Icma.az
close
up
RU
Qeyri neft ixracına xüsusi töhfə

Qeyri neft ixracına xüsusi töhfə

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycanda Qərb Sənaye Parkı yaradılır

Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən,  ölkəmizdə Qərb Sənaye Parkı yaradılacaq. Park Gəncə şəhərinin və Şəmkir rayonunun ərazisində yerləşəcək. Qərb Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazi kimi müəyyənləşib. Parkın fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə tapşırılıb.

Qərb Sənaye Parkının fəaliyyəti üçün Gəncə şəhəri Yevlax şosesində yerləşən, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş “Azəralüminium” MMC-nin istifadəsindəki dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 81.8 hektar torpaq sahəsi icarə hüququ ilə agentliyin daimi istifadəsinə veriləcək. Eləcə də Şəmkir rayonunun Könüllü kəndi ərazisində yerləşən, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 100 hektar torpaq sahəsinin təyinatının dəyişdirilərək sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi nəzərdə tutulur.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”yə və digər normativ hüquqi aktlara uyğun olaraq Qərb Sənaye Parkının fəaliyyətinə cəlb olunması ilə bağlı zəruri tədbirlər görülməsini təmin etmək, bu fərmanda nəzərdə tutulmuş tədbirlərin icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Qərb Sənaye Parkının fəaliyyətinin təşkili, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin təmin edilməsi məqsədilə 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 yüz min manat ayrılıb.

İqtisadiyyat Nazirliyinə Qərb Sənaye Parkında istehsal və emal olunan sənaye məhsulları, habelə göstərilən xidmətlər üzrə prioritet istiqamətləri iki ay müddətində müəyyən edib Prezidentə məlumat vermək, Qərb Sənaye Parkının ərazisində xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlər göstərilməsini təmin etmək məqsədilə agentliyə kömək etmək, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.

Qərb Sənaye Parkı ölkə iqtisadiyyatı üçün hansı əhəmiyyət kəsb edə bilər?

Millət vəkili Vüqar Bayramov bildirib ki, sənaye parkları yerli sahibkarlar və bir sıra hallarda xarici investorlar üçün güzəştlər anlamına gəlir. “Sənaye parkları artıq işğaldan azad edilmiş ərazilərimizdə də formalaşır. Ağdam və Cəbrayılda sənaye parklarının yaradılması, istehsalın təşkili həyata keçirilir. Ağdamda yaradılan sənaye parkı həm də Azərbaycanda qeyri-neft ixracatına töhfə verir, burada istehsal olunan məhsulların xarici ölkələrə ixracı həyata keçirilir. Bu baxımdan Azərbaycan sənaye məhəllələri və sənaye parkları praktikasından istifadə edir. Bu, sahibkarlar üçün qeyri-neft sektoruna sərmayənin cəlb edilməsi baxımından yeni imkanlar yaradır, həm də sahibkarların dövlət tərəfindən daha yaxın dəstəklənməsidir. Çünki sahibkarlar sənaye parkları və sənaye məhəllələrində kifayət qədər ciddi vergi güzəştlərindən istifadə edirlər. Həmin ərazilərdə infrastrukturun formalaşması, bu infrastrukturdan istifadə imkanları olur ki, bu da sahibkarlar üçün sərmayənin cəlb edilməsinin təşviqidir. O baxımdan Qərb Sənaye Parkının yaradılması da bu istiqamətdə siyasətin daha da genişləndirilməsinə xidmət edəcək”.

Dövlətin sahibkarları fərqli alət və vasitələr ilə dəstəklədiyini deyən Vüqar Bayramov Qərb Sənaye Parkının xarici investorlar üçün maraqlı olacağını sözlərinə əlavə edib: “Bu, yerli sahibkarlar üçün birmənalı maraqlıdır, çünki onlar vergi güzəştlərindən istifadə edəcək, istehsal imkanlarını genişləndirəcəklər ki, bu da daha az xərclə daha çox məhsul istehsalı deməkdir. Ümumiyyətlə, sənaye parkları sənaye sektorunda istehsalın təşkilini həyata keçirir. Əvvəlki sənaye parkları və sənaye məhəllələrində iqtisadiyyatın fərqli sektorları üzrə məhsul istehsalının həyata keçirilməsini müşahidə etmişik. Bu praktika yeni yaradılan sənaye parkında da davam etdiriləcək. Burada xüsusən də daha çox tələb olunan sənaye məhsullarının istehsalının təşkil olunacağı gözlənilir. Sənaye parkının formalaşması, investisiyanın cəlb edilməsi qeyri-neft sektorunun inkişafını stimullaşdırır. Orada istehsal edilən məhsullar qeyri-neft məhsullarıdır. Bu, qeyri-neft məhsullarının istehsalının artırılması ilə yanaşı, həm də ixrac imkanlarının genişlədirilməsi deməkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Yanvar 2026 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri