Icma.az
close
up
RU
Qəza şəraiti yaradan sürücülər də məsuliyyətə cəlb edilməlidir TƏKLİF VİDEO

Qəza şəraiti yaradan sürücülər də məsuliyyətə cəlb edilməlidir TƏKLİF VİDEO

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Yol hərəkəti zamanı bəzi sürücülərin təhlükəli manevrləri qəza ilə nəticələnməsə belə, digər hərəkət iştirakçılarını ciddi risk altında qoyur. Mütəxəssislər hesab edirlər ki, belə halların hüquqi qiymətləndirilməsi yol hərəkətinin təhlükəsizliyi baxımından vacibdir.

Avtosfer.az xəbər verir ki, bu fikirləri qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqiq Rəhimov “Avto FM”in efirində səsləndirib.

Onun sözlərinə görə, mövcud yanaşmada əsas diqqət qəzanın baş verdiyi nəqliyyat vasitəsinə yönəlir. Halbuki bir çox hallarda yol-nəqliyyat hadisəsinə səbəb olan ilk hərəkəti başqa sürücü edir.

Sürücülərdən biri digərini sıxışdırdıqda və ya təhlükəli manevr etdikdə, ikinci sürücü toqquşmadan yayınmaq üçün qəfil istiqamətini dəyişir və nəticədə başqa avtomobillə toqquşur. Belə vəziyyətlərdə faktiki qəzanı törədən nəqliyyat vasitəsi fərqli olsa da, hadisənin əsas səbəbkarı təhlükəli vəziyyəti yaradan sürücü olur.

Aqil Rəhimov hesab edir ki, yol hərəkəti qaydalarında "qəza şəraiti yaratma" anlayışı daha aydın şəkildə öz əksini tapmalı və belə hallarla bağlı hüquqi məsuliyyət mexanizmi təkmilləşdirilməlidir. Müşahidə kameralarının görüntüləri vasitəsilə hadisənin bütün gedişi təhlil edilməli, yalnız toqquşmanın baş verdiyi an deyil, ona səbəb olan əvvəlki hərəkətlər də qiymətləndirilməlidir.

Mütəxəssisin sözlərinə görə, bu yanaşma tətbiq edilərsə, təhlükəli manevrlər edən sürücülərin məsuliyyətdən yayınmasının qarşısı alınar, eyni zamanda yol hərəkəti iştirakçıları arasında intizamın və təhlükəsizliyin artırılmasına töhfə verilər.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 Avqust 2026 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see332

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see257

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see246

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see226

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see223

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see209

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see208

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see207

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see206

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see204

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see192

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

27 Sentyabr 2026 04:03see173

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see173

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see172

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see167

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see166

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see166

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see163

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see162

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri