Icma.az
close
up
RU
Qeyribank təşkilatları üçün yeni qaydalar

Qeyribank təşkilatları üçün yeni qaydalar

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

BOKT-ların nizamnamə kapitalının artırılması kiçik və orta biznesin  kredit təminatında mühüm rol oynayacaq

Mərkəzi Bankın  (MB) təsdiqlədiyi “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”na əsasən, qeyri-bank qurumları olan sözügedən kredit qurumlarının (BOKT) nizamnamə kapitalı tələbinin 3 dəfədən çox artırılması tələbi qoyulub. Yeni qaydalar mikromaliyyə sektorunun tənzimlənməsinə, təşkilatların fəaliyyətinin daha da təkmilləşdirilməsinə, keyfiyyətin artırılmasına, korporativ idarəetmənin inkişafına hədəflənib. Həmçinin, BOKT sektorunda risklərin sığortalanması sistemini təmin etməklə onların etibarlılığını artırmaq, biznesə kredit ötürücülüyündə fəallığını təşviq etmək məqsədi daşıyır.

BOKT-ların sayı bankların sayını iki dəfə üstələyir

Hazırda BOKT-ların nizamnamə kapitalının həcmi təxminən 230 milyon manat təşkil edir, cəmi kapital portfeli isə 460 milyon manatdan çoxdur. Həmçinin, bu maliyyə qurumlarının kredit qoyuluşu 688 milyon manata bərabərdir. Ümumi götürdükdə, onların kapital resursları banklardan dəfərlərlə azdır, ölkə üzrə ümumi kredit portfelindəki payı cəmi 2 faiz təşkil edir. Ancaq buna baxmayaraq, bank olmayan kredit qurumlarının sayı 50-dən çox olmaqla bankların sayını iki dəfə üstələyir, hətta bu gün elə BOKT var ki, banklarla güclü rəqabət aparmaq gücünə malikdir, bölgələrdə çoxsaylı filalları fəaliyyət göstərir və filial sayı bəzi banklardan çoxdur. Təxminən 5 BOKT-un 20-35 arasında regional filalları var ki, bu da bir neçə bankın filial sayını üstələyir.

Ancaq öz portfelinin genişləndirmək üçün BOKT-ların kifayət qədər imkanları var, xüsusilə də bölgələrdə böyük müştəri kontingenti formalaşıb. Bölgələrdə fəaliyyət göstərən BOKT-lar kənd təsərrüfatı, bağçılıq, kiçik fermer təsərrüfatları, mikro və kiçik biznes subyektləri üçün ən sərfəli maliyyələşmə ünvanıdır. Bu qurumların girov mexanizmi də banklardan müəyyən qədər yumşaqdır, BOKT-lar daha çox qızıl-zinət əşyalarının girovu ilə kredit verir ki, bölgədə çalışan kiçik sahibkarlar üçün də bu əlçatanlıq baxımından sərfəli sayılır. Eləcə də hazırda rayonlarda yaradılan ailə kəndli təsərrüfatlarına verilən kreditlərin də əsas təchizatçısı BOKT-lardır.

Yeni imkanlar- müştərilərə kredit hesabının açılması, kredit kartlarının emissiyası

Bu kontekstdən yanaşdıqda maliyyə bazarında böyük maliyyə təchizatçısı institutu kimi BOKT-ların iqtisadiyyatın real sektorlarının kreditləşməsində və biznes üçün əsas mənbələrdən birinə çevrilməsində daha aktiv fazaya keçidinin vaxtı çoxdan yetişib. Çünki ölkə iqtisadiyyatı böyüyür, biznesin sayı və maliyyə ehtiyacları da artır. Yeni inkişaf meyarları biznes sektorunun ildə milyardlarla manat kredit tələbatının qarşılanmasını ehtiva edir. Dövlətin öz güzəştli maliyyə təminatı siyasəti, eləcə də, kommersiya banklarının yerli resursları hesabına ayırdığı kreditlərin həcmi yenə də biznesin tələbatını ödəmir. Ona görə də, qeyri-bank qurumlarının da bu prosesdə fəal rol olması təşviq edilir.

Ümumiyyətlə, Mərkəzi Bank tərəfindən yürüdülən siyasət bank olmayan kredit təşkilatlarının fəaliyyətinin genişlənməsinə yol açmaqdadır. Bir müddət əvvəl “Bank olmayan kredit təşkilatları haqqında” qanuna edilmiş dəyişikliklər nəticəsində BOKT-lara müştərilərə kreditlərin verilməsi üçün hesabın açılması, kredit kartlarının emissiyası kimi hüquqlar verilib. BOKT-lar banklarla müqavilələr əsasında “co-brend” kartlar olan adsız kartlardan istifadə edirdisə, hazırda kart emissiya etmək hüququ əldə etmək hüququ qazanıb. Yaxın vaxtlarda onların Mərkəzi Bankda müxbir hesabının açılması təmin edildikdən sonra kart emissiyasına da başlanılacaq və nəticədə bu qurumların kapital bazarlarına inteqrasiyası genişlənəcək. Həmçinin məsafədən bankçılıq, məsafədən kreditləşmədə BOKT-lara müəyyən səlahiyyətlərin verilməsi müştərilərlə əlaqəsini artıracaq.

Yeni prudensial çərçivə kredit risklərini də sığortalayacaq

Yeni prudensial çərçivə BOKT sektorunda risklərin sığortalanması ilə yanaşı, həm də bu sahədə rəqabətin gücləndirilməsini də təmin edəcək. BOKT-ların nizamnamə portfelinin böyüdülməsi ümumilikdə ölkə üzrə kredit portfelinin də həcminin böyüməsinə səbəb olmaqla, sahibkarlıq sektorunun tələbatlarının qarşılanmasında yeni sağlam bünövrə yarada bilər. Xüsusilə də vətəndaşlara ayrılan kreditin maksimal məbləğinin BOKT-un nizamnamə kapitalının həcminə uyğun müəyyən edilməsi, kredit faiz dərəcələrinin təkmilləşməsində də dəyişikliklərə səbəb olacaq. Nizamnamə kapitalının artırılması, həmçinin mikrokreditlərin də həcminin artımını təşviq edəcək.

Beləliklə, yeni prudensial tənzimləmə sayəsində BOKT-ın kapital resursları portfeli böyüməklə maliyyə bazarlarında daha güclü və sağlam struktura çevrilməsi mümkün olacaq, sahibkarlıq sektoru ilə koordinasiyasını formalaşdıracaq. Xüsusilə də kiçik və orta biznesin maliyyə ehtiyaclarının ödənilməsində qeyri-bank təşkilatlarının əlverişli və əlçatan mikrokredit təchizatı zəncirinin qurulmasını təmin edəcək.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Noyabr 2024 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri