Büdcədə qeyri neft gəlirlərinin payı 70% ə yaxınlaşacaq
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Ortamüddətli dövrdə Azərbaycanın dövlət büdcəsi gəlirlərinin strukturunda qeyri-neft-qaz sektorunun payının kəskin genişlənəcəyi proqnozlaşdırılır.
“Yeni Sabah” xəbər verir ki, Maliyyə Nazirliyinin “2027–2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi” hesabatına əsasən, büdcə gəlirlərində qeyri-neft-qaz gəlirlərinin payı 2027-ci ildəki 60.6%-dən 2030-cu ildə 69.8%-ə yüksələcək. Analoji dövrdə neft-qaz gəlirlərinin payının isə 39.4%-dən 30.2%-ə qədər azalması gözlənilir. İllər üzrə göstəricilər belə proqnozlaşdırılır: 2027-ci ildə qeyri-neft-qaz gəlirləri 60.6%, neft-qaz gəlirləri 39.4%; 2028-ci ildə qeyri-neft-qaz 64.1%, neft-qaz 35.9%; 2029-cu ildə qeyri-neft-qaz 66.9%, neft-qaz 33.1%; 2030-cu ildə isə qeyri-neft-qaz 69.8%, neft-qaz gəlirləri 30.2%.
Qeyri-neft gəlirlərinin artmasına ortamüddətli dövrdə qeyri-neft ÜDM üzrə gözlənilən sürətli artım, fiziki şəxslərin gəlir vergisi dərəcələrinin optimallaşdırılması, eləcə də elektron idarəetmənin genişlənməsi hesabına şəffaflığın yüksəlməsi və kölgə iqtisadiyyatının miqyasının azalması səbəb olacaq. pizza sifarişi
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 21 Oktyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















