Icma.az
close
up
RU
Qeyri müsəlman türklər: Çuvaşlar (I yazı)

Qeyri müsəlman türklər: Çuvaşlar (I yazı)

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu silsilə yazımda dünyanın hər tərəfinə yayılmış qeyri-müsəlman türklərdən söz açacam. Birinci yazımı pravoslav xristian olan Çuvaş xalqı haqda başlayıram. Çuvaşlar Orta Volqa bölgəsində, muxtar Çuvaş Respublikasında yaşayan,  əhalisinin sayı təxminən 2 milyona çatan türkdilli xalqıdır. Çuvaşlar  pravoslav xristianlığa aid olan iki türk xalqından biridir. Digər  pravoslav xristian türklər isə qaqauzlardı. 

Çuvaş xalqının qədim tarixi haqqında yetərincə məlumat yoxdur. Yazılı mənbələrdə çuvaşların tarixi barədə faktların azlığı onların mənşəyi ilə bağlı müxtəlif fikirlərin irəli sürülməsinə səbəb olmuşdu. Tarix boyu yurddan-yurda köç etmiş çuvaşlar öz tarixi haqda yazılı mənbələrin it-bata düşməsini yumorla qarşılayaraq belə bir məsəl yaratmışlar: “Çǎvaş kěnekine ěne sine”- yəni, “Çuvaşın kitabını inək yedi”. 

“Çuvaş” etnoniminin mənşəyi və mənası ilə bağlı yekdil fikir yoxdur. Bir ehtimala görə, “çuvaş” suvar sözünün Şaz türkcəsindən çevrilmiş formasıdır. Digər ehtimala görə “çuvaş” türk dillərində işlənən “yavaş” sözündən törəyib “ləngərli” mənasını daşıyır. Türkoloq Gerard Klausona görə, “çuvaş” etnonimi “tabğaç” sözünün deformasiyaya uğramış forması da ola bilər. Orhun yazılarında adı keçən Tabğaç dövləti bir zamanlar Çinin şimalında, təxminən 386-cı ildə bərqərar olmuşdu. 

Çuvaşlar haqqında məlum olan əsas tarixi fakt budur ki, onlar bir türk etnosu olaraq eramızdan əvvəl Orta Asiyadan Şərqi Avropaya köçən hunların, xəzərlərin, peçeneqlərin və bolqarların arasında yaşayıblar. Bu gün proto-bolqarların danışdıqları Oğur türkcəsində (Qərbi Hunca) danışan yeganə xalq olan çuvaşların mənşəyinin bugünkü İtil bölgəsində məskunlaşan Volqa bolqarlarından gəldiyi düşünülür. Eyni zamanda XIV əsrdən başlayaraq bölgədə məskunlaşmış  bir çox türk tayfaları ilə yanaşı bəzi yerli fin-uqor xalqlarının da türkləşərək çuvaşların etnik kimliyində iştirak etdiyi güman edilir.
1237-ci ildə Volqa-Bulqar dövləti türk-monqol ordusu tərəfindən darmadağın edildi. Sonralar həmin ərazilərdə  yaradılmış Qızıl Orda dövlətinin sərhədləri indiki Çuvaşiya ərazisini də əhatə edirdi. XIV əsrdə Qızıl Orda dövləti parçalanmağa başladı və XV əsrdə yaranan Qazan xanlığının tərkibinə indiki Çuvaşiya ərazisi də daxil olur. Daha sonra Qazan xanlığı 1552-ci ildə Moskva knyazı İvan Qroznı tərəfindən ələ keçirilir. Çuvaş adına rus mənbələrində ilk dəfə XV əsrin birinci rübündə rast gəlinir. Bu işğaldan sonra bütün torpaqlarını itirən və ruslara xərac verməyə məcbur olan çuvaş kəndliləri artıq əkinçilik məşğuliyyətinə ara verirlər. Əhalinin bir qismi iş və dolanacaq dalınca Türkiyəyə köçür. 

1650-ci ildə Moskva ərazisi Çuvaşiya ilə birləşdirilir, XVII əsrin sonlarında isə Çuvaşiya torpaqları Simbirsk və Kazan quberniyaları arasında bölüşdürülür.

Qızıl Orda dövlətində yaşayan, əsasən müsəlman dinində olan çuvaşlar Rusiyaya birləşdirildikdən sonra tədricən xristianlığı qəbul edirlər. Tatarlardan fərqli olaraq, çuvaşların əksəriyyəti xaç suyuna salınaraq vəftiz olunurlar. Həmin dönəmlərdə ruslar yerli türk xalqları arasında xristianlığın təbliğində xüsusilə maraqlı idilər. Rus hökuməti “İncil”i çuvaş dilinə tərcümə etdirmişdi. Xristianlığı yerli xalqın arasında rahat yaymaq üçün missionerlərə çuvaş dilində səlist danışmaq lazım gəlirdi.  Bunun üçün rus hökuməti çuvaş dilinin qrammatikası kitabını (1769-cu il) hazırlatdırdı. Bu zaman Kazan Universitetinin "Şərq dilləri fakültəsi" ümumən türk dilləri  sahəsində tədqiqatların aparılmasında fəal rol oynayırdı. 1836-cı ildə  Çuvaş dili ilə bağlı yeni bir kitab - V. P. Vişnevskinin hazırladığı “Çuvaş dili qrammatikası və lüğəti” nəşr olunur.

20-ci əsrin əvvəllərində Rusiyada baş verən sosialist inqilabı nəticəsində Çuvaşıstanda da çar hökumətinə qarşı üsyan başladı. 1917-ci ilin martında Şupaşkarda çarizmi yıxmaq və müstəqillik əldə etmək məqsədi ilə ilk silahlı dəstələr yaradıldı. 1918-ci ilin mayında milli azadlıq hərəkatı bütün Çuvaşıstana yayıldı. Lakin Rusiya imperiyasının əsarətində olan türk xalqları çar devrildikdən sonra da öz azadlıqlarına qovuşa bilmədilər. Bolşeviklər hər yerdə nəzarəti ələ keçirdilər. Çuvaşıstanın milli azadlıq mübarizəsi yenildi. 24 iyun 1920-ci ildə Sovet İttifaqının tərkibində Çuvaş Muxtar Vilayəti yaradıldı. 1925-ci ildə isə vilayətin adı dəyişdirilərək Çuvaş Muxtar Sovet Sosialist Respublikası (Çuvaş MSSR) adlandırıldı. 1990-cı ildə Sovet İttifaqının dağılmasından sonra Rusiya Federasiyasının tərkibində qalan ölkə Çuvaşıstan Respublikası adlandırıldı. Paytaxtı Şupaşkar (Çeboksarı) olan, əcdadlarını unutmayan Çuvaşıstanın ən iri rayonlarından birinin adı isə Şumerliyadır. Respublikanın rəsmi dili çuvaş və rus dilidir. 


Murad Köhnəqala 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Dekabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri