Icma.az
close
up
RU
İnflayasiya artımının iqtisadiyyata təsirləri BƏLLİ OLDU RƏYLƏR

İnflayasiya artımının iqtisadiyyata təsirləri BƏLLİ OLDU RƏYLƏR

Icma.az bildirir, Sia Az portalına istinadən.

“Bu il inflyasiya azalıb, gələn il proqnoz isə daha aşağıdır. 2023-cü ildə nisbətən yüksək idi, 10%-ə qədər yüksəlmişdir. Son dövrlərdə “idxal inflyasiyası” anlayışı daha geniş yayılıb. Bütün ölkələr bununla mübarizə aparır. Dövlət başçıları bununla bağlı müvafiq tədbirlər görür. ABŞ ötən il uçot dərəcələrini endirmişdisə, bu il artırmaq istəyir ki, inflyasiyanın qarşısını alsın. İstehlakda qiymət artırsa, əhali ya alternativ məhsullara üstünlük verir, ya da müvafiq tədbirlər görür. Alıcılıq qabiliyyəti aşağı düşür. Elə məhsullar var ki, qiymət artdıqca ona təlabat azalır, digər alternativ məhsullara təlabat yaranır. İnflyasiyanın müsbət tərəfi odur ki, yerli istehsalda qiymət artırsa, yerli istehsalçıları stimullaşdırır. Xərclərə gəldikdə isə, faizlər yüksəkdirsə, inflyasiya artdıqca istehlak azalır”. Bu sözləri UNEC-in əlavə təhsil şöbəsinin müdiri Elmin Qəribli SİA-ya açıqlamasında deyib.

Həmçinin mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc fikirlərini bildirib. Onun sözlərinə görə, milli valyuta olan manat hər il bazarın şərtlərinə, humanitar siyasətə uyğun olaraq öz dəyərini itirir: “Bütün dünya valyutaları bu vəziyyətdədir. Hər il, ötən ilkinə nisbətən valyutaların alıcılıq qabiliyyətində mənfi istiqamətdə dəyişikliklər olur. Bu da inflyasiyanın yaranması ilə nəticələnir. Dövlətlər inflyasiyanın həddindən artıq olduğunda qərar verir ki, denominasiya addımını artır. Bildiyimiz kimi, ötən il ölkə üzrə inflyasiya nəticəsi 4,9 % olub. Bu mövcud gözlənilən inflyasiya hədləri çərçivəsində özünü göstərib.

İnflyasiya 2020-ci ildə 2,8 %, 2021-ci ildə 6,7 %, 2022-ci ildə 13,9 % olduqdan sonra, 2023-cü ildə Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu faizlər aşağı düşüb, 10,9 % olmuşdur”.

Vüqar Oruc həmçinin qeyd edib ki, faiz dərəcəsinin artırılması inflyasiyanın qarşısını almaq üçün əsas addımlardan biridir: “Dünyanın bütün dövlətlərində faiz artımları baş verir və bu da inflyasiyanın tənzimlənməsi ilə nəticələnir. Real qiymət artımları inflyasiyanın göstəricisi kimi çıxış edir, belə ki bu il müəyyən qiymətə olan məhsul, gələn il tamamilə başqa qiymətə malik olur. Həmin məhsulun qiymətindəki artım inflyasiya səviyyəsinin göstəricisi kimi çıxış edir.

İstehlakçı davranışları mövcud bazar konyunkturasını, qiymətləri, hökumətin siyasətini və o cümlədən ailə təlabatını nəzərə alaraq formalaşır. Bu formalaşma adətən minimal təlabatın ödənilməsi istiqamətində yönəlir. İnkişaf etmiş ölkələrdə daha çox xidmətlərin xərcləri qeyri-ərzaq məhsulların alınmasına və xidmətlərə yönəlir. İnkişaf etməkdə olan ölkələrdə bu proporsiya müəyyən qədər bərabər görünür. İnkişafdan geri qalan ölkələrdə adətən ərzaq məhsullarının prioriteti görünməkdədir.

Artan qiymətlər insanların büdcəsinə təsir göstərir. Bu da onların istehlak dairəsinin məhdudlaşması ilə nəticələnir. Qiymətlərin artımı hər hansı təlabat olan məhsulun ilk növbədə miqdarına təsir göstərir. İnflyasiyanın çox olduğu, iqtisadi inkişafın olmadığı məmləkətlərdə biznes ürək açan vəziyyətdə olmur. İnflyasiya zamanı xərclər artır, məhsulların miqdarı azalır. Vətəndaşlar məcburi tənzimləmələrə gedir, gündəlik təlabat mallarına üstünlük verməyə başlayırlar.

2017-ci ildə minimum istehlak səbəti 355 manat olduğu halda, 2018-ci ildə bu rəqəm inflyasiyanı nəzərə alınaraq 173 manat qaldırıldı. Hər il üst-üstə təxminən 3-5% civarında bu məbləğin artımı ilə qarşılaşırıq. Ən böyük artım 2022-ci ildən 2023-cü ilə keçiddə baş verib. Bu təxminən 15% olub.

2024-cü ildə bu məbləğ 270 manat olmuşdur. Özündən əvvəlki ilə nisbətən təxminən 8% civarında artıb. Hazırki dövrdə isə 85 manat olacaqdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Fevral 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri