Qeyri neft sektorunda cari əməliyyatlar balansının kəsiri artıb
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Bu ilin ilk yarısında Azərbaycanın cari əməliyyatlar balansı üzrə neft-qaz sektorunda 7,3 milyard dollar profisit, digər sektorlarda (qeyri-neft-qaz) isə 5 milyard dollar kəsr qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektorunda cari əməliyyatlar balansının profisiti 5,5%, digər sektorlarda isə cari əməliyyatlar balansının kəsiri 15,9% artıb.
Nəticədə cari əməliyyatlar balansının profisiti ötən ilin ilk yarısı ilə müqayisədə bu ilin ilk rübündə 11,7% azalıb.
Məlumat üçün bildirək ki, cari əməliyyatlar hesabı tədiyyə balansının əsas bölmələrindən biridir və bir ölkənin xarici dünya ilə olan iqtisadi əməliyyatlarını əks etdirir. Buraya mal və xidmətlərin ticarəti, gəlirlər və transferlər daxildir.
Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının kəsirinin artması o deməkdir ki, Azərbaycan neft-qaz gəlirlərindən kənarda, yəni real sektorun digər sahələrində xaricə daha çox pul çıxarır, nəinki daxil edir.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Cari əməliyyatlar balansının neft qaz üzrə profisiti açıqlanıb
18 Mart 2025 10:27
AMB cari əməliyyatlar balansının profisitinə dair proqnozunu yeniləyib
23 Aprel 2025 11:37
“S&P Azərbaycanın cari əməliyyatlar balansının profisiti üzrə proqnozunu azaldıb
07 Dekabr 2024 12:10
Mərkəzi Bank: Cari əməliyyatlar balansının profisiti 2,3 mlrd. dollara çatıb
10 Sentyabr 2025 11:06
AMB bu il cari əməliyyatlar balansının profisitinə dair proqnozunu açıqlayıb
22 Oktyabr 2025 11:47
Baxış sayı:86
Bu xəbər 17 Sentyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















