması iqtisadiyyatı çox ağır durumda olan ölkəyə ciddi təsir göstərməlidir. Amma Azərbaycanda iqtisadi model çox primitiv olduğundan, güc neft sektorunun üzərinə düşür. Bu sektorda da bayram günləri iş dayanmır: "Məlum olduğu kimi, Azərbaycana əsas gəliri neft sənayesi gətirir. Digər sahələrin işləməməsi, görünür, hökumətə o qədər də narahatçılıq yaratmır. Ona görə də bu şəraitin olması da bir nonsensdir. Böhranlı vəziyyətdə, əksinə, iqtisadiyyatın bütün sahələrini çalışdırmalıyıq. Bunun təşviqinə yönəlik addımlar atmaqdansa, bu qədər uzun tətillərin olması özü iqtisadiyyatının vəziyyətini göstərir. İqtisadiyyatın bayram günlərində itirdiyini isə hesablamaq mümkün deyil. Normal statistik rəqəmlər tapmaq çox çətindir".

Bu qayda daha çox dövlət sektorunu əhatə edir

İqtisadçı Rəşad Həsənovun fikrincə, qeyri-iş günlərinin sayının çox olması iqtisadiyyata heç bir ciddi təsir göstərmir. Qeyri-iş günlərinin sayının artırılması daha çox dövlət sektorunda keçərlidir. Bu qayda daha çox dövlət sektorunu əhatə edir. Özəl sektorda çalışanların isə bir qisminə aid olur qeyri-iş günləri: "Bildirim ki, işçilərin bayram günlərində işə çıxmamasının müəyyən təsirləri ola bilər. Misal üçün, bu müddət ərzində insanların nəqliyyat vasitələrindən və ya ictimai nəqliyyatdan istifadə azalda bilmir. Eyni amanda iş ərazilərində yerləşən iaşə müəssisələrndə xidmətə tələbin aşağı düşməsi hiss oluna bilər. Bu kimi nüansların olması normaldır".

R.Həsənovun söylədiyinə görə, qeyri-iş günlərinin çoxluğu ilk növbədə iqtisadi fəaliyyətin yavaşlamasına səbəb olur. Xüsusilə sənaye, istehsal və xidmət sahələrində fasilələr məhsuldarlığın azalmasına gətirib çıxarır: "Sahibkarlar və müəssisələr bu günlərdə işin dayanması səbəbilə gəlirdən məhrum olur, bəzi hallarda isə əlavə xərclərlə üzləşirlər".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Oktyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri