Icma.az
close
up
RU
“Türklər bizi sevmir”i bizə “yedirənlərə” bir neçə kəlmə

“Türklər bizi sevmir”i bizə “yedirənlərə” bir neçə kəlmə

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son vaxtlar sosial mediada məqsədli şəkildə “türklər azərbaycanlıları sevmir” və ya “azərbaycanlılar türkləri sevmir” kimi iddialar dolaşır.

Serial səhnəsinin kontekstdən çıxarılması

Türkiyənin məşhur “Qızılcıq şərbəti” (Kızılcık Şerbeti) serialının yeni mövsümündə Azərbaycanın dili ilə bağlı bir səhnə də bənzər şəkildə şişirdildi. Həmin epizodda Azərbaycan dilində “doğrudanmı” sözünü işlədən obrazın dialoquna digər obrazın ironik replikası bəzi izləyicilər tərəfindən dilimizə hörmətsizlik kimi qələmə verildi. Sosial şəbəkələrdə “mahnımızla əxlaqsızca rəqs edirlər” və ya “Azərbaycan dilinə lağ edirlər” kimi reaksiyalar səsləndi.

Əslində isə bu, serialdakı personajlar arasındakı məzəli dialoq idi. Yəni ortada nə Azərbaycan dilinə hörmətsizlik, nə də aşağılama var - yalnızca bədii səhnə səhv başa düşülüb.

Ona qalsa, bizdə də Fərda Xudaverdiyevin və Müşfiq Şahverdiyevin çəkildiyi “Yanlış anlama” filmində şirənin rusca adını (“sok”) Azərbaycan dilinə sırıyıb, bunu türkcə ilə aramızdakı “fərq” kimi “gözə sok”mağı da müzakirəyə çıxarmalıyıq.

Halbuki bu epizoda gülüb keçirik...

Futbol azarkeşlərinin emosional yanaşması

Ağıllımız İlqar Mikayıloğlu bir çıxışında türkiyəli spikerləri ağ yuyub-qara sərir ki, bir oyunda ancaq futbolçu adları deyilir. Sonra da türk dilinə istehza edib deyir ki, axı onların da dili zəngindir. Yəni adam öz danışdığı dilin digər ləhcəsinə lağ etdiyinin fərqində deyilmi? Ola bilər ki, sənin milliyyətin türk deyil, amma danışdığın dil Azərbaycan türkcəsidir, altında daldalandığın bayrağın bir rəngi türkçülüyü ifadə edir.

Vəssalam. İlqar Mikayıloğlunun üstündə çox qalmaq niyyətim yoxdur.
Sözüm bizim canımız “Qarabağ”ın bəzi azarkeşlərinədir. Bir türk şərhçinin “Qarabağ”-“Benfika” matçını şərh edərkən çox güclü emosional şərh etməməsi və sevincinin hiss edilməməsi də “türklər bizi sevmir” anlamına gəlməməlidir.

Birincisi, Türkiyədə 85 milyonluq əhalinin heç də hamısı etnik mənsubiyyət baxımından türk deyil – türk ad-soyad daşıyan və həm də mediada, incəsənətdə, şou-biznesdə kifayət qədər tanınan, aktiv olan, təsir etmək gücünə sahib xeyli erməni var və onlar hər fürsətdə azərbaycanlılarla türklər arasında nifaq yaratmağa amadədirlər.

İkincisi isə türklərin də hamısının “Qarabağ”ı öz klubu kimi sevməsini gözləmək doğru deyil.
Məsələn, “Şamaxı” “Qalatasaray”la oynasa, “Qalatasaray”a azarkeşlik edəcəm, çünki “Qalatasaray” azarkeşiyəm – baxmayaraq ki, şamaxılıyam.

Yəni futbolun milliyətçiliyə, sevməyə-sevməməyə heç dəxli yoxdur. Hətta qardaş ölkədə “Fənərbağça” və “Qalatasaray” komandalarının azarkeşləri bir-birinin ətini yeyir və heç kim də bunu millət, dil kontekstində təqdim etmir.

Ümumi analiz etsək, Azərbaycan futbolunun uğurları da dost və qardaş ölkədə hər zaman sevinclə qarşılanır. “Qarabağ” Avropa arenasında qələbələr qazandıqca, Türkiyə mediası bunu öz qələbəsi kimi dəyərləndirir. Hətta Türkiyədə böyük sosial səhifələrin birində “Takımımız qalib gəldi” başlığı ilə “Qarabağ”ın qələbəsi təqdim olunmuşdu.

Tarixdən gələn qardaşlıq nümunələri

Türkiyə və Azərbaycan qardaşlığının kökləri çox dərindədir: Çanaqqalada, Qafqaz İslam Ordusunda, Nərimanovun “Qardaş qardaşa borc verməz” sözündə...

2020 savaşında, Qəhrəmanmaraş zəlzələsində, Türkiyədəki yanğınlarda bu qardaşlığın bağrıbadaşlığı sübut olundu.

Bu, kiminsə başına daş sala bilər, kiminsə gözünü kor edə bilər, kiminsə qursağını çatladar – ona görə, gərək hər fitnənin altında nə yatdığını anlayaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:309
embedMənbə:https://axar.az
archiveBu xəbər 23 Sentyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri