Qeyri neft qaz gəlirlərinin hesablanması qaydaları təkmilləşdirilməlidir
525.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda qeyri-neft-qaz gəlirlərinin hesablanması qaydaları təkmilləşdirilməlidir.
525.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, qeyri-neft gəlirlərinin proqnozlaşdırılmış məbləği büdcə qaydasının müvafiq göstəricilərinin hesablanmasında, həmçinin büdcə xərclərinin dayanıqlı gəlir mənbələri ilə təminatının müəyyən edilməsində istifadə olunur: "Müsbət haldır ki, ilk dəfə olaraq, İzahat sənədində cari xərclərin qeyri-neft-qaz gəlirləri ilə təminatı üzrə ortamüddətli proqnozlar təqdim edilib. Bununla belə, hesab edirik ki, qeyri-neft gəlirlərinin hesablanması zamanı beynəlxalq təcrübədə tətbiq edilən metodoloji tələblər nəzərə alınmalı, "Büdcə sistemi haqqında" qanunda da bu istiqamətdə dəqiqləşdirmələr aparılmalıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 04 Noyabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















